Навыки и технологии
О роли
Layihələr üzrə risklərin əvvəlcədən müəyyən edilməsi və həlli yollarının hazırlanması;
Layihələrin büdcəsinin və resurslarının effektiv idarə olunması;
Yeni mağazaların açılışı və mövcud mağazalarda marketinq layihələrinin vaxtında həyata keçirilməsinin təmin edilməsi;
Daxili və xarici komandalar ilə görüşlərin təşkili və koordinasiyası;
Layihələrin nəticələrinin təhlili və gələcək layihələr üçün təkmilləşdirmə təkliflərinin hazırlanması;
Reklam agentlikləri, istehsalçılar və digər tədarükçülər ilə işin təşkili və icrasına nəzarət edilməsi.
Tələblər
Ali təhsil (biznes idarəçiliyi, marketinq, mühəndislik və ya əlaqədar sahələr üzrə üstünlük verilir).
Layihə idarəçiliyində minimum 2 il iş təcrübəsi.
Retail və FMCG sektorunda təcrübə arzuolunandır;
Mağaza açılış layihələrində iştirak arzuolunandır;
Güclü planlaşdırma və təşkilatçılıq bacarığı;
Təzyiq altında işləmə və vaxt idarəetməsi bacarığı;
Azərbaycan və rus dillərində sərbəst, ingilis dili üstünlükdür;
MS Office, Bitrix, Jira və digər idarəetmə alətlərində işləmə bacarığı;
О компании
“Kontakt” pərakəndə satış sektoru üzrə Azərbaycanın aparıcı mağazalar şəbəkəsidir. Şirkət hazırda ölkə üzrə 50-dən çox mağaza, ölkə sərhədlərindən kənarda – isə Gürcüstanın müxtəlif bölgələrində fəaliyyət göstərir. İlbəil yerli və xarici bazarda mövqeyimizi davamlı olaraq gücləndiririk. Şəbəkəmiz Avropanın ən böyük elektronika ittifaqı olan “Euronics”in Qafqaz üzrə ilk və yeganə rəsmi tərəfdaşıdır. Bu tərəfdaşlıq şirkətin beynəlxalq standartlara uyğun fəaliyyət göstərdiyini və etibarlı riteyl şəbəkəsi olduğunu təsdiqləyir. Şirkətin uğurunun əsasını 3000-dən çox əməkdaşdan ibarət peşəkar və dinamik komanda təşkil edir. Burada qarşılıqlı etibar, açıq ünsiyyət, komandada birgəlik və sağlam iş mühiti əsas dəyərlərimizdir. Komanda üzvlərimiz arasında performansa əsaslanan karyera yüksəlişini təmin etməyimiz isə daim qürurlandığımız cəhətimizdir. Üstəlik, əməkdaşların şəxsi və peşəkar inkişafına real yanaşma da mövcuddur. “Kontakt” komandasında çalışanlar üçün təlimlər və öyrənmə mühiti yaradılaraq hər bir əməkdaşın potensialını ortaya qoymasına şərait yaradılır. Böyük komandamıza qoşulmaq istəyənlərə “Kontakt – Sevindirir” ruhunu birgə yaşamağı vəd edirik. Komandamızı və iş həyatımızı daha ətraflı Kontakt Life-ın həm Instagram , həm də LinkedIn səhifəsində kəşf edə bilərsən.
Все вакансии Kontakt HomeПохожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.




