Руководитель отдела маркетинга и поддержки продаж

в BOKT "İDEAL KREDİT" MMC

Локация
Bakı
Опыт
5+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
24 июня 2026
Языки
Azerbaijani
Дедлайн
23 июля 2026

О роли

BOKT-nin strateji hədəflərinə uyğun marketinq və satış strategiyalarının hazırlanması, icrası və nəticələrinin qiymətləndirilməsi;
BOKT-nin bazarda tanınmasının artırılması, brend imicinin gücləndirilməsi və rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində fəaliyyətlərin həyata keçirilməsi;
Kredit və digər maliyyə məhsullarının tanıdılması, satış həcminin artırılması və yeni müştərilərin cəlb olunması üçün marketinq kampaniyalarının hazırlanması və idarə olunması;
Filiallar üzrə satış göstəricilərinin təhlili, satışların artırılmasına yönəlmiş təkliflərin hazırlanması və tətbiqi;
Şirkətin məhsul və xidmətlərinin bazarda mövqeyinin gücləndirilməsi üçün bazar araşdırmalarının aparılması və əməli təkliflərin hazırlanması;
Müxtəlif təşkilatlar, ticarət obyektləri və biznes subyektləri ilə əməkdaşlıqların qurulması, yeni satış kanallarının yaradılması və inkişaf etdirilməsi;
Qısa və uzunmetrajlı reklam çarxlarının, təqdimat videolarının və digər marketinq materiallarının hazırlanması, çəkiliş prosesinin təşkili və nəzarəti;
Şirkətin sosial media platformalarının (Instagram, Facebook, TikTok və s.) idarə olunması, inkişaf etdirilməsi və effektivliyinin artırılması;
Sosial media və rəqəmsal marketinq kampaniyalarının hazırlanması, idarə olunması və nəticələrinin təhlili;
Marketinq fəaliyyətlərinin satış nəticələrinə təsirinin qiymətləndirilməsi və investisiya effektivliyinin təmin edilməsi;
Marketinq büdcəsinin planlaşdırılması, idarə olunması və optimallaşdırılması;
Marketinq fəaliyyəti, satış göstəriciləri və bazar trendləri üzrə mütəmadi hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi;
Şöbə əməkdaşlarının fəaliyyətinin koordinasiyası, tapşırıqların icrasına və əmək intizamına nəzarət edilməsi;
Şirkətin daxili qaydalarına, etik davranış prinsiplərinə və korporativ standartlarına riayət olunmasının təmin edilməsi;
Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətli icrasının təmin edilməsi.

Tələblər
Ali təhsil (Marketinq, Biznesin idarə edilməsi, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə);
Marketinq və ya satışın idarə edilməsi sahəsində minimum 5 il iş təcrübəsi;
Maliyyə, bank və ya BOKT sektorunda rəhbər vəzifədə iş təcrübəsi mütləqdir;
Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
Marketinq, satış və biznes inkişafı sahəsində strateji düşünmə qabiliyyəti;
Güclü liderlik, komanda idarəetməsi, təqdimat və danışıqlar aparmaq bacarığı;
Analitik düşüncə, təşəbbüskarlıq və nəticəyönümlülük;
Sosial media idarəçiliyi və rəqəmsal marketinq alətləri üzrə biliklərə üstünlük verilir;
Stressə davamlı, məsuliyyətli və yüksək təşkilatçılıq qabiliyyətinə malik olmaq.

О компании

BOKT "İDEAL KREDİT" MMC
Maliyyə və sığorta fəaliyyəti · Bakı

Bank olmayan Kredit Təşkilatı “İdeal Kredit” Məhdud Məsuliyyətli Cəmiyyəti “İdeal Kredit” adı ilə 11.11.2014-cü il tarixdən fəaliyyətə başlayıb və öz fəaliyyətini bir neçə fundamental istiqamətdə davam etdirir. BOKT pərakəndə biznes, kiçik və orta sahibkarlıq, böyük korporativ biznesi dəstəkləyir və müştəri xidmətləri keyfiyyətinin artırılmasına davamlı səy göstərir. Ölkədə istehlak kreditlərinin artım dinamikası BOKT-un inkişafı üçün bir stimuldur. Təşkilatın şüarı olan “İdeal Seçim” “İdeal Kredit”in hər bir müştəriyə fərdi yanaşma ilə bərabər müştərilərə ideal şərtlərlə kredit ayrılması- fəlsəfəsini özündə cəm edir.

Все вакансии BOKT "İDEAL KREDİT" MMC

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Руководитель отдела маркетинга и поддержки продаж
Откликнуться