İnsan resurslarının idarə olunmasını həyata keçirir və işə qəbul prosesini izləyir.
Vakansiya haqqında
Məşğulluq növü: Tam iş günü (Full-time)
İşin Təsviri
Şirkətin kadr ehtiyaclarının (xüsusilə şəbəkə/IT mühəndisləri, GPON/montaj texnikləri, B2B/B2C satış və müştəri xidmətləri heyəti) operativ ödənilməsi, daxili KPI/performans sisteminin qurulması, HR kargüzarlığının aparılması və korporativ mədəniyyətin inkişaf etdirilməsi.
Əsas Öhdəliklər
- İşəqəbul (Recruitment): Texniki və inzibati vakansiyalar üzrə işəqəbul prosesini idarə etmək (müsahibələrin təşkili, qiymətləndirmə).
- KPI və Performans İdarəetməsi: Şöbələr (xüsusilə GPON texniki heyəti, müştəri xidmətləri, satış və IT) üzrə performans göstəricilərinin (KPI/OKRs) təyin edilməsi, dövrü hesablanması və hesabatlılığın aparılması. KPI nəticələrinə əsasən aylıq/rüblük bonus və motivasiya sisteminin hesablanıb rəhbərliyə təqdim edilməsi.
- ƏMAS İnteqrasiyası: ƏMAS (Əmək bildirişləri alt sistemi) üzərindən əmək müqavilələrinin bağlanması, xitamı və dəyişikliklərin daxil edilməsi.
- Kadr Kargüzarlığı: Əmək qanunvericiliyinə uyğun olaraq kadr kargüzarlığının (əmrlər, məzuniyyət qrafikləri, iş vaxtının uçotu tabeli) aparılması.
- Adaptasiya və Saxlanılma: Yeni əməkdaşların adaptasiya (onboarding) prosesinin təşkili və kadr axıcılığının (turnover rate) azaldılması üzrə tədbirlərin görülməsi.
- Əməyin Mühafizəsi: Texniki heyətin əmək mühafizəsi və təhlükəsizlik qaydaları üzrə təlimatlandırılması prosesinə nəzarət.
Tələblər
- Təhsil: Ali təhsil (İnsan resurslarının idarə edilməsi, Menecment, Psixologiya və ya uyğun sahə).
- Təcrübə: Müvafiq sahədə (üstünlük: Telekommunikasiya, IT, Tikinti və ya Sahə/Field operational şirkətlər) minimum 2-4 il iş təcrübəsi.
- KPI bilikləri: KPI və performans idarəetmə sistemlərinin qurulması və hesablanması üzrə praktiki təcrübə.
- Qanunvericilik və ƏMAS: AR Əmək Məcəlləsini və ƏMAS sistemində işləmək qaydalarını mükəmməl bilmək.
- Texniki kadr axtarışı: IT/Texniki profilli kadrların axtarışı və cəlb edilməsi kanallarını bilmək.
- Bacarıqlar: Yüksək analitik düşüncə, MS Excel bilikləri, ünsiyyət və təşkilatçılıq bacarıqları.
- Dil bilikləri: Azərbaycan dili – mükəmməl; Rus və ya İngilis dili bilikləri üstünlükdür.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Əlaqə üçün 010 234 07 34
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. HR mütəxəssisi üzrə bazar adətən 600–1 000 ₼ ödəyir, median — 800 ₼.
12 açıq vakansiya, 71 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
HR mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Biz sizlərə keyfiyyətli xidmət göstərmək üçün dünyanın aparıcı şirkətlərindən olan Cisco və Dell şirkətinin avadanlıqlarından istifadə edərək FTTB (binaya optika) texnologiyasını əhatə zonamızda yerləşən bütün binalarda tətbiq etmişik.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Tam iş günü rejimində işləmək tələb olunur.
Minimum 2-4 il müvafiq sahədə təcrübə tələb olunur.
Namizədlər CV-lərini müraciət formu vasitəsilə göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarHR mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
İşçilərin işə qəbulu və HR sənədləşməsini idarə etmək üçün 1-3 il təcrübə tələb olunur.
Əmək münasibətlərini qanunvericiliyə uyğun idarə edir və HR əməliyyatlarında təcrübəlidir.
İnsan resursları əməliyyatlarını idarə edir və əmək qanunvericiliyi üzrə dərin bilik tələb edir.




