Биомедицинский инженер

в AzəriMed MMC

Локация
Азербайджан
Опыт
1+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
8 июля 2026
Языки
Azerbaijani, English
Дедлайн
8 августа 2026

О роли

Tələblər:

  • Təhsil: Ali təhsil (Biotibbi Cihaz Texnologiyaları və ya Elektronika);
  • Təcrübə: Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • Kompüter biliyi: MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Dil bilikləri: Azərbaycan və İngilis dillərində sərbəst ünsiyyət qurmaq bacarığı;
  • İşində dəqiq və məsuliyyətli olmaq;
  • Biotibbi cihazların texniki xidməti və təmiri sahəsində əsas bilik və avadanlıqlarla işləmə bacarığı.

Vəzifə öhdəlikləri:

  • Biotibbi cihazların texniki baxışı, diaqnostikası və təmir işlərinin həyata keçirilməsi;
  • Laboratoriya və tibbi avadanlıqlara texniki servis xidmətinin göstərilməsi;
  • Aşkarlanmış texniki nasazlıqların vaxtında və effektiv şəkildə aradan qaldırılması;
  • Texniki sənədləşmənin aparılması və görülən işlər barədə hesabatların hazırlanması;
  • Tapşırıqların müəyyən edilmiş vaxt çərçivəsində yerinə yetirilməsi;
  • Zərurət yarandıqda regionlara ezamiyyətlərdə iştirak.

İş şəraiti:

  • İş qrafiki: 5 günlük (09:00-18:00)
  • Ünvan: Nərimanov rayonu, Məmməd Araz 18
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq

О компании

AzəriMed MMC
İnsan sağlamlığı və sosial xidmətlər, Aptek xidmətləri · 500 +

Azəri Med MMC Azərbaycanın ən sürətlə inkişaf edən aparıcı tibbi tədarükçülərindən biridir. Son 15 il ərzində dünyanın 40-dan çox ölkəsində səhiyyə şirkətləri ilə əməkdaşlıq edirik və 250-dən artıq saya malik Apteklər Şəbəkəmiz uğurla fəaliyyət göstərir. Biz xəstəxanalar, apteklər və distribyutorları yüksək keyfiyyətli əczaçılıq məhsulları, qida əlavələri, tibbi cihazlar, sərf materialları və digər məhsullarla təmin edirik. Fəaliyyətimizin mərkəzində insan sağlamlığı dayandığı üçün, böyük məsuliyyət tələb edir və biz peşəkar kadrlarımızın köməyi ilə nəinki Bakıda, həm də Azərbaycanın müxtəlif regionlarında bunun öhdəsindən məharətlə gəlirik. Azəri Med MMC-nin sadə və aydın məqsədi var: insanlara daha yaxşı sağlamlıq yolunda dəstəkçi olmaq! Qlobal tərəfdaşlarımız və təcrübəli logistik komandamızın köməyi ilə müştərilərimizin ən yüksək keyfiyyət və sərfəli qiymətlərdən faydalanmasını təmin edirik. Həmçinin, tibbi tələblərin yerli, milli və beynəlxalq səviyyələrdə hər zaman vaxtında qarşılanmasına təminat veririk. Azəri Med MMC Roche Diagnostics GmbH, Pfizer Export B.V, Novartis Pharma Services AG, Philips Medical Systems, Medtronic Trading NL B.V, Sanofi-Aventis SPA, Nature’s Bounty və başqa dünyada tanınan istehsalçılar ilə əməkdaşlıq edir.

Все вакансии AzəriMed MMC

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Биомедицинский инженер
Откликнуться