Texniki və inzibati işçilərin işə qəbulunu idarə etmək və KPI sistemini qurmaq tələb olunur
Vakansiya haqqında
Əsas öhdəliklər:
- İşə qəbul və seçimlər: Tikinti layihələri üçün tələb olunan mühəndis-texniki heyətin, usta və fəhlələrin axtarışı, müsahibələrin keçirilməsi və işə qəbulu prosesini idarə etmək.
- Əmək qanunvericiliyi və kargüzarlıq: Əmək Məcəlləsinə uyğun olaraq işçilərin işə qəbulu, başqa işə keçirilməsi, xitam və məzuniyyət əmrlərini hazırlamaq; ƏMAS (e-gov) alt sistemində əməliyyatları tam və vaxtında icra etmək.
- Kadr uçotu: Şəxsi işlərin formalaşdırılması, əmək kitabçalarının (və ya elektron uçotun) idarə olunması və tabel uçotuna (vaxta nəzarət) nəzarət etmək.
- Sahə/Obyekt koordinasiyası: Tikinti obyektlərində çalışan işçilərin rotasiyası, növbəli iş rejimləri və gediş-gəliş proseslərinin HR tərəfini tənzimləmək.
- Əməkhaqqı və Davamiyyət: Aylıq davamiyyət (tabel) göstəricilərini toplamaq, yoxlamaq və əməkhaqqı hesablanması üçün mühasibatlığa təqdim etmək.
- Əməyin mühafizəsi ilə koordinasiya: SƏTƏM (HSE) şöbəsi ilə birgə işçilərin ilkin təlimatlandırılması və tibbi müayinələrin izlənməsini təmin etmək.
- Daxili qaydalar və adaptasiya: Yeni işçilərin adaptasiya prosesini təşkil etmək, şirkətin daxili intizam qaydalarına riayət olunmasına nəzarət etmək.
Namizədə olan tələblər:
- Yaş həddi 25 +
- Təhsil: Ali təhsil (İqtisadiyyat, İdarəetmə, Hüquq və ya Psixologiya sahəsi arzuolunandır).
- Təcrübə: İnsan resursları sahəsində minimum [2-3] il iş təcrübəsi (tikinti və ya istehsalat sektorunda təcrübə mütləqdir/arzuolunandır).
- Qanunvericilik bilikləri: Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək.
Proqram bilikləri:
- ƏMAS portali ilə sərbəst işləmək bacarığı.
- 1C: HR / HRMS proqramı.
- MS Office (Excel, Word) – yaxşı səviyyədə.
Bacıraqlıqlar: Yüksək ünsiyyət və danışıqlar aparmaq qabiliyyəti, kütləvi işə qəbul (mass recruitment) təcrübəsi, operativlik və gərgin iş rejimində işləmək bacarığı.
Ünvan - Svetlana Məmmədova 203c
Əlaqə - 0512059867
Qeyd - yalnız tələblərə uyğun gələn namizədlər ilə əlaqə saxlanılacaqdır.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. HR mütəxəssisi üzrə bazar adətən 600–1 058 ₼ ödəyir, median — 800 ₼.
13 açıq vakansiya, 76 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
HR mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində, Svetlana Məmmədova 203c ünvanındadır.
Namizədlərdən CV tələb olunur. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçNamizədin yaşı 25-dən yuxarı olmalıdır.
İnsan resursları sahəsində minimum 2-3 il təcrübə tələb olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarHR mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Logistika heyəti üçün işə qəbul proseslərini idarə etmək və ən azı 3 il təcrübə tələb olunur
İnsan resurslarının idarə olunmasını həyata keçirir və işə qəbul prosesini izləyir.
İşə qəbul və kadr sənədlərinin hazırlanmasını aparmaq üçün 1C və ƏMAS bilikləri tələb olunur




