Специалист по мероприятиям и связям с инфлюенсерами

в Push30

Локация
Азербайджан
Опыт
2+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
9 июля 2026
Языки
Azerbaijani, English
Дедлайн
31 июля 2026

О роли

Vəzifə haqqında

  • Push30 komandası korporativ, icma və tərəfdaş tədbirlərinin yüksək səviyyədə təşkilini həyata keçirəcək, eyni zamanda influencerlər, kontent yaradıcıları, trenerlər, ekspertlər və brend səfirləri ilə əməkdaşlıqları idarə edəcək Tədbirlər və Influencer Əlaqələri üzrə Mütəxəssis axtarır.
  • Bu vəzifə Tədbirlər üzrə Rəhbərə birbaşa hesabat verir və şirkətin illik tədbirlər planına uyğun olaraq tədbirlərin planlaşdırılması, təşkili, koordinasiyası və icrasına cavabdehdir.

Vəzifənin əsas məqsədi

  • Push30-un brend tanınırlığını artıran, icmasını genişləndirən və biznes məqsədlərini dəstəkləyən tədbirlərin təşkilini təmin etmək, influencerlər, trenerlər və digər tərəfdaşların iştirakı ilə tədbirlərin təsirini artırmaq, yeni istifadəçilərin cəlb edilməsinə və korporativ satışların dəstəklənməsinə töhfə vermək.

Əsas vəzifə öhdəlikləri

  • Korporativ, icma və tərəfdaş tədbirlərini planlaşdırmaq və təşkil etmək.
  • Tədbirlər təqvimini hazırlamaq və bütün hazırlıq mərhələlərinin vaxtında icrasını təmin etmək.
  • Tədbirin konsepsiyasını, formatını, tarixini, məkanını, proqramını və texniki təşkilati məsələlərini koordinasiya etmək.
  • Tədbir məkanlarını, xidmət təminatçılarını, tərəfdaşları və trenerləri seçmək və onlarla əməkdaşlığı idarə etmək.
  • Tədbir büdcəsini hazırlamaq, kommersiya təkliflərini toplamaq və xərclərə nəzarət etmək.
  • Tədbirin məqsədinə uyğun influencerləri, bloqqerləri, ekspertləri və brend səfirlərini müəyyənləşdirmək və onlarla əməkdaşlıq qurmaq.
  • Əməkdaşlıq şərtlərini, o cümlədən ödənişli əməkdaşlıq, barter, hazırlanacaq kontent, Stories, Reels və tədbirdə iştirak şərtlərini razılaşdırmaq.
  • Tədbirdən əvvəl, tədbir zamanı və tədbirdən sonra influencerlərlə və digər tərəfdaşlarla bütün kommunikasiya prosesini idarə etmək.
  • Satış, marketinq, SMM və dizayn komandaları ilə sıx əməkdaşlıq etmək.
  • Tədbirlə bağlı elanlar, sosial media paylaşımları, reklam materialları və digər kommunikasiya vasitələri üçün zəruri məlumatları aidiyyəti komandalara təqdim etmək.
  • İştirakçı qeydiyyatını, qonaq siyahılarını və tədbirdən əvvəlki kommunikasiya prosesini idarə etmək.
  • Tədbir zamanı prosesə nəzarət etmək, yaranan məsələləri operativ həll etmək və tədbirin uğurla həyata keçirilməsini təmin etmək.
  • Tədbirdən sonra iştirakçı sayı, iştirak faizi, büdcə, potensial müştərilər, satış nəticələri, influencer fəaliyyəti, hazırlanmış kontent, iştirakçı rəyləri və inkişaf imkanları üzrə hesabat hazırlamaq.
  • Tədbirlərin nəticələrini təhlil etmək və gələcək tədbirlərin daha effektiv təşkili üçün təkliflər vermək.

Namizədə tələblər

  • Tədbirlərin təşkili sahəsində minimum 2 il iş təcrübəsi.
  • Ən azı 50–150 nəfərlik tədbirlərin təşkilində praktiki təcrübə.
  • Influencer Marketing sahəsində bilik və influencerlərlə əməkdaşlıq təcrübəsi.
  • Tədbir məkanları, xidmət təminatçıları və tərəfdaşlarla işləmək təcrübəsi.
  • Büdcənin hazırlanması və xərclərə nəzarət bacarığı.
  • Əməkdaşlıq, tərəfdaşlıq və barter şərtləri üzrə uğurlu danışıqlar aparmaq bacarığı.
  • Tədbirlərin marketinq və biznes məqsədlərini başa düşmək və bu məqsədlərə uyğun fəaliyyət göstərmək bacarığı.
  • Eyni vaxtda bir neçə layihəni idarə etmək bacarığı.
  • Güclü təşkilatçılıq, ünsiyyət, koordinasiya və problem həll etmə bacarıqları.
  • Məsuliyyətlilik, operativlik və detallara diqqətlilik.
  • Fitness, wellness, idman, sağlam həyat tərzi və ya icma layihələri üzrə təcrübə üstünlük hesab olunur.

Ünvan: Bakı şəhəri, Qurban Abbasov 5, Bayıl Bay Kempinski

Zəhmət olmasa, email-in mövzu hissəsində “Tədbirlər və influencer əlaqələri üzrə mütəxəssis” qeyd edin.

О компании

Push30
İnformasiya və kommunikasiya, İnternet və rəqəmsal platformalar

Push30 is a fast-growing wellness tech startup operating across Azerbaijan, Kazakhstan, and Uzbekistan. We are building a digital ecosystem that connects people, companies, and fitness partners into one seamless product. Behind the scenes, we work on complex subscription models, B2B and B2B2C flows, bank and partner integrations, booking systems, and AI-ready infrastructure designed to support scalable, data-driven, and intelligent product features. If you enjoy building meaningful, non-trivial products, this is where you come in.

Все вакансии Push30

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Специалист по мероприятиям и связям с инфлюенсерами
Откликнуться