Менеджер по маркетингу

в Burger King

Локация
Азербайджан
Опыт
Lead
Занятость
Полная занятость
Зарплата
1 500–1 800 ₼
Опубликовано
3 июля 2026
Языки
Azerbaijani, English

О роли

İş haqqında məlumat

  • Şirkətin ümumi strateji hədəflərinə uyğun olaraq satış bazarının genişləndirilməsi və məhsul çeşidinin artırılması kimi biznesin inkişaf istiqamətlərini əhatə edən uzunmüddətli inkişaf strategiyasının, eləcə də kompleks marketinq strategiyasının hazırlanması və icrası;
  • Şirkətin uğurlu inkişafı üçün marketinq siyasətini qurub həyata keçirilməsi;
  • Aylıq, rüblük və illik marketinq fəaliyyət planlarının hazırlanması, resursların müəyyənləşdirilməsi və icrası;
  • İllik marketinq büdcəsinin planlaşdırılması, idarə edilməsi və kampaniyaların maliyyə çərçivəsində həyata keçirilməsi;
  • Rəqabət mühitinin təhlili, rəqiblərin marketinq fəaliyyətlərinin izlənilməsi, alternativ reklam imkanlarının araşdırılması və müvafiq təkliflərin hazırlanması;
  • Şirkətin xidmətlər bazarında mövqeyinin möhkəmləndirilməsi və restoranlarda məhsul satışları ilə xidmət səviyyəsinin artırılması məqsədilə bazar araşdırmaları aparır;
  • KPI və ROI-ların ölçülməsi, nəticələrin rəhbərliyə təqdim edilməsi;
  • Çap materiallarının hazırlanması və icrasına nəzarətin həyata keçirilməsi;
  • Bütün marketinq fəaliyyətlərinin effektivliyinin təhlili və proqnozların verilməsi;
  • Agentliklər, dizayn komandası və digər tərəfdaşlarla koordinasiya;
  • Müştəri cəlbi və məmnuniyyətinin artırılmasına yönəlik təşəbbüslərin həyata keçirilməsi;
  • PR kampaniyalarının təşkili, media ilə əlaqələrin qurulması və effektivliyin ölçülməsi;
  • Kontent strategiyasını formalaşdırır, bu zaman kontent planının məqsədlərini, hədəf auditoriyanı, əsas mesajları, istifadə olunacaq platformaları və əsas performans göstəricilərini (KPI) müəyyən edir;
  • Hədəf auditoriyaya uyğun reklam kampaniyalarının təşkili və təhlili (ATL, BTL, Digital);
  • Məhsulun qiymətinin müəyyənləşdirilməsi prosesində iştirak etmək;
  • Şirkətin rəsmi saytının daimi nəzarətdə saxlanılması və təkmilləşdirilməsi;
  • Şirkətlə bağlı yayılan və dərc olunan məlumatları,“press reliz”ləri, KİV və sosial medianı daim nəzarətdə saxlanması.

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • 5 günlük iş rejimi;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv;
  • Əməkhaqqı -1500-1800 azn.

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
1 500–1 800 ₼
Менеджер по маркетингу
Откликнуться