Bölgə üçün yüksək dəyərli data elmi və süni intellekt həllərini dizayn edir və tətbiq edir.
Vakansiya haqqında
Əsas vəzifələr
- CVM və digər biznes tərəfləri ilə birlikdə biznes problemlərini anlamaq, tapşırığın əhatə dairəsini, uğur meyarlarını və ölçülə bilən KPI-ları müəyyən etmək.
- Biznes ehtiyaclarını analitik, statistik və maşın öyrənməsi yanaşmalarına çevirmək, uyğun həll yanaşmasını formalaşdırmaq və alternativ metodları qiymətləndirmək.
- Analitik həlləri problemin formalaşdırılmasından başlayaraq məlumatların hazırlanması, araşdırılması, həllin qurulması, validasiyası, tətbiqi və monitorinqinə qədər end-to-end idarə etmək.
- Müştəri davranışını, istifadə xüsusiyyətlərini, gəlir dinamikasını, məhsul istifadəsini, müştəri yol xəritəsini və digər kommersiya göstəricilərini təhlil edərək biznes üçün praktik nəticələr və yeni imkanlar müəyyən etmək.
- Müştəri itkisini azaltmaq, gəliri artırmaq, müştəri dəyərini yüksəltmək, məhsul və xidmət istifadəsini genişləndirmək, fərdiləşdirməni inkişaf etdirmək və marketinq xərclərini optimallaşdırmaq üçün data əsaslı yanaşmalar hazırlamaq.
- CVM qərarverməsində istifadə ediləcək analitik yanaşmaları və müştəri dəyərləndirmə metodologiyalarını hazırlamaq, nəticələrin kampaniya və təklif mexanizmlərində tətbiqini dəstəkləmək.
- Eksperimentlər, treatment-control yanaşmaları, A/B testlər və digər test-and-learn metodları vasitəsilə biznes təşəbbüslərinin həqiqi incremental təsirini ölçmək.
- Həlləri yalnız texniki göstəricilər əsasında deyil, gəlir artımı, xərclərin optimallaşdırılması, müştəri itkisi, konversiya, ARPU, istifadə səviyyəsi və digər biznes nəticələri üzrə qiymətləndirmək.
- Statistik analiz, proqnozlaşdırma, hipotezlərin yoxlanması, həssaslıq və qiymət təsiri təhlili kimi yanaşmalardan istifadə etməklə biznes qərarlarını dəstəkləmək.
- Telekommunikasiya məlumatlarının, o cümlədən istifadə davranışı, zəng və data istifadəsi, gəlir göstəriciləri, şəbəkə təcrübəsi və müştəri əlaqə nöqtələrinin təhlili əsasında müştəri yönümlü həllər hazırlamaq.
- Fərdiləşdirilmiş məhsul, xidmət, təklif və müştəri təcrübəsinin formalaşdırılması üçün tövsiyə və qərarvermə yanaşmalarının hazırlanmasına dəstək vermək.
- Müştəri müraciətləri, mətn məlumatları və digər strukturlaşdırılmamış məlumatlardan istifadə etməklə analitik və avtomatlaşdırma imkanlarını araşdırmaq.
- Generativ süni intellekt, NLP və digər yeni texnologiyaların CVM, fərdiləşdirmə və müştəri təcrübəsində tətbiq imkanlarını qiymətləndirmək.
- Biznes problemi üçün mürəkkəb analitik həllin həqiqətən tələb olunub-olunmadığını qiymətləndirmək və zəruri hallarda daha sadə statistik, eksperimental və ya qayda əsaslı yanaşmalar təklif etmək.
- Model və analitik nəticələrin biznes mənasını, əsas faktorlarını, məhdudiyyətlərini və tövsiyə olunan tədbirləri qeyri-texniki tərəflərə aydın şəkildə izah etmək.
- Data Science, CVM, Data Engineering, İT, marketinq, məhsul və digər komandalarla əməkdaşlıq edərək analitik həllərin biznes proseslərinə, kampaniya platformalarına və qərarvermə sistemlərinə inteqrasiyasını dəstəkləmək.
Tələblər
- Data Science, analitika, statistika, tətbiqi riyaziyyat, kompüter elmləri, süni intellekt və ya əlaqəli sahədə iş təcrübəsi.
- CVM, CRM, marketinq analitikası, müştəri analitikası və ya yüksək həcmli abunə və istehlakçı bizneslərində analitik layihələr üzrə praktiki təcrübə.
- Müştəri davranışı, müştəri dəyəri, müştəri həyat dövrü və kommersiya analitikası üzrə güclü anlayış.
- Biznes ehtiyaclarını strukturlaşdırılmış analitik problemlərə, ölçülə bilən KPI-lara, hipotezlərə və tətbiq oluna bilən həllərə çevirmək bacarığı.
- Analitik həllərin hazırlanması, validasiyası, production mühitinə keçirilməsi və sonrakı monitorinqi üzrə end-to-end təcrübə.
- Klassik maşın öyrənməsi, statistik modelləşdirmə və eksperimental dizayn sahəsində güclü nəzəri və praktiki biliklər.
- Python, SQL və geniş istifadə olunan Data Science və machine learning kitabxanaları ilə güclü iş bacarığı.
- Məlumatların araşdırılması, xüsusiyyətlərin formalaşdırılması, nəticələrin interpretasiyası və biznes üçün aydın tövsiyələrin hazırlanması bacarığı.
- Analitik həlləri həm texniki performans, həm də incremental biznes təsiri əsasında qiymətləndirmək bacarığı.
- A/B testlər, treatment-control yanaşmaları, hipotezlərin yoxlanması və eksperiment nəticələrinin şərhi üzrə təcrübə.
- Güclü analitik və tənqidi düşüncə, problem həll etmə, kommersiya yanaşması və prioritetləşdirmə bacarıqları.
- Qeyri-müəyyən biznes problemlərini strukturlaşdırmaq, mövcud yanaşmalara konstruktiv şəkildə etiraz etmək və alternativ həllər təklif etmək bacarığı.
- Texniki mövzuları qeyri-texniki auditoriyaya sadə və aydın biznes dili ilə təqdim etmək bacarığı.
- Güclü kommunikasiya, təqdimat və stakeholder management bacarıqları.
- Telekommunikasiya və ya oxşar yüksək həcmli istehlakçı sahələrində, o cümlədən bank, maliyyə, pərakəndə satış və e-commerce sahələrində iş təcrübəsi.
- MLOps, analitik həllərin tətbiqi, monitorinqi, performans dəyişikliklərinin izlənməsi və feature management yanaşmaları üzrə təcrübə.
- Tövsiyə sistemləri, fərdiləşdirmə və real-time qərarvermə yanaşmaları üzrə təcrübə.
- AWS və ya digər cloud əsaslı Data Science və AI xidmətləri ilə iş təcrübəsi.
- Deep learning, NLP, transformer əsaslı həllər və generativ süni intellekt üzrə praktiki təcrübə.
- API-lərlə işləmək və analitik nəticələrin biznes və texnoloji sistemlərə inteqrasiyası üzrə təcrübə.
- Telekommunikasiya sahəsində bazar dinamikası, rəqabət mühiti, tarif və məhsul strukturu, müştəri davranışı və CVM prinsipləri barədə biliklər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Data scientist üzrə bazar adətən 504–1 400 ₼ ödəyir, median — 1 000 ₼.
11 açıq vakansiya, 12 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Data scientist kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakıda yerləşir.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçSon müraciət tarixi 28 oktyabr 2026-cı ildir.
Python, SQL, maşın öyrənməsi, statistik analiz və CVM üzrə təcrübə tələb olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarData scientist üzrə Bakıda digər açıq elanlar.
Məlumat elmi və süni intellekt həllərini inkişaf etdirir, Python və SQL bilikləri tələb olunur.
Süni intellekt və data analitika layihələrini idarə edir, Python və ML bilikləri tələb olunur.
AI və maşın öyrənmə həllərinin inkişafı və töhfə verilməsi.


