Навыки и технологии
О роли
Təsvir
• Satış strategiyalarının hazırlanması və həyata keçirilməsi prosesində iştirak etmək;
• Satış planları və göstəriciləri üzrə mütəmadi hesabatlar hazırlamaq;
• Əməkdaşların iş keyfiyyətini təhlil etmək və təkmilləşdirmə yollarını təklif etmək;
• Satış kanallarını optimallaşdırmaq üçün təhlillər aparmaq və təkliflər vermək;
• Şirkətin strateji hədəflərinin reallaşdırılmasında şöbənin görəcəyi işlərin tətbiqi;
• Layihələrin inkişafı və icrasında yaxından iştirak etmək;
• Korporativ əlaqələrin qurulması məqsədilə bazar araşdırmaları aparmaq və yeni əməkdaşlıqlar qurmaq;
• Potensial müştərilərin və tenderlərin axtarışı;
• Müştərilər üçün təklif paketləri hazırlamaq;
• Müştəri görüşlərində təqdimatlar etmək;
• Sifarişlərin çatdırılma prosesinə nəzarət etmək;
• Bazar araşdırmaları və təhlillər aparmaq.
İş barədə məlumat:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Tələblər
- Ali təhsil;
- Səlis Azərbaycan və ya Rus dili biliyi, İngilis dili biliyi üstünlükdür;
- Korporativ satışlar üzrə 2 ildən artıq təcrübə və ən azı 1 il rəhbər təcrübəsi;
- Micro və Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excel, Outlook);
- Analitik düşüncə tərzi və güclü kommunikasiya bacarıqları;
- Məsuliyyətlilik və stressə davamlılıq.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
О компании
“Kontakt” pərakəndə satış sektoru üzrə Azərbaycanın aparıcı mağazalar şəbəkəsidir. Şirkət hazırda ölkə üzrə 50-dən çox mağaza, ölkə sərhədlərindən kənarda – isə Gürcüstanın müxtəlif bölgələrində fəaliyyət göstərir. İlbəil yerli və xarici bazarda mövqeyimizi davamlı olaraq gücləndiririk. Şəbəkəmiz Avropanın ən böyük elektronika ittifaqı olan “Euronics”in Qafqaz üzrə ilk və yeganə rəsmi tərəfdaşıdır. Bu tərəfdaşlıq şirkətin beynəlxalq standartlara uyğun fəaliyyət göstərdiyini və etibarlı riteyl şəbəkəsi olduğunu təsdiqləyir. Şirkətin uğurunun əsasını 3000-dən çox əməkdaşdan ibarət peşəkar və dinamik komanda təşkil edir. Burada qarşılıqlı etibar, açıq ünsiyyət, komandada birgəlik və sağlam iş mühiti əsas dəyərlərimizdir. Komanda üzvlərimiz arasında performansa əsaslanan karyera yüksəlişini təmin etməyimiz isə daim qürurlandığımız cəhətimizdir. Üstəlik, əməkdaşların şəxsi və peşəkar inkişafına real yanaşma da mövcuddur. “Kontakt” komandasında çalışanlar üçün təlimlər və öyrənmə mühiti yaradılaraq hər bir əməkdaşın potensialını ortaya qoymasına şərait yaradılır. Böyük komandamıza qoşulmaq istəyənlərə “Kontakt – Sevindirir” ruhunu birgə yaşamağı vəd edirik. Komandamızı və iş həyatımızı daha ətraflı Kontakt Life-ın həm Instagram , həm də LinkedIn səhifəsində kəşf edə bilərsən.
Все вакансии Kontakt HomeПохожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.



