Навыки и технологии
О роли
Məzunların işə düzəlmə prosesinə dəstək: CV hazırlanması, işəgötürənlərlə ilkin əlaqələrin qurulması;
Karyera sərgilərinin və işəgötürənlərlə HR görüşlərinin təşkili;
Məzunlar üçün müsahibəyə hazırlıq və işəgötürənlərlə uyğunlaşdırma (matching) prosesinin idarə edilməsi;
Məzunların məşğulluğunun izlənməsi və aylıq hesabatlılığının qurulması;
Məzun icmasının (alumni community) formalaşdırılması və məzunlarla davamlı əlaqələrin saxlanılması;
Memorandum və sponsorluqların rəsmiləşdirilməsi prosesində dəstək verilməsi;
Vətəndaş müraciətlərinin qəbulu, emalı və vaxtında cavablandırılmasının təmin edilməsi;
Məzun günlərinin təşkili prosesinə administrativ dəstək verilməsi;
Hakatonların təşkilində inzibati dəstəyin göstərilməsi;
Tələbələrin universitet sənədləşmələrinin hazırlanması və akademik qeydiyyat prosesinin aparılması;
Universitetlərlə layihələr üzrə koordinasiyanın təşkili;
Universitetlərlə əlaqələrin qurulması və əməkdaşlıq sazişlərinin imzalanması prosesinin təşkili;
Əməkdaş universitetlərdə tədrisin təşkili və tədris prosesinin izlənməsinin idarə edilməsi.
Tələblər
İnformasiya Texnologiyaları, Menecment, Beynəlxalq əlaqələr və ya əlaqəli sahədə Bakalavr dərəcəsi;
Layihə idarəetmə sahəsində (büdcələmə, sənədlərin idarəsi daxil olmaqla) ən azı 2 il təcrübə;
Layihə idarəetmə metodologiyaları (məsələn, Agile, Scrum, Waterfall) haqqında yaxşı bilik və müvafiq sertifikatın olması (PMP, PMI-ACP və s.);
İngilis dili minimal B2 səviyyə ,rus dili arzuolunandır;
Əla ünsiyyət və təşkilatçılıq bacarıqları;
Problemləri həll etmək üçün analitik düşüncə qabiliyyəti;
MS Office, JIRA və ya oxşar layihə idarəetmə alətlərindən istifadə bacarığı;
Çoxşaxəli mühitdə komanda işləmə təcrübəsi;
Rəsmi məktubların hazırlanması və ESD sistemində istifadə bacarığı.
О компании
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs kimi yaradılmışdır. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ölkədə rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkili, yerli innovasiya mühitinin formalaşdırılması, ekosistemin gücləndirilməsinə xidmət edir. Nüvə elmi və texnologiyalarının sınaq təcrübələrini aparmaq, fiziki və hüquqi şəxslərə innovasiya yönümlü elmi-tədqiqatlarına və innovativ layihələrinə (Startapları) dəstək vermək, müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərərək ölkədə İKT sahəsində əlçatan təhsil və karyera imkanlarını təmin etmək, rəqəmsal hökumət və rəqəmsal cəmiyyətin qurulması və təşkilini həyata keçirmək Agentliyin prioritet istiqamətləridir.
Все вакансии İnnovasiya və Rəqəmsal İnkişaf AgentliyiПохожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.

