Ofisin gündəlik işini idarə edir, sənədləşmə və MS Office proqramlarını bilir.
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
- Şirkətə gələn qonaq və müştərilərin qarşılanması, müvafiq şəxslərə yönləndirilməsi, rəhbərliyin və qonaqların çay və kofe servisi ilə təmin edilməsi.
- Daxil olan telefon zənglərinin cavablandırılması və aidiyyəti şəxslərə yönləndirilməsi.
- Şirkətə daxil olan və göndərilən məktubların, sənədlərin və bağlamaların qəbulu, qeydiyyatı və müvafiq şəxslərə çatdırılması.
- Görüşlərin və qonaq qəbullarının təşkili.
- Ofisə aid sənədlərin hazırlanması, çapı, skan edilməsi və surətlərinin çıxarılması.
- Müqavilə, məktub, ərizə, əmr və digər rəsmi sənədlərin çapı, skan edilməsi və sistemləşdirilməsi.
- Sənədlərin aidiyyəti struktur bölmələrə və əməkdaşlara vaxtında çatdırılmasının təmin edilməsi.
- Sənədlərin elektron və fiziki arxivinin yaradılması, sistemləşdirilməsi və mühafizəsinin təmin edilməsi.
- Daxil olan elektron poçtların izlənilməsi və aidiyyəti şəxslərə yönləndirilməsi.
- Ofis ləvazimatlarına nəzarət edilməsi və zərurət yarandıqda sifarişlərin təşkili.
- Ofisin ümumi səliqə-sahmanına və işgüzar mühitinin qorunmasına nəzarət edilməsi.
- Rəhbərlik tərəfindən verilən digər inzibati tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi.
Tələblər
- Təhsil: Ali təhsil.
- İş təcrübəsi: Müvafiq sahədə 1–2 il iş təcrübəsi arzuolunandır.
- Dil bilikləri: Azərbaycan dili (sərbəst), rus dili (sərbəst).
- Kompüter bilikləri: MS Office proqramları (Word, Excel, Outlook, PowerPoint).
Şəxsi keyfiyyətlər:
- Yüksək ünsiyyət və kommunikasiya bacarığı;
- Səliqəli və məsuliyyətli olmaq;
- Nəzakətli və xoş ünsiyyət qurmaq bacarığı;
- Təşkilatçılıq və operativlik;
- Komandada işləmək bacarığı;
- Diqqətlilik və detallara önəm vermək;
- İşgüzar etika və məxfilik qaydalarına riayət etmək.
İş şəraiti
- İş qrafiki: Bazar ertəsi – Cümə (09:00–18:00)
- Əməkhaqqı: Müsahibə əsasında təyin olunur.
- Ünvan: Çinar Plaza, Heydər Əliyev prospekti 152.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Ofis administratoru üzrə bazar adətən 600–900 ₼ ödəyir, median — 700 ₼.
50 açıq vakansiya, 66 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Ofis administratoru kimi öz maaşını yoxlaŞirkət haqqında
Şirkətimiz müxtəlif metal məhsullarının istehsalı və idxalı ilə məşğuldur. İstehsalat obyektlərimiz Bakı şəhərinin Biləcəri qəsəbəsində və Sumqayıt şəhərində yerləşir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş günləri bazar ertəsindən cüməyə, saat 09:00-dan 18:00-dəkdir.
Əməkhaqqı müsahibə əsasında təyin olunur.
İş yeri Çinar Plaza, Heydər Əliyev prospekti 152 ünvanındadır.
Müvafiq sahədə 1–2 il iş təcrübəsi arzuolunandır.
Namizədlər CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarOfis administratoru üzrə Bakıda digər açıq elanlar.
Ofisin gündəlik inzibati işlərini idarə edir, minimum 2 il təcrübə tələb olunur
Ofis əməliyyatlarını idarə edir, sənədləşmə və təqdimat hazırlığında iştirak edir, 1 il təcrübə tələb olunur
Ofisin idarə olunmasını və inzibati dəstəyi təmin etmək üçün minimum 1-2 il təcrübə tələb olunur
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur





