Навыки и технологии
О роли
Plan B Company marketinq agentliyi komandasına Project Manager axtarır!
Əsas vəzifələr:
● Marketinq layihələrinin planlaşdırılması, koordinasiyası və icrasına nəzarət etmək
● Komanda üzvləri arasında iş bölgüsünü təşkil etmək və prosesləri izləmək
● Müştərilərlə gündəlik kommunikasiyanı idarə etmək
● Layihələrin vaxtında və keyfiyyətli şəkildə təhvil verilməsini təmin etmək
● vaxt qrafiki və resursların idarə olunması
● Hesabatların hazırlanması və layihə nəticələrinin təqdim edilməsi
Tələblər:
● Əlaqəli sahə üzrə ali təhsil
● Project Manager kimi minimum 2 il iş təcrübəsi
● Rəqəmsal marketinq prosesləri haqqında bilik
● Güclü təşkilatçılıq və vaxt idarəetmə bacarıqları
● Analitik düşüncə və problem həll etmə bacarığı
● Azərbaycan və rus dilində səlis danışmaq qabiliyəti ( ingilis dili üstünlükdür)
● Microsoft Office proqramlarında sərbəst işləmək
Trello, Asana və ya digər layihə idarəetmə alətləri ilə iş təcrübəsi.
Biz nə təklif edirik?
* Kreativ və dinamik komanda
* Fərqli sahələr üzrə maraqlı brendlərlə iş
* Öz ideyalarını reallaşdırmaq üçün azad mühit
* Peşəkar inkişaf və real təsir imkanları
О компании
PlanB is your guarantee! | PlanB Company digital marketinq sahəsində yaradıcı həllər təklif edir. Fəaliyyətimiz markaların naming-dən, reklam strategiyalarının hazırlanmasına, korporativ veb saytların yığılmasına kimi virtual dünyada tam və doğru şəkildə təmsil olunmaqlarını təmin edəcək formada digital marketinqin tam spektrını əhatə edir. Yeni yaranmasına baxmayaraq PlanB markası ətrafına öz sahəsində dünya trendlərini izləyən, peşəkar və yaradıcı kollektivi toplaya bilib.
Все вакансии PlanB CompanyПохожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.



