Навыки и технологии
О роли
Stomatoloji materiallar və diş implant sistemlərinin satışı
İş Haqqında Məlumat:
-
Mövcud müştəri bazası (stomatoloqlar və klinikalar) ilə işləmək və yeni müştəriləri cəlb etmək;
-
Diş implant sistemlərinin texniki xüsusiyyətlərini həkimlərə peşəkar şəkildə təqdim etmək;
-
Klinikalarla uzunmüddətli və etibarlı biznes münasibətləri qurmaq;
-
Satış planlarının vaxtında və effektiv icrasını təmin etmək;
-
Günlük və həftəlik fəaliyyət hesabatlarını rəhbərliyə təqdim etmək.
Namizədə dair Tələblər:
-
Təhsil: Ali təhsil (Tibbi, bioloji və ya biznes sahəsində təhsil arzuolunandır);
-
Təcrübə: Satış sahəsində minimum 1 il təcrübə (Stomatoloji və ya tibbi sahədə təcrübə böyük üstünlükdür);
-
Dil Bilikləri: Azərbaycan dilində səlis danışıq (Rus, İngilis dili biliyi üstünlükdür);
-
Bacarıqlar: Yüksək ünsiyyət və inandırma qabiliyyəti, nəticəyönümlülük;
-
Şəxsi Keyfiyyətlər: Səliqəli xarici görünüş, punktuallıq və öyrənməyə həvəs;
-
Digər: Şəhər daxili klinikaları ziyarət etmək üçün mobillik.
İş Şərtləri və Qrafik:
-
İş saatı: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə);
-
Şənbə günü: 10:00 – 14:00 (Qısa iş günü);
-
İstirahət günü: Bazar günü;
-
Ünvan: Bakı ş., Binəqədi r-nu, 9cu mkr Adil Məmmədov 11];
-
Əmək haqqı: 700 AZN + Satışdan bonuslar (Fix maaş namizədin təcrübəsinə görə müzakirə olunur).
Şirkət tərəfindən təmin edilir:
-
Nəqliyyat xərclərinin kompensasiyası (ilk başda)
-
Məhsul və satış texnikaları üzrə peşəkar təlimlər.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
Похожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.

