Ведущий специалист по маркетингу

в Best-Tarim QSC (Beta Tea Azerbaijan)

Локация
Азербайджан
Опыт
3+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
19 июня 2026
Языки
Azerbaijani, English, Turkish
Дедлайн
19 июля 2026

О роли

İş şəraiti

  • İş qrafiki: 6 günlük iş həftəsi
  • Təminat: Nahar yeməyi şirkət tərəfindən qarşılanır

“Best-tarim” QSC dinamik, yaradıcı və nəticəyönümlü Aparıcı Marketinq Mütəxəssisi axtarır! Əgər siz həm rəqəmsal, həm də ənənəvi marketinq sahəsində təcrübəlisinizsə, komandamıza qoşulmağa dəvətlisiniz.

Vəzifə Öhdəlikləri:

  • Marketinq strategiyalarının hazırlanması və icrasında iştirak etmək
  • Rəqəmsal marketinq kampaniyalarının planlaşdırılması, idarə olunması və analizi
  • Sosial media platformaları (SMM) üçün məzmun planının hazırlanması və koordinasiyası
  • Ənənəvi marketinq (ATL/BTL) fəaliyyətlərini və promo-kampaniyaları təşkil etmək
  • Reklam kampaniyalarının effektivliyini ölçmək və dövri hesabatlar hazırlamaq
  • Bazar araşdırmaları aparmaq, rəqiblərin fəaliyyətini izləmək və təhlil etmək
  • Agentliklər, tərəfdaşlar və digər təchizatçılarla kommunikasiyanı idarə etmək
  • Satış komandası ilə koordinasiyalı işləmək və marketinq dəstəyi göstərmək
  • Marketinq büdcəsinin idarə olunmasında dəstək göstərmək

Namizədə Dair Tələblər:

  • Marketinq, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil
  • Marketinq sahəsində minimum 3 il iş təcrübəsi
  • Ənənəvi marketinq (BTL/ATL) prinsipləri və alətləri üzrə biliklər
  • Promo-kampaniyaların, stimullaşdırıcı aksiyaların təşkili və idarə edilməsi təcrübəsi
  • Rəqəmsal marketinq alətləri və sosial media platformaları üzrə mükəmməl biliklər
  • Meta Ads platformaları ilə işləmək bacarığı
  • Analitik düşüncə və məlumatların təhlili (data analysis) qabiliyyəti
  • Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət
  • İngilis dili (Intermediate - B1/B2) və Türk dili (sərbəst) bilikləri
  • MS Office proqramlarında (xüsusilə Excel və PowerPoint) sərbəst işləmək bacarığı

Şəxsi Keyfiyyətlər:

  • Kreativ, innovativ və nəticəyönümlü düşüncə
  • Güclü ünsiyyət, təqdimat və komandada işləmək bacarığı
  • Zamanın effektiv idarə olunması (Time management)

Biz Nə Təklif Edirik?

  • Rəqabətqabiliyyətli əmək haqqı
  • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun rəsmiləşdirilmə
  • Rahat, müasir və dinamik iş mühiti

О компании

Best-Tarim QSC (Beta Tea Azerbaijan)
Emal sənayesi, Qida məhsullarının istehsalı

Fəaliyyət sahəsi: Çay istehsalı, kənd təsərrüfatı və qida sənayesi Best Tarım QSC (Beta Tea Azerbaijan) Azərbaycanda çay istehsalı və emalı sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biridir. Şirkət yüksək keyfiyyətli məhsulların istehsalı, innovativ yanaşmaların tətbiqi və peşəkar kadr potensialının inkişafına xüsusi önəm verir.

Все вакансии Best-Tarim QSC (Beta Tea Azerbaijan)

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Ведущий специалист по маркетингу
Откликнуться