Biznes tələblərinə uyğun dizaynlar yaradır və UI/UX dizayn üzrə 3 il təcrübəsi tələb olunur.
UI/UX üzrə aparıcı dizayner
Vakansiya haqqında
Görəcəyiniz işlər:
- Məhsul sahibi və dizayn rəhbəri ilə birlikdə UX/UI dizaynlarının biznes tələblərinə və istifadəçi təcrübəsinə uyğun hazırlanması;
- Biznes ehtiyaclarının təhlil edilməsi və dizayn həllərinə çevrilməsi, qərarların məlumatlarla əsaslandırılması;
- Kəmiyyət və keyfiyyət UX araşdırmalarının aparılması və istifadəçi yönümlü məhsulların hazırlanması;
- Fərziyyələrin test edilməsi, istifadəyə yararlılıq testləri, A/B testləri və digər eksperimental metodlarla məhsulun istifadəyə yararlılığının yoxlanılması;
- CJM (Customer Journey Map), User Flow, Mind Map, İnformasiya Arxitekturası, Wireframe və interaktiv prototiplərin hazırlanması və təqdim edilməsi;
- Dizayn sistemi ilə işləmək və onun inkişafında iştirak etmək;
- Məhsullararası dizayn prinsiplərinə riayət etmək və onları yeni tendensiyalara uyğunlaşdırmaq;
- Agile və digər iş proseslərinə uyğun dizayn prosesinə effektiv şəkildə riayət etmək;
- Dizaynların texniki uyğunluğunu təmin etmək, proqramçılarla sinxron işləmək və proqramlaşdırma üçün dəqiq dizayn materialları təqdim etmək;
- Mövcud məhsulların performansını təhlil etmək, UX auditi aparmaq və təkmilləşdirmə planları hazırlamaq;
- Yeni texnologiyaları və dizayn trendlərini izləmək, komandaya innovativ həllər təklif etmək.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilli;
- UX/UI dizayn sahəsində 3 il və daha çox iş təcrübəsi olan;
- Təcrübəsini əks etdirən portfolioya sahib olan;
- Figma, Adobe XD kimi dizayn proqramlarında yaxşı səviyyədə işləmək bacarığı olan;
- Dizayn sistemləri və komponent kitabxanaları ilə iş təcrübəsi olan;
- Responsive və Adaptive dizayn prinsiplərini bilən və tətbiq edən;
- İstifadəçi tədqiqatları, məlumat analitikası, kəmiyyət və keyfiyyət araşdırmaları üzrə təcrübəsi olan;
- Prototipləşdirmə və Wireframing üzrə bacarığı olan;
- İstifadəyə yararlılıq testlərini (Usability Testing) və A/B testlərini icra etmək bacarığı olan;
- Azərbaycan və ingilis dillərində sərbəst ünsiyyət bacarığı olan (rus dili biliyi üstünlükdür).
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
ABB (Azərbaijan Beynəlxalq Bankı / The International Bank of Azerbaijan) — the largest bank in Azerbaijan by assets, with the country's widest branch and ATM network. Offers retail, corporate, SME and digital banking services.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
Təcrübəni əks etdirən portfolio və CV təqdim olunmalıdır. Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçUX/UI dizayn sahəsində ən azı 3 il iş təcrübəsi tələb olunur.
Figma və Adobe XD proqramlarında yaxşı səviyyədə işləmək bacarığı tələb olunur.
Usability testləri, A/B testləri və digər eksperimental metodlar istifadə olunur.
Azərbaycan və ingilis dillərində sərbəst ünsiyyət bacarığı tələb olunur, rus dili üstünlükdür.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarUX dizayner üzrə digər açıq elanlar.
Veb və mobil məhsullar üçün UX/UI dizayn hazırlayır, Figma bilikləri tələb olunur.
Qısa müddətli kirayə biznesi üçün mürəkkəb əməliyyatları sadə və gözəl dizayn edir, güclü Figma bacarığı tələb olunur.



