Satış Təmsilçisi (Layihə kordinatoru)

в Alpino Doors Gallery

Локация
Азербайджан
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
23 июля 2026
Языки
Azerbaijani, Russian
Дедлайн
23 августа 2026

О роли

AlpinoDoors olaraq polad və aliminum qa pılar,arakəsmələr və sürgü sistemlərinin istehsalı ilə məşğuluq. Hər bir məhsulumuz müştərinin fərdi sifarişi və məkanın ölçülərinə uyğun olaraq xüsusi dizayn edilir.

Komandamıza satış yönümlü, məsuliyyətli və sifariş prosesini sonadək idarə edə biləcək Satış Təmsilçisi axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Instagram və digər sosial media platformalarından daxil olan müraciətləri operativ və peşəkar şəkildə cavablandırmaq.
  • Müştərinin ehtiyacını düzgün müəyyənləşdirərək uyğun məhsul və həll yollarını təqdim etmək.
  • Müraciətləri uğurlu satışa çevirmək və satış prosesini idarə etmək.
  • Ölçü götürülməsi üçün görüşləri planlaşdırmaq və prosesi koordinasiya etmək.
  • Satışı təsdiqlənmiş sifarişləri bütün detalları ilə dizayn şöbəsinə ötürmək.
  • Dizayn təsdiqləndikdən sonra sifarişi istehsal şöbəsinə yönləndirmək.
  • Sifarişin istehsal və təhvil mərhələlərini izləmək, prosesə nəzarət etmək və müştərini mütəmadi məlumatlandırmaq.
  • Müştəri məmnuniyyətini təmin etmək və yaranan məsələlərin operativ həllinə dəstək vermək.
  • CRM və ya sifariş uçot sistemində məlumatları dəqiq qeyd etmək .

Namizəddən gözləntilər:

  • Satış sahəsində təcrübə (mebel, interyer, qapı və ya tikinti sektorunda təcrübə üstünlükdür).
  • Instagram və WhatsApp üzərindən peşəkar yazışma bacarığı.
  • Güclü ünsiyyət və təqdimat qabiliyyəti.
  • Müştəri etirazlarını idarə etmək və satış bağlama bacarığı.
  • Məsuliyyətli, diqqətli və nəticəyönümlü olmaq.
  • Komanda ilə koordinasiyalı işləmək və sifariş prosesini sonadək idarə etmək.
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı (rus dili üstünlük hesab olunur).

Biz təklif edirik:

  • Rəqabətli əməkhaqqı (sabit maaş + satış üzrə bonus sistemi).
  • Karyera inkişafı və peşəkar yüksəliş imkanı.
  • Rahat və müasir iş mühiti.
  • Davamlı təlim və inkişaf dəstəyi.
  • Güclü və peşəkar komandanın üzvü olmaq imkanı.

İş şəraiti

  • İş saatı:10:00-19:00
  • Ünvan: Ağ şəhər / Yaşıl Ada 1ıl Ada

Əgər satış etməyi sevir, müştərilərlə işləməkdən zövq alır və sifariş prosesini sonadək məsuliyyətlə idarə edə bilirsinizsə, sizi AlpinoDoors komandasında görməkdən məmnun olarıq.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

О компании

Alpino Doors Gallery
Topdansatış və pərakəndə ticarət, İxtisaslaşmış pərakəndə ticarət · Baku

Alpino Doors Gallery polad arakəsmə, qapı və sürgülü sistemlərin satışı və layihələndirilməsi sahəsində fəaliyyət göstərir.

Все вакансии Alpino Doors Gallery

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Satış Təmsilçisi (Layihə kordinatoru)
Откликнуться