Content PlanningCreative WritingAI Tools
Локация
Bakı
Опыт
Middle
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
22 июня 2026
Языки
Azerbaijani
Навыки и технологии
О роли
Kontent Menecer axtarırıq!
Komandamıza kreativ düşüncəli, sosial media trendlərini izləyən, ideyaları kontentə çevirə bilən Kontent Menecer axtarırıq.
Əsas tələblər:
- Sosial media platformaları üçün kontent ideyaları hazırlamaq bacarığı;
- Instagram, TikTok, LinkedIn və digər platformalar üçün post, story, reels və video mətnləri yazmaq;
- Kontent plan hazırlamaq və paylaşım prosesini izləmək;
- Brendin üslubuna uyğun kreativ və düzgün mətnlər hazırlamaq;
- Sosial media trendlərini araşdırmaq və onları brendə uyğunlaşdırmaq;
- Süni intellekt alətlərindən kontent ideyası, mətn, ssenari və vizual yönləndirmə üçün istifadə etmək;
- Dizayn komandası üçün aydın və düzgün brief hazırlamaq;
- Azərbaycan dilində səlis, düzgün və yaradıcı yazı bacarığı;
Şəxsi keyfiyyətlər:
- Kreativ düşüncə və yeniliklərə açıq olmaq;
- Gülərüz və pozitiv ünsiyyət tərzinə sahib olmaq;
- Komanda ilə işləmə bacarığı;
- Yüksək kommunikasiya qabiliyyəti;
- Detallara diqqətli yanaşmaq;
- Tapşırıqları vaxtında və məsuliyyətlə icra etmək;
- İş prosesində çevik və təşəbbüskar olmaq;
- Araşdırma etməyi və yeni ideyalar tapmağı sevmək.
Üstünlük hesab olunur:
- Təhsil sektorunda kontent təcrübəsi;
- Reklam mətnləri və satış yönümlü kontent yazmaq bacarığı;
- Video ssenari və danışıq mətnləri hazırlamaq təcrübəsi;
- Video çəkiliş və montaj bacarığı (CupCut, Premiere Pro);
- Kamera qarşısında ideya vermək və çəkiliş prosesində iştirak təcrübəsi;
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü, 5 gün;
- İş saatları: 10:00–19:00;
- İş yeri: Bakı, Nizami küç. 204, AF Business House.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar və pozitiv komanda mühiti;
- Təyin edilmiş günlərdə online işləmə hüququ;
- Şirkət tərəfindən verilmiş notbuk;
- Təlim və inkişaf imkanları;
- Kreativ ideyalarını reallaşdırmaq üçün dəstəkləyici mühit.
Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən müəyyən olunacaq.
О компании
Handex
Biznesə dəstək xidmətləri, Təlim və peşəkar inkişaf · Bakı
Handex Təhsil Mərkəzi 2021-ci ildən fəaliyyət göstərən, müasir iş dünyasının tələblərinə uyğun texniki, rəqəmsal və biznes bacarıqları üzrə ixtisaslaşmış təhsil şirkətidir. Müasir dünyanın tələblərinə uyğun formalaşdırdığımız təlimlərimizlə həm fərdi şəxslərin, həm də korporativ əməkdaşların texniki, rəqəmsal və biznes biliklərini artırmağa xidmət göstəririk.
Все вакансии HandexПохожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.
Adobe Premiere ProCapCutAdobe After Effects
Content PlanningHootsuiteBuffer
Adobe Premiere ProVisual DesignCapCut


