Onlayn mağazaların konversiyasını və satış planlarının icrasını idarə edir, 2 ildən çox təcrübə tələb olunur.
Vakansiya haqqında
Elektron Ticarət Platformasının Etimad və Keyfiyyət üzrə Meneceri satıcıların fəaliyyət keyfiyyətinə, sifarişlərin düzgün və vaxtında icrasına, eləcə də məhsulların orijinallığına nəzarət edir. Əsas məqsədi müştəri məmnuniyyətini artırmaq, şikayət və qaytarmaları azaltmaq, platformada etibarlı alış-veriş mühiti yaratmaqdır.
Vəzifə öhdəlikləri
- Satıcıların sifarişləri icraetmə keyfiyyətinə nəzarət (SLA) — sifarişlərin vaxtında və düzgün icrasının, ləğvlərin və komplektasiya səhvlərinin monitorinqi, pozuntular zamanı məhdudiyyətlərin tətbiqi və bloklama tədbirlərinin görülməsi.
- White List siyahısının idarə edilməsi — satıcıların siyahıya daxil edilməsi meyarlarının hazırlanması, fəaliyyət göstəricilərinin mütəmadi qiymətləndirilməsi və siyahının yenilənməsi.
- Məhsul çeşidinin orijinallığına və keyfiyyətinə nəzarət — saxta və kontrafakt məhsulların aşkarlanması, məhsulların yoxlanılması, qaydalara uyğun olmayan məhsul kartlarının və satıcıların bloklanması, hüquq sahibləri ilə əməkdaşlıq.
- Qaytarmaların və şikayətlərin təhlili — qaytarmaların əsas səbəblərinin, problemli satıcıların və məhsulların müəyyən edilməsi, düzəldici tədbirlərin hazırlanması və tətbiqi.
- Müştəri təcrübəsinin idarə edilməsi (NPS/CSAT) — müştəri rəylərinin, mənfi şərhlərin və müraciətlərin təhlili, müştəri məmnuniyyətinin artırılması istiqamətində tədbirlərin görülməsi.
- Nəzarət qaydalarının təkmilləşdirilməsi və avtomatlaşdırılması — SLA meyarlarının, bloklama qaydalarının və pozuntuların aşkarlanması mexanizmlərinin BI və Product komandaları ilə birgə təkmilləşdirilməsi.
- Daxili qayda və prosedurların hazırlanması və yenilənməsi — satıcıların qiymətləndirilməsi, məhsul çeşidinin keyfiyyətinə nəzarət və qaytarmaların idarə edilməsi üzrə qaydaların təkmilləşdirilməsi.
- Funksiyalararası əməkdaşlıq — kateqoriya menecerləri, BDM, Merchant Support, müştəri xidmətləri, BI və Product komandaları ilə koordinasiyalı işin təşkili.
- Analitika və hesabatlılıq — əsas keyfiyyət göstəricilərinin monitorinqi, fərziyyələrin yoxlanılması, görülən tədbirlərin effektivliyinin qiymətləndirilməsi və rəhbərlik üçün hesabatların hazırlanması.
Tələblər
- İş təcrübəsi: Analitika, keyfiyyətə nəzarət, əməliyyatların idarə edilməsi və ya Trust & Safety sahəsində minimum 3 il təcrübə. E-ticarət sahəsində təcrübə üstünlükdür.
- Məlumatlarla iş: Excel/Google Sheets və Power BI proqramlarından qabaqcıl səviyyədə istifadə bacarığı, böyük həcmli məlumatların təhlili təcrübəsi.
- Analitik bacarıqlar: Əsas statistika, A/B testləri və qərarların effektivliyinin qiymətləndirilməsi üzrə biliklər.
- Proses yanaşması: Qaydaların, qiymətləndirmə meyarlarının və avtomatlaşdırma prosedurlarının hazırlanması bacarığı.
- Nəticəyönümlülük: Proseslərin və ya göstəricilərin başdan sona (end-to-end) idarə edilməsi və ölçülə bilən nəticələr əldə etmək təcrübəsi.
- Diqqətlilik və sistemlilik: Anomaliyaları aşkarlamaq, problemlərin səbəblərini təhlil etmək və məlumatlara əsaslanan həllər tapmaq bacarığı.
- Məsuliyyət və qətiyyət: Müstəqil qərarvermə və əsaslandırılmış mövqeyi müdafiə etmək bacarığı.
- Kommunikasiya və dil bilikləri: Hesabatların hazırlanması, komandalarla effektiv əməkdaşlıq, Azərbaycan, rus və ingilis dillərini bilmək.
Üstünlüklər
Ekosistem səviyyəsində öyrənmə imkanları
Mentorluq və peşəkar inkişaf
Milyonlarla müştəri üçün real təsir yaratmaq
Dəstəkləyici və açıqfikirli mədəniyyət
Texnologiya və biznesin kəsişməsində karyera imkanı
Rəqabətli əməkhaqqı və bonuslar
Yüksək təminatlı sığorta
Visa Premium əməkhaqqı kartı
Korporativ endirimlər
Korporativ tədbirlər
Əlavə məzuniyyət günləri
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş Port Baku filialında yerləşir.
Minimum 3 il analitika, keyfiyyətə nəzarət və əməliyyat idarəçiliyi sahəsində təcrübə tələb olunur.
İş saatları və günləri barədə məlumat verilməyib.
Rəqabətli əməkhaqqı və bonuslar təklif olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarE-ticarət üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Onlayn sifarişlərin qəbulunu və emalını idarə edir, MS Office bacarığı tələb olunur.
Məhsulların onlayn tanıtımı və satışı ilə məşğul olur, sosial media bacarığı tələb olunur.
Ofis və əməliyyat işlərini idarə edir, müştəri əlaqələrini və sifarişləri koordinasiya edir.



