Локация
Bakı
Опыт
3–5 лет
Занятость
Полная занятость
Зарплата
4 000–4 500 ₼
Опубликовано
22 июня 2026
Языки
English, Russian
Дедлайн
21 июля 2026

О роли

Komandamıza qoşulmaq istəyən Layihə Meneceri axtarırıq.

Vakansiya: Layihə Meneceri (Project Manager)

Şirkət: Brain Solutions MMC



Vəzifə öhdəlikləri

· AI və proqram təminatı layihələrinin planlaşdırılması, icrası və monitorinqi;

· Layihə məqsədlərinin, vaxt qrafikinin və resurs planının hazırlanması;

· Texniki komandalar (AI Engineers, Data Scientists, Software Developers, DevOps və s.) ilə koordinasiyanın təmin edilməsi;

· Müştəri və daxili maraqlı tərəflərlə müntəzəm kommunikasiyanın aparılması;

· Risklərin müəyyənləşdirilməsi və idarə olunması;

· Layihə büdcəsinin və resurslarının izlənilməsi;

· Layihə statusları üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;

· Məhsul və layihə tələblərinin dəqiqləşdirilməsi və sənədləşdirilməsi;

· Layihələrin keyfiyyət, vaxt və büdcə çərçivəsində tamamlanmasının təmin edilməsi.



İş şəraiti

· İş qrafiki - 09:00-18:00;

· İş günləri – 5 günlük iş həftəsi (şənbə və bazar günləri istirahət günləri);

· İş yeri: Globus Center;

· Əmək haqqı: 4000-4500 AZN net;

· Könüllü tibbi sığorta.





Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Layihə Meneceri) qeyd edərək electron ünvanına göndərməsi xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Son müraciət tarixi: 22.07.2026

Tələblər

· Ali təhsil (İT üzrə olması arzuolunandır)

· Layihələrin idarə olunması sahəsində minimum 3-5 il iş təcrübəsi;

· Dil bilikləri: İngilis dili-mütləq, Rus dili-arzuolunandır;

· İT və ya proqram təminatı layihələrinin idarə olunması üzrə təcrübə;

· Agile, Scrum və ya Kanban metodologiyaları üzrə bilik;

· Jira, Confluence, Trello və ya oxşar alətlərlə işləmə bacarığı;

· Güclü ünsiyyət və liderlik bacarıqları;

· Analitik düşüncə və problem həll etmə qabiliyyəti;

· Texniki komandalarla işləmək və texniki sənədləri başa düşmək bacarığı.

О компании

Brain Solutions MMC
Baku

Brain Solutions şirkəti telekommunikasiya başda olmaqla müxtəlif sənayelər üçün qabaqcıl, yüksək səmərəli texnoloji həllər təqdim edən aparıcı innovasiya mərkəzidir. Müştərilərə fərdiləşdirilmiş, miqyaslana bilən və biznes nəticələrinə fokuslanan rəqəmsal həllər təqdim etməklə, texnologiyanı strateji üstünlüyə çeviririk. ​ Şirkət haqqında Brain Solutions texnoloji həllər və konsaltinq sahəsində lider kimi çıxış edərək, xüsusilə telekommunikasiya seqmentində rəqəmsal transformasiyanı sürətləndirən tətbiqlər hazırlayır. Missiyamız müxtəlif sənaye sahələrində fəaliyyət göstərən tərəfdaşlarımızın unikal ehtiyaclarına uyğun, yüksək keyfiyyətli və fərdiləşdirilmiş texnoloji həllər təqdim etməkdir. ​ İnnovasiya və səmərəliliyi mərkəzə alan yanaşmamız çərçivəsində, kompleks biznes tələblərini ölçülə bilən nəticələrə çevirən etibarlı texnoloji tərəfdaş kimi fəaliyyət göstəririk. ​ 👨🏻‍🏫 Ekspert sahələrimiz 💻 Fərdi proqram təminatı : Müştərinin biznes proseslərinə tam inteqrasiya olunan, miqyaslana bilən və təhlükəsiz proqram həllərinin dizaynı və inkişafı. ​ 🔐 Kibertəhlükəsizlik xidmətləri : İnfrastruktur, tətbiq və məlumat səviyyəsində risklərin azaldılması üçün kompleks qorunma, monitorinq və audit həlləri. ​ 🤝 İT məsləhət xidmətləri: Arxitektura, infrastruktur, proses optimallaşdırılması və rəqəmsal transformasiya üzrə strateji məsləhət və yol xəritələrinin hazırlanması. ​ ☁️ Bulud və maşın öyrənməsi: Bulud əsaslı arxitekturalar, data emalı və machine learning modelləri ilə biznes qərarlarının avtomatlaşdırılması və optimallaşdırılması. ​

Все вакансии Brain Solutions MMC

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
4 000–4 500 ₼
Проектный менеджер
Откликнуться