Corporate SalesCustomer Relationship ManagementNegotiation
Локация
Азербайджан
Опыт
Middle
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
30 июня 2026
Языки
Azerbaijani, English
Дедлайн
30 июля 2026
Навыки и технологии
О роли
Biz Azərbaycanda, xüsusilə Gəncə şəhərində fəaliyyətimizi genişləndirmək məqsədilə Tibbi nümayəndə (Müvəqqəti müddətə) vəzifə üzrə əməkdaş axtarırıq.
Vəzifə öhdəlikləri:
- Regional menecer ilə razılaşdırılmış plana uyğun olaraq həkimlərə və aptek şəbəkələrinə gündəlik ziyarətlərin həyata keçirilməsi;
- Şirkətin məhsulları barədə həkimlərə elmi məlumatların təqdim edilməsi;
- Məqsədli auditoriya ilə promosiya tədbirlərinin, dəyirmi masaların və qrup görüşlərinin təşkili və keçirilməsi;
- Müvafiq tibbi sahə üzrə elmi yeniliklərlə tanış olmaq və daxili təlimlərdə iştirak etmək;
- Davam edən layihələrin effektiv icrası məqsədilə müxtəlif şöbələrlə əməkdaşlıq etmək;
- Gündəlik fəaliyyətlərin sistemdə əks etdirilməsi və inzibati işlərin icrası;
- Şirkətin məhsullarının təşviqi məqsədilə tələb olunan digər fəaliyyətlərin yerinə yetirilməsi.
Əsas tələblər:
- Ali tibbi təhsil;
- MS Office proqramlarından yaxşı istifadə bacarığı;
- Sürücülük vəsiqəsi.
Şəxsi keyfiyyətlər:
- Güclü ünsiyyət və təqdimat bacarıqları;
- Effektiv işgüzar münasibətlər qurmaq bacarığı;
- Komandada işləmək bacarığı;
- Məsuliyyətlilik və dürüstlük;
- Nəticəyönümlü və təşəbbüskar yanaşma;
- Vaxtın idarə olunması və düzgün prioritetləşdirmə bacarığı;
- Çeviklik və dəyişikliklərə tez uyğunlaşmaq bacarığı;
- Analitik və strateji düşüncə;
- Peşəkar inkişaf üçün yüksək motivasiya.
Şirkət təklif edir:
- Peşəkar və karyera inkişafı imkanları;
- Rəqabətqabiliyyətli əməkhaqqı və bonus sistemi;
- Tibbi sığorta;
- Şirkət avtomobili (yanacaq limiti ilə təmin edilir);
- Mobil rabitə təminatı;
- Peşəkar, inkişafyönümlü və dostluq mühitinə malik iş şəraiti;
- Beynəlxalq təcrübə və daimi peşəkar dəstək;
- Daxili təlimlərdə və inkişaf proqramlarında iştirak imkanı.
Məktubun mövzu hissəsində vakansiyanın adı "Tibbi Nümayəndə" qeyd olunmalıdır.
CV / ərizə / tərcümeyi-hal təqdim etməklə, təqdim etdiyiniz şəxsi məlumatların vakansiyanın tələblərinə uyğunluğunuzun qiymətləndirilməsi və mümkün əmək münasibətlərinin qurulması məqsədilə "Şəxsi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq emal edilməsinə razılıq vermiş olursunuz.
О компании
Servier Research Group
Похожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.
Менеджер по продажам
ГорячаяClient Relationship ManagementBusiness NegotiationSales Strategy
Corporate SalesClient Relationship ManagementBusiness Development
Content CreationAI ToolsInternal Communications




