Локация
Bakı
Опыт
5–7 лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
22 июня 2026
Языки
Azerbaijani, English, Russian

О роли

Vakansiyaya Dair Tələblər

  • Şirkətin beynəlxalq mədən və infrastruktur layihələrinin (yeni yataqlar, lisenziyalar, JV və s.) təsdiq edilmiş məqsədlərə, layihə həcminə, müddətə və büdcəyə, həmçinin təhlükəsizlik, ətraf mühit və tənzimləyici tələblərə uyğun icrasına rəhbərlik etmək.
  • Layihələrin planlaşdırılmasını həyata keçirmək: məqsədləri, fəaliyyət planını, iş qrafiki və büdcəni hazırlamaq, resurs bölgüsünü müəyyənləşdirmək və icrasını izləmək.
  • Aidiyyəti bölmələrdən ibarət çoxşaxəli komandanın işini koordinasiya etmək, tapşırıqları bölüşdürmək və icranın gedişatını mütəmadi izləmək.
  • Layihə üzrə texniki, maliyyə, kommersiya və əməyin təhlükəsizliyi, ətraf mühit risk və imkanlarını müəyyənləşdirmək, risk reyestri və tədbirlər planı hazırlamaq və icrasını izləmək.
  • Xarici tərəfdaşlar, podratçılar, məsləhətçilər və dövlət qurumları ilə yazışma, görüş və danışıqlara rəhbərlik etmək, əsas kommersiya, texniki və təşkilati şərtlər üzrə rəhbərliyə balanslaşdırılmış tövsiyələr təqdim etmək.
  • Layihə üzrə texniki hesabatlar və iqtisadi-maliyyə təhlillərinin nəticələrini nəzərdən keçirmək, əsas çıxarışları sistemləşdirərək rəhbərlik və maraqlı tərəflər üçün yığcam arayış və təqdimatlar hazırlamaq.
  • Layihə reyestri, status cədvəlləri və dashboardların hazırlanmasını və yenilənməsini təşkil etmək, layihələrin gedişatını əsas KPI-lər üzrə izləmək və mütəmadi hesabatlılıq təmin etmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Azərbaycan və İngilis dilləri (mükəmməl), Rus dili (yaxşı),
  • Microsoft Office və digər proqramlar;
  • Analitik düşüncə və maliyyə təhlili bacarığı;
  • Problem həll etmə, Təşkilati anlama, Məsuliyyət, Əməkdaşlıq, Dürüstlük, Çeviklik, Nəticəyönümlülük, Təşəbbüskarlıq, Planlaşdırma və təşkil etmə, Liderlik, Konfliktlərin idarəedilməsi.

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi, Beynəlxalq iqtisadi münasibətlər, Mədən mühəndisliyi və/və ya digər uyğun ixtisaslar);
  • Layihə idarəetməsi üzrə əlavə təhsil və ya sertifikat (PMP, PRINCE2 və s.) üstünlük hesab olunur;
  • Ümumilikdə ən azı 5–7 il iş təcrübəsi (beynəlxalq və/və ya iri həcmli investisiya layihələri);
  • Layihə idarəetməsində minimum 3–5 il iş təcrübəsi.

İş Qrafiki

  • Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün.

Əmək Haqqı Və Əlavə Imtiyazlar

  • Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
  • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
  • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
  • Nəqliyyat xidməti.
  • Rəqabətli mükafatlandırma sistemi.

О компании

"AzerGold" CJSC
Mining & Metals · Baku

AzerGold CJSC — Azerbaijan's state gold & non-ferrous metals producer (Chovdar, Söyüdlü/ZOD). Hires middle+ geology, mining engineering, IT, legal, procurement and ecology talent.

Все вакансии "AzerGold" CJSC

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Менеджер проекта
Откликнуться