Project ManagementDigital TransformationStakeholder Management
Локация
Bakı
Опыт
2+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
10 июля 2026
Языки
Azerbaijani, English
Навыки и технологии
О роли
Rəqəmsal inkişaf layihələrinin planlaşdırılmasını, əlaqələndirilməsini və icrasını təmin etmək; Rəqəmsallaşma layihələrində maraqlı tərəflərlə və müvafiq struktur bölmələrlə keçirilən görüşlərdə iştirak etmək; Rəqəmsallaşma üzrə yol xəritələrinin hazırlanmasında və icrasında iştirak etmək; Mərkəzin rəqəmsal inkişaf layihələrinin və proqramlarının hazırlanması və əlaqələndirilməsində, həmçinin Mərkəz səviyyəsində yanaşma, strategiya və tədbirlər planlarının tərtibində iştirak formalaşdırılmasına dəstək göstərmək və rəqəmsallaşma strategiyasının formalaşdırılmasına dəstək göstərmək; Layihələrin icrasına nəzarət etmək, riskləri izləmək, layihə hesabatlarını hazırlamaq və layihə idarəetməsi metodologiyasının tətbiqinə dəstək vermək; Mərkəzdə rəqəmsal inkişaf istiqamətində görülən işlərin gedişatı barədə məlumatların alınması, irəliləyişin sinxronlaşdırılması və yaranan çətinliklərin aradan qaldırılması üçün mümkün maneələrin müəyyənləşdirilməsi; Rəqəmsal transformasiya və avtomatlaşdırma təşəbbüslərində iştirak etmək; Zərurət yarandıqda Mərkəzin təşkil etdiyi imtahan, müsahibə və digər tədbirlərdə daxili qaydalara uyğun olaraq iştirak etmək (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.); Rəhbərlik və şöbə müdiri tərəfindən verilmiş tapşırıqları icra etmək. Xüsusi tələblər Ali təhsil (layihələrin idarə edilməsi, informasiya texnologiyaları, informasiya sistemləri, kompüter mühəndisliyi, sistem analizi, rəqəmsal transformasiya və ya digər uyğun ixtisaslar üzrə); Layihə idarəçiliyi sahəsi üzrə minimum 2 il iş təcrübəsi; Azərbaycan dili-yüksək səviyyə, ingilis dili B1; Kompleks layihələrin planlaşdırılması və əlaqələndirilməsi bacarığı; İstifadəçi tələblərini toplamaq, sənədləşdirmək və layihə komandaları ilə koordinasiya etmək bacarığı; Layihə idarəetməsi üzrə beynəlxalq sertifikatlar üstünlükdür; Jira, Confluence, Microsoft Project, Miro və digər layihə idarəetmə alətləri ilə işləmək bacarığı; Planlaşdırma, analitik düşüncə, problem həll etmə, məsuliyyətlilik, təşəbbüskarlıq, nəticəyönümlülük, effektiv ünsiyyət və komanda ilə işləmək bacarığı; Müraciət qaydası: Namizədlər 24 iyul 2026-cı il tarixinədək linkinə daxil olaraq “Layihə_aparıcı məsləhətçi” vakansiyasını seçib elektron müraciət formasını doldurmalı və göndərməlidirlər.
Похожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.
Project ManagementChange ManagementVendor Management
Business Process AnalysisAPI IntegrationBusiness Requirements Documentation
Risk ManagementStakeholder ManagementContract Negotiation
