Навыки и технологии
О роли
Təsvir
- Biznes proseslərinin qurulması, optimallaşdırılması və vahid yanaşma əsasında idarə olunmasını təmin etmək;
- Proses sahibliyi (Process Ownership) çərçivəsində standartların tətbiqinə və icrasına nəzarət etmək;
- Satış, Maliyyə, İT və Hüquq komandaları ilə birgə çoxfunksiyalı layihələri koordinasiya və idarə etmək;
- Satış planlaşdırılması üzrə proseslərin, nəzarət mexanizmlərinin və əməliyyatların effektiv icrasını təmin etmək;
- Biznes proseslərinin avtomatlaşdırılması və rəqəmsallaşdırılması layihələrini idarə etmək;
- Layihələrin planlaşdırılması, icra müddətləri, resurslar və risklərin idarə olunmasını həyata keçirmək;
- Biznes tələblərini toplamaq, texniki tapşırıqlar və prosedurlar hazırlamaq, onların icrasına nəzarət etmək;
- Dəyişikliklərin idarə olunması (Change Management) prosesini və istifadəçi kommunikasiyasını təşkil etmək;
- Komanda fəaliyyətini izləmək, əməliyyat səmərəliliyini və müştəri məmnuniyyətini artırmağa yönəlmiş təşəbbüslər həyata keçirmək.
Tələblər
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Biznes proseslərinin idarə olunması, optimallaşdırılması və layihələrin koordinasiyası sahəsində praktiki təcrübə;
- Project Management və Change Management yanaşmaları üzrə biliklər;
- Biznes tələblərinin toplanması, proseslərin sənədləşdirilməsi və texniki tapşırıqların hazırlanması bacarığı;
- Trello, ClickUp, Jira, Confluence, BPMN alətləri və CRM sistemləri ilə işləmə təcrübəsi;
- MS Excel, Word, PowerPoint və Outlook proqramlarında sərbəst işləmək bacarığı;
- Azərbaycan, ingilis və rus dillərini yüksək səviyyədə bilmək;
İş qrafiki:
- 5 günlük.
İş yeri:
- Heydər Əliyev adına Beynəlxalq Hava Limanı
Vakansiya növü - Tam ştat
О компании
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ölkənin mülki aviasiyası üzrə aparıcı qurumudur. Cəmiyyətin fəaliyyət istiqamətlərinə strateji planlaşdırma, beynəlxalq təhlükəsizlik və keyfiyyət standartlarına riayət olunmasına nəzarət, innovativ texnologiyaların tətbiqi, həmçinin ölkənin aviasiya infrastrukturunun inkişafı daxildir. AZAL QSC mülki aviasiyanın idarə olunması və modernləşdirilməsində mühüm rol oynayaraq Azərbaycanın qlobal aviasiya məkanına inteqrasiyasına etibarlı zəmin yaradır. AZAL-ın beynəlxalq nüfuzu yalnız “Skytrax” və “World Airline Awards” mükafatları ilə deyil, həm də 2024-cü ildə əldə etdiyi beynəlxalq sertifikatlarla təsdiqlənir: ISO 9001:2015 (keyfiyyətin idarəetmə sistemi), ISO 14001:2015 (ekoloji idarəetmə sistemi) və ISO 45001:2018 (əmək təhlükəsizliyi və sağlamlığın idarəetmə sistemi). Bu nailiyyətlər şirkətin ətraf mühitin mühafizəsi, əməkdaşların sağlamlığı və keyfiyyətin idarə olunması sahəsində ardıcıl tədbirlərinin nəticəsidir. Həmin il COP29 çərçivəsində yüksək səviyyəli aviasiya sessiyaları keçirilib, 2025-ci ildə isə Bakı şəhərində, Qafqaz və Xəzər regionunda ilk dəfə IATA-nın Aviasiya Enerji Forumu (AEF ) uğurla təşkil edilib. AZAL dayanıqlı inkişafa xüsusi önəm verir və bu istiqamətdə ardıcıl addımlar atır. 2024-cü ilin yanvarında AZAL BMT-nin Qlobal Razılaşma təşəbbüsünə qoşularaq ESG strategiyasının icrasına başlayıb. Son üç il ərzində hər il dərc olunan “Dayanıqlı İnkişaf Hesabatı”nda karbon emissiyalarının azaldılması və Net/Near Zero Emission hədəflərinə nail olunması üçün konkret məqsədlər müəyyən edilib. Ətraf mühit prinsiplərinə sadiqliyini isə şirkətin “IATA CO₂ Connect” platformasında və IEnvA (“IATA Environmental Assessment”) proqramında iştirakı bir daha təsdiqləyir. Bu yanaşma AZAL-ı qlobal aviasiya sənayesində etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeləndirir.
Все вакансии "Azərbaycan Hava Yolları" QSCПохожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.



