İşçilərin əmək müqavilələrinin idarə olunması və əmək qanunvericiliyini bilmək tələb olunur
Vakansiya haqqında
MAN-G Design and Construction komandamıza İnsan resursları sahəsində təcrübəli, təşəbbüskar və sistemli düşünən mütəxəssis axtarırıq.
Əsas vəzifə öhdəlikləri:
- Əmək qanunvericiliyinə uyğun kadr sənədləşməsinin, ƏMAS və İSB əməliyyatlarının aparılması;
- İşə qəbul prosesinin tam idarə edilməsi: vakansiyaların hazırlanması, namizədlərin seçilməsi və müsahibələrin keçirilməsi;
- Yeni əməkdaşların adaptasiyası və sınaq müddətinin idarə olunması;
- HR siyasət və prosedurlarının hazırlanması, tətbiqi və təkmilləşdirilməsi;
- KPI və performans qiymətləndirmə proseslərinin təşkili;
- Əməkdaşlarla münasibətlərin, təlim və inkişaf proseslərinin idarə olunması;
- HR hesabatlarının hazırlanması və rəhbərliyə müvafiq təkliflərin təqdim edilməsi.
Namizədə dair tələblər:
- HR sahəsində 3-5 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə mükəmməl bilik;
- İşə qəbul və digər HR proseslərinin idarə edilməsində praktiki təcrübə;
- Analitik düşüncə, təşəbbüskarlıq, güclü kommunikasiya və müstəqil işləmək bacarığı;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı.
İş şərtləri:
- İş qrafiki: Tam iş günü
- Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Office Center
- Əmək haqqı: 1000 Azn + (Namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq)
Bizim üçün vacib məqam: Biz yalnız kadr kargüzarlığını icra edən deyil, insan resurslarının bütün əsas istiqamətlərini idarə edə bilən, HR proseslərini təkmilləşdirən və şirkətin inkişafına töhfə verən mütəxəssis axtarırıq.
Uyğun namizədlər CV-lərini “İnsan resursları üzrə mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
HR mütəxəssisi üzrə bazar adətən 700–1 058 ₼ ödəyir, median — 900 ₼.
33 açıq vakansiya, 99 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
HR mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş Bakı şəhəri, Nərimanov rayonu, Office Center-də yerləşir.
İş qrafiki tam iş günüdür.
Əmək haqqı 1000 ₼ və namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq.
Namizədin HR sahəsində 3-5 il iş təcrübəsi olmalıdır.
CV-ni “İnsan resursları üzrə mütəxəssis” başlığı ilə göndərmək lazımdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarHR mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
İşçilərin işə qəbulu və HR sənədləşməsini idarə etmək üçün 1-3 il təcrübə tələb olunur.
İnsan resursları siyasətini həyata keçirir, işə qəbul və performans idarəetməsində təcrübə tələb olunur
İşə qəbul və yeni əməkdaşların adaptasiyasını idarə edən, HR sahəsində 3-5 il təcrübəsi olan mütəxəssis.





