Навыки и технологии
О роли
İnnovativ məhsul, texnologiya və startapların bazara çıxarılması və miqyaslaşdırılmasına tərəfdaşlıqlar və investisiya vasitəsilə dəstək göstərilməsi. Bu, innovasiyanın işlənib hazırlanmasını deyil, onun kommersiyalaşmasını və genişləndirilməsini əhatə edir (İnnovasiya istiqaməti ilə funksiyaların təkrarlanmadan koordinasiyası).
Vençur kapitalı və investisiya ekosisteminin inkişafı, o cümlədən VC sövdələşmələrinin sayının artırılması (erkən və son mərhələ), yerli və beynəlxalq fondlarla əməkdaşlıq və birgə investisiya (co-investment) mexanizmləri.
“Fondlar Fondu”nun yaradılması və işə salınmasına dəstək; vençur, kraudfandinq və “mələk investor” fəaliyyətinin inkişafının dəstəklənməsi.
Qlobal İKT və yüksək texnologiya şirkətlərinin, xarici startapların və mütəxəssislərin ölkəyə cəlb edilməsi və texnoparklarda yerləşdirilməsi; xaricdəki azərbaycanlı peşəkarların ölkənin texnologiya ekosistemi ilə əlaqələndirilməsi.
Yüksək texnologiya məhsulları və İKT xidmətlərinin ixracının dəstəklənməsi; strateji texnologiya sahələri üzrə klasterləşmə təşəbbüslərinə töhfə verilməsi.
Dövlət qurumları, özəl sektor, startaplar, universitetlər, investorlar və beynəlxalq təşkilatlarla davamlı əməkdaşlığın və koordinasiyanın qurulması.
Tələblər
Ali təhsil (maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi, beynəlxalq əlaqələr, menecment və ya əlaqəli sahə; magistr dərəcəsi üstünlükdür);
Ən azı 5–7 il müvafiq sahədə iş təcrübəsi, o cümlədən 2–3 il rəhbər/idarəedici vəzifədə;
Vençur kapitalı, investisiya, startap ekosistemi və ya beynəlxalq partnyorluq sahəsində təcrübə;
Strateji sənədlərin, fəaliyyət planlarının, yol xəritələrinin və analitik hesabatların hazırlanması bacarığı;
Maraqlı tərəflərlə işləmə, danışıqların aparılması və çoxsaylı komandaların idarə edilməsi bacarığı;
Analitik düşüncə, problem həll etmə, strateji qərarvermə, məsuliyyət və dəyişikliklərə adaptasiya bacarığı;
Güclü yazılı və şifahi ünsiyyət bacarığı (rəhbərlik və maraqlı tərəflərlə effektiv kommunikasiya);
Dil bilikləri: Azərbaycan dili – sərbəst; ingilis dili – yüksək səviyyə; rus dili – üstünlükdür;
MS Excel, PowerPoint, MS Project, Jira və Confluence kimi layihə idarəçiliyi və təqdimat alətləri ilə peşəkar səviyyədə işləmək;
Layihə idarəçiliyi sertifikatları (PMP, PMI-ACP, PRINCE2 və ya beynəlxalq Agile sertifikatları) üstünlükdür.
О компании
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs kimi yaradılmışdır. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ölkədə rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkili, yerli innovasiya mühitinin formalaşdırılması, ekosistemin gücləndirilməsinə xidmət edir. Nüvə elmi və texnologiyalarının sınaq təcrübələrini aparmaq, fiziki və hüquqi şəxslərə innovasiya yönümlü elmi-tədqiqatlarına və innovativ layihələrinə (Startapları) dəstək vermək, müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərərək ölkədə İKT sahəsində əlçatan təhsil və karyera imkanlarını təmin etmək, rəqəmsal hökumət və rəqəmsal cəmiyyətin qurulması və təşkilini həyata keçirmək Agentliyin prioritet istiqamətləridir.
Все вакансии İnnovasiya və Rəqəmsal İnkişaf AgentliyiПохожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.

