Менеджер по продажам

в QalanAZ

Локация
Азербайджан
Опыт
Middle
Занятость
Полная занятость
Зарплата
1 000–1 000 ₼
Опубликовано
16 июня 2026
Языки
Azerbaijani, Russian
Дедлайн
16 июля 2026

О роли

Komandamızın genişlənməsi ilə əlaqədar olaraq Satış Meneceri vəzifəsi üzrə işə qəbul elan edirik! Əgər siz yüksək gəlir əldə etmək, karyera qurmaq və daim inkişaf etmək istəyirsinizsə, bizimlə işləmək sizin üçün mükəmməl fürsət olacaq!

QALAN - Azərbaycanda, Qazaxıstanda, Özbəkistanda və Rusiyada və Ərəb ölkələrində tanınan, müasir onlayn təhsil platformasıdır. Riyaziyyat sahəsində təhsil verərək 60,000-dən çox şagirdə xidmət göstərmişik. Missiyamız — şagirdlərə daim inkişaf edən təhsil imkanları təqdim edərək onların müvəffəqiyyətini təmin etməkdir. Bizimlə birlikdə bu uğurlu yolun bir parçası olmaq istəyərdinizmi?

Vəzifələr:

  • QALAN platformasında müştərilərə təhsil xidmətlərinin təqdimatı və satışı

  • Gələn müraciətlərin operativ şəkildə qəbulu və emalı

  • İsti müraciətlər və mövcud müştəri bazası ilə effektiv əməkdaşlıq

  • CRM sistemində müştəri məlumatlarının və görülən işlərin düzgün qeydiyyatı

  • Satış planının yerinə yetirilməsi və nəticəyönlü fəaliyyət

Əsas tələblər:

  • Güclü ünsiyyət və təqdimat bacarığı

  • Məqsədyönlü olmaq və yüksək gəlir əldə etməyə motivasiya

  • Satış və inandırma bacarıqları

  • Məsuliyyətli, diqqətli və stressə davamlı olmaq

  • Azərbaycan dilində sərbəst danışıq

Arzuolunandır:

  • Rus dili biliyi

  • CRM sistemləri ilə işləmək bacarığı

  • Satış sahəsində təcrübə (1 ilə qədər və ya daha çox üstünlükdür)

Biz nə təklif edirik:

  • Əmək haqqı: (ümumi gəlir 1000 AZN və daha çox ola bilər)

  • Karyera yüksəlişi və şəxsi inkişaf imkanları

  • Rəsmi əmək müqaviləsi

  • Korporativ mühit və komanda dəstəyi

  • Təlimlər, timbildinqlər və motivasiyaedici tədbirlər

  • İnnovativ və sürətlə inkişaf edən IT şirkətində iş

  • İş qrafiki: 10:00 – 19:00, 5 günlük iş rejimi

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
1 000–1 000 ₼
Менеджер по продажам
Откликнуться