Локация
Азербайджан
Опыт
1–3 лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
29 июня 2026
Языки
English
Дедлайн
29 июля 2026

О роли

"Business Insight" sosial və marketinq araşdırmaları sahəsində fəaliyyət göstərən, keyfiyyət standartlarına əsaslanan aparıcı agentlikdir. Şirkətimiz komandasını genişləndirmək məqsədilə Araşdırma Statistika və Analitika şöbəsinə Layihə Meneceri vakansiyası elan edir.

Namizədə Dair Tələblər:

  • Yaş həddi: 22 - 40 yaş.
  • Təhsil: İqtisadiyyat, Tətbiqi Riyaziyyat, Statistika və ya digər müvafiq sahə üzrə ali təhsil;
  • Təcrübə: Müvafiq sahədə 1–3 il iş təcrübəsi (üstünlük verilir);
  • Dil Bilikləri: İngilis dili (işgüzar səviyyədə vacibdir);
  • Texniki Biliklər: MS Excel proqramı üzrə mükəmməl səviyyədə bilik, SPSS proqramı ilə analitik işləmək bacarığı;
  • Kompetensiyalar: Güclü məntiqi və analitik düşünmə, vaxtın effektiv idarə olunması və sərbəst araşdırma aparmaq qabiliyyəti;

Vəzifə Öhdəlikləri:

  • Həyata keçirilən araşdırma layihələrinin analitik təhlilini aparmaq və hesabatlarını hazırlamaq;
  • Məlumatların daxil edilməsi və emalı üçün SPSS platformasını qurmaq, idarə etmək və optimallaşdırmaq;
  • Hesabatlılıq və layihə icrası prosesində baş menecerə zəruri analitik dəstək göstərmək;
  • İş prosesində yaranan operativ çətinliklərin həlli məqsədilə rəhbərliklə müzakirələr aparmaq;
  • SPSS və digər analitik alətlər üzrə bilik və bacarıqlarını davamlı olaraq inkişaf etdirmək;
  • Əldə olunan yeni metodologiya və bilikləri komanda daxilində təlim və təqdimat formatında paylaşmaq.

İş Şəraiti:

  • Davamlı öyrənmə və karyera inkişafını dəstəkləyən korporativ mühit;
  • İş qrafiki: Həftədə 6 gün;
  • Əməkhaqqı: Namizədin peşəkar bacarıqları, təcrübəsi və test mərhələsinin nəticələrinə əsasən fərdi olaraq müəyyən edilir.

Mütləq Qeyd: E-poçtun mövzu (Subject) hissəsində müraciət edilən vəzifənin adı — “Araşdırma Statistikası və Analitika Şöbəsi üzrə Layihə Meneceri” qeyd olunmalıdır.

О компании

Business Insight International Research Group
Peşəkar, elmi və texniki fəaliyyətlər, Marketinq və reklam xidmətləri

Business Insight International Research GROUP (Bundan sonra Business Insight) Azərbaycanda “PROCON GFK” adı altında xarici sərmayəli şirkət kimi 1998-ci ildə təsis edilmişdir. Business Insight daxili struktur dəyişikliklərinə gedərək 2004-cü il may ayından etibarən Azərbaycanda yerli özəl şirkət olaraq fəaliyyətinə davam etməkdədir. Business Insight 1998-ci ildə fəaliyyətə başladığı dövrdən etibarən yerli və xarici şirkətləri, təşkilatları marketinq, sosial araşdırmalar və promo kampaniyalar sahəsində yüksək keyfiyyətli xidmətlərlə təmin etməkdədir. Business Insight şirkətinin 1998-ci ildən etibarən müxtəlif sahələrdə fəaliyyət göstərməklə əldə etdiyi geniş biliklər və nou-xau, peşəkar heyət və müasir avadanlıqlar ona öz rəqibləri arasında fərqlənməyə imkan verir. Hər bir layihənin həyata keçirilməsində Business Insight üçün keyfiyyət ən önəmli amildir. Business Insight bütün marketinq, sosial araşdırma layihələrini və promo kampaniyaları ICC/ESOMAR-ın Marketinq və Sosial Araşdırma Təcrübəsi üzrə Məcəlləsində öz əksini tapan ən yüksək peşəkar və etik standartlara və ISO 20252 beynəlxalq standartının tələblərinə müvafiq olaraq həyata keçirir

Все вакансии Business Insight International Research Group

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Менеджер проекта
Откликнуться