Навыки и технологии
О роли
Təşkilat üzrə bütün layihələrdə vahid layihə idarəetmə yanaşmasının tətbiqinə nəzarət etmək;
Layihə sənədləri, prosedurlar, metodologiyalar və şablonların hazırlanması və təkmilləşdirilməsini həyata keçirmək;
Layihə komandalarına metodoloji dəstək göstərmək, mentorluq etmək və təlimlər keçirmək;
Lessons Learned sessiyalarını təşkil etmək və əldə olunan nəticələrin proseslərin təkmilləşdirilməsində istifadəsini təmin etmək;
Layihələrin performansını, risklərini və uyğunluğunu monitorinq etmək, rəhbərlik üçün müvafiq hesabatlar hazırlamaq;
İdarəetmə paneli (dashboard), icraedici hesabatlar və təqdimatlar hazırlamaq;
Rəhbərlik və dövlət qurumları üçün qısa, dəqiq və nəticəyönümlü təqdimatlar hazırlamaq və təqdim etmək;
Struktur bölmələr və maraqlı tərəflərlə sıx əməkdaşlıq edərək layihələrin təşkilati strategiyaya uyğun icrasını təmin etmək;
Çoxvendorlu layihələrdə beynəlxalq təchizatçılar, dövlət qurumları və daxili komandalar arasında koordinasiyanı həyata keçirmək;
Risk, dəyişiklik və problem idarəetmə proseslərini nəzarətdə saxlamaq;
Müqavilə şərtlərinin, satınalma mərhələlərinin və ödəniş proseslərinin icrasını izləmək;
Agile, Waterfall və Hybrid layihə idarəetmə metodologiyalarını tətbiq etmək və uyğunlaşdırmaq.
Tələblər
Ali təhsil (Biznesin idarəedilməsi, Layihə idarəetməsi, Mühəndislik, İnformasiya Texnologiyaları və ya əlaqəli sahələr üzrə);
PMP sertifikatı (mütləq tələbdir);
PMI-ACP, SAFe, Scrum Master və ya digər Agile sertifikatları üstünlükdür;
Minimum 4-5 il layihə idarəetməsi və ya PMO sahəsində iş təcrübəsi;
Dövlət və ya korporativ mühitdə layihələrin idarə olunması üzrə təcrübə;
Böyükhəcmli və çoxvendorlu layihələrdə iştirak təcrübəsi;
Risk, problem və dəyişiklik idarəetməsi üzrə praktiki biliklər;
Güclü analitik düşüncə və qərarvermə bacarıqları;
Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
Təqdimatların hazırlanması və təqdim edilməsi sahəsində təcrübə;
MS Project, Jira, Primavera, Asana və digər layihə idarəetmə alətləri üzrə yüksək səviyyədə bilik;
Teams, Google Sheets, Smartsheet və oxşar platformalarla işləmək bacarığı;
Azərbaycan və İngilis dillərini yüksək səviyyədə bilmək;
Türk və Rus dillərini bilmək üstünlük hesab olunur.
О компании
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs yaradılıb. Agentlik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində “Nəqliyyat-Servis”, “1 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “2 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “1 saylı Gəncə Regional Nəqliyyat”, “2 saylı Quba Regional Nəqliyyat”, “3 saylı Şirvan Regional Nəqliyyat”, “4 saylı Lənkəran Regional Nəqliyyat”, “5 saylı Yevlax Regional Nəqliyyat”, “6 saylı Şəki Regional Nəqliyyat”, “7 saylı Göyçay Regional Nəqliyyat”, “8 saylı Sumqayıt Regional Nəqliyyat”, “9 saylı Ucar Regional Nəqliyyat”, “10 saylı Şəmkir Regional Nəqliyyat”, “11 saylı Tovuz Regional Nəqliyyat”, “12 saylı Beyləqan Regional Nəqliyyat”, “13 saylı Cəlilabad Regional Nəqliyyat”, “14 saylı Şamaxı Regional Nəqliyyat”, “15 saylı Mingəçevir Regional Nəqliyyat” məhdud məsuliyyətli cəmiyyətlərinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” və “Nəqliyyat Təlim-Tədris Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətlərinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əsasında yaradılıb. “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs avtomobil nəqliyyatı sahəsində tənzimləməni, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yükdaşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti həyata keçirir. Azərbaycan Respublikasi Prezidentinin Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında 19 aprel 2023-cü il tarixli fərmanına əsasən Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edilməsi, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmənin və nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra – Agentlik) Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edilib.
Все вакансии Azərbaycan Yerüstü Nəqliyyat AgentliyiПохожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.



