Менеджер по развитию бизнеса

в Makromed MMC

Локация
Азербайджан
Опыт
1+ лет
Занятость
Полная занятость
Зарплата
1 000–1 500 ₼
Опубликовано
19 июня 2026
Языки
Azerbaijani, English, Russian
Дедлайн
19 июля 2026

О роли

İş barədə məlumat:

  • Xarici və yerli əczaçılıq şirkətləri ilə kommersiya danışıqlarının aparılması və əməkdaşlığın inkişaf etdirilməsi;
  • Müştəri bazasının genişləndirilməsi və potensial tərəfdaşların müəyyən edilməsi;
  • Müqavilələrin hazırlanması və icrasına nəzarət;
  • Yeni layihələrin idarə olunması və əlaqədar şöbələrlə koordinasiya;

İşin təsviri:

  • Müştərilərin (dsitribütor və istehsalçı) axtarışı məlumat bazasının yenilənməsi və saxlanması
  • Müştərilər (dsitribütor və istehsalçı) ilə danışıqların aparılması (elektron yazışma, telefon)
  • Müqavilələr üzərində iş
  • Kommersiya sifarişlərinin və logistika danışıqlarının idarə olunması
  • Müştəri layihələrinin Qeydiyyat və Farmakonəzarət şöbələri ilə koordinasiyası
  • Ehtiyac olduqda təşviqat materialının və dövriyyə ilə bağlı PPT prezentasiyalarının hazırlanması
  • Gündəlik iş planını rəhbərliyə təqdim etmək
  • Toplantılarda iştirak

Tələb olunan bacarıqlar:

  • Ali tibbi, əczaçılıq və ya iqtisadi təhsil;
  • Minimum 1 il iş təcrübəsi (biznes inkişafı və ya satış sahəsində üstünlükdür);
  • Xarici bazarlarla iş təcrübəsi və danışıqlar aparmaq bacarığı;
  • Azərbaycan və ingilis dillərində sərbəst yazmaq və danışmaq bacarığı (rus dili üstünlükdür);
  • MS Office proqramlarında (Word, Excel, PowerPoint, Outlook, Internet) sərbəst işləmək bacarığı;
  • Güclü ünsiyyət və təqdimat bacarığı, təşəbbüskarlıq, nəticəyönümlü iş yanaşması.

İş şəraiti

  • Əmək haqqı 1000 - 1500 Azn
  • Ünvan: Bakı, Svetlana Məmmədova küç. 203C, Nəsimi metrosuna yaxın
  • İş qrafiki: 09:00–18:00, (08:00-17:00;08:30-17:30) həftənin 5 iş günü

О компании

Makromed MMC
Sənaye

Makromed MMC əczaçılıq və səhiyyə sahəsində ixtisaslaşmış peşəkar konsaltinq şirkətidir. Şirkət dərman vasitələrinin, tibbi vasitələrin, qida əlavələrinin və kosmetik məhsulların qeydiyyatı, farmakonəzarət, lisenziyalaşdırma, GMP/GDP auditlərinə hazırlıq, əczaçılıq anbarlarının və klinikaların layihələndirilməsi üzrə xidmətlər göstərir. Makromed yerli və xarici əczaçılıq şirkətləri ilə əməkdaşlıq edir, beynəlxalq layihələrdə iştirak edir və fəaliyyətini davamlı şəkildə genişləndirir. Şirkətdə iş proseslərinin sistemli idarə olunması üçün daxili proqram təminatından istifadə edilir. Yeni əməkdaşlara bu proqram təminatı, daxili iş qaydaları və şirkətin fəaliyyət istiqamətləri üzrə praktiki təlim və dəstək göstərilir.

Все вакансии Makromed MMC

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
1 000–1 500 ₼
Менеджер по развитию бизнеса
Откликнуться