Навыки и технологии
О роли
Uçuş heyətinin yorğunluğu üzrə planlaşdırılmış və faktiki göstəricilərin müqayisə edilməsi;
Uçuş heyətinin yorğunluğunun idarə edilməsi siyasəti ilə müəyyən edilmiş təhlükəsizlik tələblərinin yerinə yetirilməsinin təmin edilməsi;
Uçuş heyətinin yorğunluğu ilə bağlı risk və təhlükə amillərinin müəyyən edilməsi;
Aşkar edilmiş pozuntuların və təhlükəli tendensiyaların müəyyən edilməsi və qrup rəhbərinə təqdim edilməsi;
Uçuş heyəti üzvləri tərəfindən daxil olan şikayətlərin, müraciətlərin və iddiaların qeydiyyata alınması və araşdırılması;
Risk insidentləri üzrə səbəb təhlillərinin aparılması və müvafiq metodologiyanın tətbiq edilməsi;
Uçuş heyətinin faktiki iş vaxtına dair aylıq, rüblük və illik statistik məlumatların hazırlanması;
Uçuşların təhlükəsizliyi ilə bağlı hadisələrin uçotunun aparılması və məlumatların elektron informasiya sisteminə (İQSMS) daxil edilməsi;
Uçuşların İstehsalı İdarəsinin Planlaşdırma şöbəsi tərəfindən yol verilmiş pozuntuların aşkar edilməsi və müvafiq hesabatların hazırlanması;
Elektron formatda olan sənədlərə nəzarətin həyata keçirilməsi və onların müəyyən edilmiş standartlara uyğun dövriyyəsinin təmin edilməsi.
Tələblər
Təhsil tələbləri: Ali təhsil;
Təyyarə bələdçisi vəzifəsində minimum 1 il iş təcrübəsi;
Əla yazılı və şifahi ünsiyyət bacarıqları;
Güclü əməkdaşlıq və effektiv ünsiyyət bacarığı;
Microsoft Office proqramları üzrə yaxşı biliklər;
Azərbaycan və ingilis dillərini sərbəst səviyyədə şifahi və yazılı istifadə etmək bacarığı (rus dili biliyi üstünlükdür);
Məsuliyyətli, dəqiq, təşəbbüskar və komanda ilə işləmək bacarığı;
Analitik düşünmə və problem həll etmə bacarığı;
Strateji düşünmə və qərarvermə bacarığı.
İş şəraiti:
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək;
İş yeri-Heydər Əliyev Beynəlxalq Aeroportu.
О компании
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ölkənin mülki aviasiyası üzrə aparıcı qurumudur. Cəmiyyətin fəaliyyət istiqamətlərinə strateji planlaşdırma, beynəlxalq təhlükəsizlik və keyfiyyət standartlarına riayət olunmasına nəzarət, innovativ texnologiyaların tətbiqi, həmçinin ölkənin aviasiya infrastrukturunun inkişafı daxildir. AZAL QSC mülki aviasiyanın idarə olunması və modernləşdirilməsində mühüm rol oynayaraq Azərbaycanın qlobal aviasiya məkanına inteqrasiyasına etibarlı zəmin yaradır. AZAL-ın beynəlxalq nüfuzu yalnız “Skytrax” və “World Airline Awards” mükafatları ilə deyil, həm də 2024-cü ildə əldə etdiyi beynəlxalq sertifikatlarla təsdiqlənir: ISO 9001:2015 (keyfiyyətin idarəetmə sistemi), ISO 14001:2015 (ekoloji idarəetmə sistemi) və ISO 45001:2018 (əmək təhlükəsizliyi və sağlamlığın idarəetmə sistemi). Bu nailiyyətlər şirkətin ətraf mühitin mühafizəsi, əməkdaşların sağlamlığı və keyfiyyətin idarə olunması sahəsində ardıcıl tədbirlərinin nəticəsidir. Həmin il COP29 çərçivəsində yüksək səviyyəli aviasiya sessiyaları keçirilib, 2025-ci ildə isə Bakı şəhərində, Qafqaz və Xəzər regionunda ilk dəfə IATA-nın Aviasiya Enerji Forumu (AEF ) uğurla təşkil edilib. AZAL dayanıqlı inkişafa xüsusi önəm verir və bu istiqamətdə ardıcıl addımlar atır. 2024-cü ilin yanvarında AZAL BMT-nin Qlobal Razılaşma təşəbbüsünə qoşularaq ESG strategiyasının icrasına başlayıb. Son üç il ərzində hər il dərc olunan “Dayanıqlı İnkişaf Hesabatı”nda karbon emissiyalarının azaldılması və Net/Near Zero Emission hədəflərinə nail olunması üçün konkret məqsədlər müəyyən edilib. Ətraf mühit prinsiplərinə sadiqliyini isə şirkətin “IATA CO₂ Connect” platformasında və IEnvA (“IATA Environmental Assessment”) proqramında iştirakı bir daha təsdiqləyir. Bu yanaşma AZAL-ı qlobal aviasiya sənayesində etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeləndirir.
Все вакансии "Azərbaycan Hava Yolları" QSCПохожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.


