Vakansiya haqqında

Vəzifə Öhdəlikləri

Təlim Proqramlarının Hazırlanması və İdarə Edilməsi

  • Müştəri Dəstəyi Departamentinin ehtiyaclarına uyğun soft və hard bacarıqlar üzrə təlim proqramlarının hazırlanması və tətbiqi

  • Müştəri xidməti, şikayətlərin idarə edilməsi və digər kritik mövzular üzrə tədris materiallarının hazırlanması

  • Yeni işçilərin adaptasiyası üçün onboarding proqramlarının yaradılması və idarə edilməsi

  • Strukturlaşdırılmış və daim yenilənən məlumat bazasının (knowledge base) yaradılması və idarə edilməsi

Soft və Hard Skills Təlimlərinin Keçirilməsi

Soft skills (yumşaq bacarıqlar) təlimləri:

  • Ünsiyyət və dinləmə bacarıqları

  • Müştəri məmnuniyyətinin artırılması və xidmət keyfiyyəti

  • Stres və münaqişə idarəetməsi

  • Kritik düşüncə və problem həll etmə bacarıqları

  • Komanda işi və liderlik bacarıqları

Hard skills (texniki bacarıqlar) təlimləri:

  • Şirkətin sistem və proqramları üzrə texniki təlimlər

  • Şirkətin daxili məhsul və prosesləri üzrə təlimlər

  • Yeni sistem və funksionallıqlar üzrə adaptasiya təlimlərinin təşkili

Təlimlərin Effektivliyinin Ölçülməsi və İzlənməsi

  • Təlimlərin effektivliyini qiymətləndirmək üçün sorğular, testlər və digər ölçmə alətləri vasitəsilə geri dönüşlərin toplanması

  • Əməkdaşların performans göstəricilərinin (KPI-lar: CSAT, AHT, FCR, keyfiyyət skorları və s.) izlənməsi və təhlili

  • Təlimlərin biznes nəticələrinə təsirinin analiz edilməsi və müvafiq hesabatların hazırlanması

Təlim Materiallarının İnkişafı və Rəqəmsallaşdırılması

  • Təlim proseslərinin müasir və innovativ yanaşmalar əsasında optimallaşdırılması

  • Video dərslər, interaktiv təqdimatlar və onlayn təlim modullarının hazırlanması

  • Təlim kontentinin davamlı olaraq yenilənməsi və təkmilləşdirilməsi

Təhsil və İş Təcrübəsi:

  • Ali təhsil

  • Ən azı 2-4 il Müştəri Xidmətləri sahəsində təlim və inkişaf üzrə iş təcrübəsi

  • Təlim proqramlarının hazırlanması, həyata keçirilməsi və qiymətləndirilməsi sahəsində təcrübə

Şəxsi Keyfiyyətlər və Bacarıqlar:

  • Güclü pedaqoji bacarıqlar və mentorluq qabiliyyəti

  • Yüksək səviyyədə ünsiyyət, təqdimat və inandırma bacarıqları

  • Analitik düşüncə və problem həll etmə bacarığı

  • Müasir təlim metodologiyaları və yetkinlik əsaslı inkişaf alətləri haqqında biliklər

  • Müxtəlif səviyyəli əməkdaşlarla effektiv ünsiyyət qurmaq və motivasiya etmək bacarığı

  • Çevik və adaptiv yanaşma, dəyişikliklərə tez uyğunlaşma qabiliyyəti

Dil Bilikləri:

  • Azərbaycan dili – mükəmməl səviyyədə

  • Rus dili – əla

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Azərbaycan
Təcrübə
2–4 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
12 oktyabr 2026
Dillər
Azerbaijani, Russian
Son tarix
11 noyabr 2026
Baxış
154

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Təlim və inkişaf üzrə mütəxəssis üzrə bazar adətən 1 000–1 200 ₼ ödəyir, median — 1 000 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

5 açıq vakansiya, 5 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Təlim və inkişaf üzrə mütəxəssis kimi öz maaşını yoxla

Şirkət haqqında

NBCO KredAqro
Financial Services · Baku
NBCO KredAqro — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bu vakansiya haqqında suallar

Maraqlanan namizədlər öz CV-lərini elektron poçt ünvanına göndərə bilərlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Ən azı 2-4 il Müştəri Xidmətləri sahəsində təlim və inkişaf üzrə iş təcrübəsi tələb olunur.

Bəli, təlim proqramlarının hazırlanması, həyata keçirilməsi və qiymətləndirilməsi sahəsində təcrübə tələb olunur.

Azərbaycan dili mükəmməl, Rus dili isə əla səviyyədə tələb olunur.

Sorğular, testlər və digər ölçmə alətləri vasitəsilə geri dönüşlər toplanır və performans göstəriciləri izlənir.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Təlim və inkişaf üzrə mütəxəssis üzrə digər açıq elanlar.

Adaline MMC
MiddleBakı
Maaş göstərilməyib

Satış məsləhətçilərinə kosmetik məhsullar üzrə təlimlər keçirir və məhsul bilikləri öyrədir.

Presentation SkillsCommunication skillsPharmacy KnowledgeAudience Engagement
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Təlim və inkişaf meneceri
Müraciət et