QEYD: Əmək haqqı razılaşma yolu ilə müəyyən ediləcək
Vəzifə öhdəlikləri
- İstehsalat proseslərinin gündəlik idarə olunması və koordinasiyası
- İstehsal planının hazırlanması və vaxtında icrasına nəzarət
- İstehsal sahəsində iş bölgüsünün aparılması və əməkdaşların fəaliyyətinin təşkili
- Xammal, material və avadanlıqlardan səmərəli istifadəni təmin etmək
- Məhsulun keyfiyyət göstəricilərinə və texnoloji tələblərə nəzarət etmək
- İstehsalat proseslərində yaranan problemləri operativ şəkildə müəyyənləşdirmək və həll etmək
- İstehsal gücünün artırılması və proseslərin optimallaşdırılması üzrə təkliflər hazırlamaq
- Avadanlıqların texniki vəziyyətinə və fasiləsiz işləməsinə nəzarət etmək
- Texniki xidmət və təmir işlərinin planlaşdırılmasını və icrasını koordinasiya etmək
- Əməyin mühafizəsi, təhlükəsizlik və daxili intizam qaydalarına riayət olunmasını təmin etmək
- İstehsalat göstəriciləri, məhsul həcmi, itkilər və keyfiyyət üzrə hesabatlar hazırlamaq
- İstehsalat, keyfiyyətə nəzarət, anbar və texniki xidmət şöbələri ilə koordinasiyalı işləmək
- İşçi heyətin fəaliyyətini qiymətləndirmək, təlimatlandırmaq və inkişafını dəstəkləmək
- Məhsulun maya dəyərinin azaldılması və istehsal səmərəliliyinin artırılması istiqamətində tədbirlər görmək
Tələblər
- Ali texniki və ya mühəndislik təhsili
- İstehsalat sahəsində rəhbər vəzifədə iş təcrübəsi
- İstehsal proseslərinin planlaşdırılması və idarə olunması üzrə biliklər
- Komandanı idarə etmək və iş bölgüsü aparmaq bacarığı
- Texniki avadanlıqlar və istehsal texnologiyaları haqqında anlayış
- Keyfiyyət standartları və əməyin mühafizəsi qaydaları barədə bilik
- Analitik düşünmə və operativ qərarvermə bacarığı
- MS Office proqramlarında işləmək bacarığı
- Hesabat hazırlamaq və istehsalat göstəricilərini təhlil etmək bacarığı
- Məsuliyyətli, intizamlı və nəticəyönümlü olmaq
- Komanda ilə effektiv ünsiyyət qurmaq bacarığı
Üstünlük veriləcək biliklər:
- Qəlib, avadanlıq və istehsal xətlərinin idarə olunması
- Lean Manufacturing, 5S və digər istehsal səmərəliliyi metodları
- ERP və ya istehsalat idarəetmə proqramları ilə işləmə təcrübəsi
- CAD proqram bilikləri