Навыки и технологии
О роли
Namizədə tələblər:
- Ali təhsil;
- Yaş həddi – 25-40
- MS Office proqramları üzrə yüksək bacarıqlar;
- Ünsiyyət qurma, işgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
- Müvafiq vəzifədə minimum 1-3 il iş təcrübəsi mütləqdir;
- Yüksək təqdimat bacarığı;
- Dil bilikləri: Azərbaycan, Rus və ingilis dilləri
Vəzifə öhdəlikləri:
- Yeni xidmət modellərinin layihələndirilməsi və mövcud proseslərin optimallaşdırılması ;
- Şöbələrin işinin auditi, müştəri və xidmət axınının sürətləndirilməsi üçün yeni logistik modellərin tətbiqi;
- Xidmət keyfiyyətinin təminatı üçün daxili korporativ standartların yaradılması və tətbiqi ;
- Transformasiya və İT layihələrin icrasına və KPİ-lara nəzarət ;
İş şəraiti:
- İş qrafiki – həftədə 5 iş günü
- İş saatları – 09:00-18:00
- Əmək haqqı – namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında təyin ediləcəkdir
- Ünvan – Bakı, Yasamal ray. Tbilisi pr. 147
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun rəsmiləşmə
О компании
Respublika Diaqnostika Mərkəzi- peşəkar həkimlərə və tibb işçilərinə, geniş tibbi infrastruktura və texnologiyaya malik, pasiyent yönümlü, müasir bir tibb müəssisəsidir. Mərkəzimiz, Azərbaycanda 2016-cı ildən indiyə kimi 4 dəfə JCI (Joint Commission International) beynəlxalq akkreditasiyasını qazanan yeganə klinikadır. Pasiyentlərin təhlükəsizliyini, məxfiliyini, səhiyyə xidmətlərinin davamlı təkmilləşdirilməsini təmin etmək məqsədilə Mərkəzimizdə keyfiyyət və nəzarətə xüsusi diqqət ayrılmışdır. Buraya həmçinin, infeksiyaya nəzarət və biotəhlükə qaydaları da daxildir. Kompleks 1,6 hektarı əhatə edən, ictimai nəqliyyata və metroya yaxın ərazidə yerləşir. Kompleks bir-biri ilə əlaqələndirilmiş Diaqnostika Mərkəzi, Ürək Mərkəzi, İnzibati bina, o cümlədən, Oftalmologiya, Qan Bankı, çamaşırxana, və mərkəzləşdirilmiş oksigen təchizatı stansiyasından ibarətdir. Kompleksin ərazisində pasiyentlərin keyfiyyətli istirahəti üçün qapalı qış parkı, açıq havada yaşıllıq zonası, yeməkxana, kafe və gözləmə zalları mövcuddur. Bundan əlavə, pasiyentlərin, işçilərin və ziyarətçilərin rahatlığını təmin etmək məqsədilə 100-dən yuxarı avtomobil tutumlu yeraltı və açıq avtomobil dayanacaqları da yaradılmışdır. Mərkəzin bütün bölmələri əhatə etməklə, ümumilikdə 116 çarpayı fondu vardır. Bundan əlavə, Mərkəzdə tibbi texnologiyalar, cihaz və avadanlıqlarla tam təmin olunmuş 10 cərrahi əməliyyat otağı və 2 angioqrafiya otağı mövcuddur. Respublika Diaqnostika Mərkəzi yerli və əcnəbi pasiyentlərə çoxşaxəli və yüksək keyfiyyətli tibbi xidmətlər təklif edir.
Все вакансии Respublika Diaqnostika MərkəziПохожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.



