Vakansiya haqqında

SEAPORT CATERİNG MMC şirkəti müxtəlif şəhər və rayonlarda yerləşən layihələrində çalışmaq üçün məsuliyyətli, təşkilatçılıq və idarəetmə bacarığı yüksək Menecer vəzifəsinə əməkdaş axtarır.

Əsas vəzifə öhdəlikləri

  • Layihədə çalışan işçi heyətinin fəaliyyətinə nəzarət etmək və işçiləri təlimatlandırmaq;
  • İşçi heyətinin iş qrafiklərini hazırlamaq və idarə etmək;
  • Layihənin müəyyən edilmiş standart və prosedurlara uyğun idarə olunmasını təmin etmək;
  • Qida məhsullarının keyfiyyət, gigiyena və sanitariya standartlarına uyğunluğuna nəzarət etmək;
  • Məhsulların müəyyən edilmiş standartlara uyğun və düzgün formada təqdim edilməsini təmin etmək;
  • İşçi heyəti arasında daxili intizam qaydalarına riayət olunmasına nəzarət etmək;
  • İnventar, ərzaq məhsulları və digər layihə ehtiyaclarının monitorinqini aparmaq;
  • Müştəri məmnuniyyətinin artırılması istiqamətində təkliflər hazırlamaq və həyata keçirmək;
  • Müştəri şikayətlərinin operativ və peşəkar şəkildə həllini təmin etmək;
  • Layihənin xidmət keyfiyyətinin və imicinin yaxşılaşdırılması üçün yeni təkliflər vermək;
  • Gündəlik əməliyyat hesabatlarını, tabelləri və anbar hesabatlarını hazırlamaq və aidiyyəti departamentlərə təqdim etmək;
  • Layihə avadanlıqlarının vəziyyətinə nəzarət etmək və texniki baxış və ya təmir tələb olunduqda aidiyyəti şöbəyə məlumat vermək;
  • Mətbəx əməkdaşlarının, o cümlədən xadimə və qabyuyan heyətin fəaliyyətinə nəzarət etmək və iş qrafiklərini təşkil etmək;
  • Gündəlik və dərin təmizlik işlərinin müəyyən edilmiş standartlara və qrafikə uyğun aparılmasına nəzarət etmək;
  • Vəzifə səlahiyyətləri çərçivəsində digər tapşırıqları yerinə yetirmək.

Namizədə tələblər

  • Ali təhsil;
  • Güclü təşkilatçılıq və idarəetmə bacarığı;
  • Komanda idarəetməsi və komandada işləmək bacarığı;
  • Yüksək ünsiyyət və kommunikasiya qabiliyyəti;
  • Analitik düşüncə və operativ qərarvermə bacarığı;
  • Məsuliyyətli, dəqiq və punktual olmaq;
  • Microsoft Office proqramları üzrə yaxşı biliklər: Word, Excel, Outlook;
  • Ofis avadanlıqları ilə işləmək bacarığı;
  • Müştəriyönümlü və işgüzar olmaq;
  • Dinamik və intensiv iş mühitində işləmək bacarığı.

Xüsusi tələb

Namizəd Azərbaycanın müxtəlif şəhər və rayonlarında yerləşən layihələrdə işləməyə hazır və razı olmalıdır.

Layihənin yerləşdiyi əraziyə uyğun olaraq əməkdaşın müxtəlif şəhər və rayonlarda fəaliyyət göstərməsi tələb oluna bilər.

İş şəraiti

  • İş yeri: Azərbaycanın müxtəlif şəhər və rayonlarında yerləşən layihələr;
  • Korporativ mobil nömrə və danışıq balansı ilə təminat;
  • Yemək təminatı;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən rəsmi əmək müqaviləsi;
  • Peşəkar və dinamik iş mühiti. Qeyd: Yalnız tələblərə uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, 2-ci mərtəbə, Yeni Həyat Plaza, Z.Əliyeva 55, 55 Zarifa Aliyeva
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
18 noyabr 2026
Son tarix
18 dekabr 2026
HRX ilə müraciət
7
Baxış
412

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Əməliyyat meneceri üzrə bazar adətən 1 100–2 500 ₼ ödəyir, median — 1 600 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

18 açıq vakansiya, 23 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Əməliyyat meneceri kimi öz maaşını yoxla

Şirkət haqqında

Seaport Catering
Caterer · 201-500 · Bakı
Seaport Catering — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

Azərbaycanın müxtəlif şəhər və rayonlarında yerləşən layihələrdədir.

Korporativ mobil nömrə, yemək təminatı və rəsmi əmək müqaviləsi var.

Microsoft Word, Excel və Outlook proqramlarını yaxşı bilməlidir.

Güclü təşkilatçılıq, idarəetmə, ünsiyyət və analitik düşüncə qabiliyyətləri tələb olunur.

Azərbaycanın müxtəlif şəhər və rayonlarında yerləşən layihələrdə işləməyə hazır olmalıdır.

Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Əməliyyat meneceri üzrə Bakıda digər açıq elanlar.

MER Group
Mütəxəssis · 3+ ilBakı
Maaş göstərilməyib

Restoran əməliyyatlarını idarə edir və minimum 3 il təcrübə tələb olunur

Operations ManagementQuality ControlInventory ManagementReporting+8
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Anonim işəgötürən
Təcrübəli mütəxəssisBakı
Maaş göstərilməyib

Texniki və əməliyyat proseslərini idarə etmək və personal planlaşdırması üzrə təcrübə tələb olunur.

Project ManagementLeadershipHose assemblyQuality Assurance+8
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Menecer
Müraciət et