Навыки и технологии
О роли
Layihə resurslarının (komanda və maddi resurslar) müəyyənləşdirilməsi;
Layihələrin monitorinq edilməsi, hesabatlılığın təmin edilməsi, dəyişikliklərin idarə edilməsi;
Sprint planlamalarının və baxış görüşlərinin təşkil edilməsi;
Qurumlararası layihələrinin həyata keçirilməsi;
Layihənin KPI-larına çatmaq üçün layihənin ümumi idarə edilməsi;
Layihələrin təhvil-təslim prosedurlarının hazırlanması və sənədləşdirilərək yekunlaşdırılması;
Layihələrin izləniləbilinməsi üçün BI Dashboard-ların formalaşdırılmasına nəzarət edilməsi;
Layihələrin bütün sənədləşməsinin PMI standartlarına uyğun hazırlanması;
Layihə ilə bağlı PMI standartlarına uyğun bütün reyestr və jurnalların hazırlanması və açıq qalan məsələlərin həllinin təmin edilməsi;
Layihə ilə bağlı dövri şəkildə təqdimatların hazırlanması və bu təqdimatların fərqli marağı olan tərəflərə çatdırılması;
Tapşırıqları icrasına yaxından nəzarət edilməsi və asılılıqların ən qısa zamanda aradan qaldırılması;
Layihə ilə bağlı bütün rəsmi və qeyri-rəsmi məktubların hazırlanmsı və göndərilməsi;
Qarşılıqlı asılılıqları idarə etmək və vaxt cədvəllərinə uyğunlaşdırmaq üçün digər layihə qrupları ilə əlaqəni/koordinasiyanı həyata keçirmək.
Tələblər
İnformasiya Texnologiyaları, Kompüter Elmləri, Biznesin idarəedilməsi və ya əlaqəli sahələr üzrə bakalavr (magistr) dərəcəsi;
Generativ süni intellekt alətləri vasitəsilə layihə rəhbərinin vəzifələrinin avtomatlaşdırılmasında təcrübə;
İT layihələrinin idarə edilməsi sahəsi üzrə ən az 3-4 il iş təcrübəsi;
Layihə idarəetmə yanaşmaları: PMI standartlarına əsasən Waterfall və Agile metodologiyaları üzrə bilik;
Azərbaycan dili (əla), İngilis dili (yaxşı), Rus dili (arzuolunandır);
Sertifikatlar: PMI ACP, PMP və ya oxşar beynəlxalq sertifikatlara üstünlük verilir;
Texniki biliklər: Microsoft Office Suite (Word, Excel, PowerPoint) və layihə idarəetmə alətləri (Jira, MS Office, Trello və s.) üzrə yaxşı istifadə bacarıqları;
Kommunikasiya və təqdimat: Güclü ünsiyyət və yüksək səviyyədə təqdimat bacarıqları;
Analitik düşüncə: Məlumatları təhlil edərək dəqiq və əsaslandırılmış qərar qəbul etmə bacarığı;
Proaktivlik və müstəqil işləmə qabiliyyəti;
"Miro", "Visio", "Jira", "Figma", "Canva", "draw.io", BPMN, "Notion.so" üzrə bilik və bacarıqlar;
HTML, CSS, JavaScript, CRUD operations, Libraries, Frameworks, API,Unit Testing, Integration Testing,Test Driven Development, Web Services, RESTful API, Micro services vs Monolithic services, Git, Github, CI/ CD, Technical Debt, Deployment, API Endpoints, Progressive Web Apps, Mobile App Technologies (native apps, hybrid apps) və b. - ən azı konseptual səviyyədə biliklər.
О компании
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs kimi yaradılmışdır. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ölkədə rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkili, yerli innovasiya mühitinin formalaşdırılması, ekosistemin gücləndirilməsinə xidmət edir. Nüvə elmi və texnologiyalarının sınaq təcrübələrini aparmaq, fiziki və hüquqi şəxslərə innovasiya yönümlü elmi-tədqiqatlarına və innovativ layihələrinə (Startapları) dəstək vermək, müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərərək ölkədə İKT sahəsində əlçatan təhsil və karyera imkanlarını təmin etmək, rəqəmsal hökumət və rəqəmsal cəmiyyətin qurulması və təşkilini həyata keçirmək Agentliyin prioritet istiqamətləridir.
Все вакансии İnnovasiya və Rəqəmsal İnkişaf AgentliyiПохожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.




