Ticarət mərkəzinin əməliyyatlarını idarə edir və qonaqpərvərlik bacarıqlarına malikdir
Vakansiya haqqında
Rifah qrup komandasına qoşulmaq üçün analitik düşüncəli, məsuliyyətli və nəticəyönümlü Əməliyyatlara Nəzarət Meneceri axtarırıq!
Vəzifə öhdəlikləri
- Şirkətin bütün mağazalarının gündəlik əməliyyat fəaliyyətinə nəzarət etmək;
- Mağazalarda müəyyən edilmiş iş standartlarının, daxili qaydaların və prosedurların icrasını təmin etmək;
- Mağaza rəhbərlərinin və işçi heyətinin fəaliyyətini yoxlamaq və qiymətləndirmək;
- Satış proseslərinin düzgün təşkilinə, müştəri xidmətinin keyfiyyətinə və xidmət standartlarına nəzarət etmək;
- Mağazalarda məhsulların düzgün yerləşdirilməsi, vitrin və ekspozisiyaların tərtibatına nəzarət etmək;
- Anbar, mal qəbulu, məhsulun mağazalararası hərəkəti və inventarizasiya proseslərinin düzgün aparılmasını yoxlamaq;
- Məhsul çatışmazlığı, artıq qalıq, itki və uyğunsuzluq hallarını araşdırmaq və qarşısının alınması üçün tədbirlər görmək;
- Kassa əməliyyatlarına, ödənişlərin düzgün rəsmiləşdirilməsinə və maliyyə intizamına nəzarət etmək;
- Müştəri şikayətlərinin, geri qaytarılma və dəyişdirilmə proseslərinin şirkət qaydalarına uyğun aparılmasını təmin etmək;
- Mağazaların təmizlik, səliqə, təhlükəsizlik və texniki vəziyyətinə nəzarət etmək;
- Mağazaların iş qrafiklərinə, əmək intizamına və işçi davamiyyətinə nəzarət etmək;
- Müəyyən edilmiş KPI göstəricilərinin mağazalar üzrə icrasını izləmək;
- Mağazalarda aşkar edilən nöqsanların aradan qaldırılması üçün tədbirlər planı hazırlamaq və icrasını yoxlamaq;
- Müntəzəm mağaza yoxlamaları və auditlər həyata keçirmək;
- Mağazaların fəaliyyət nəticələrini müqayisə etmək, problemləri müəyyənləşdirmək və rəhbərliyə hesabat təqdim etmək;
- Əməliyyat proseslərinin optimallaşdırılması və şirkətin fəaliyyət effektivliyinin artırılması üçün təkliflər vermək.
Tələblər
- Ali təhsil;
- Pərakəndə satış, mağazalar şəbəkəsinin idarə edilməsi və ya əməliyyatlara nəzarət sahəsində minimum 1-3 il iş təcrübəsi;
- Bir neçə filialın və ya mağazanın fəaliyyətinə nəzarət təcrübəsi arzuolunandır;
- Pərakəndə satış proseslərini və mağaza idarəetmə prinsiplərini yaxşı bilmək;
- Anbar, logistika, inventarizasiya və mal dövriyyəsi prosesləri üzrə biliklər;
- Satış, kassa və müştəri xidmətləri proseslərini qiymətləndirmək bacarığı;
- Excel və hesabat proqramları ilə işləmək bacarığı;
- KPI sistemləri və əməliyyat göstəricilərinin təhlili üzrə biliklər;
- Daxili audit və yoxlama aparmaq bacarığı;
- Güclü analitik düşüncə və problem həll etmə qabiliyyəti;
- Tələbkarlıq, prinsipiallıq və yüksək məsuliyyət;
- Komandanı idarə etmək, ünsiyyət və nəzarət bacarığı;
- Regionlarda yerləşən mağazalara mütəmadi ezamiyyətə hazır olmaq.
Əsas KPI Göstəriciləri
- Mağazalarda daxili qayda və standartlara riayət səviyyəsi;
- Aşkar edilmiş nöqsanların aradan qaldırılma faizi;
- İnventarizasiya nəticələrində mal qalığı uyğunsuzluqlarının azalması;
- Kassa və maliyyə intizamının qorunması;
- Müştəri xidmətlərinin keyfiyyət göstəriciləri;
- İşçi intizamı və davamiyyət göstəriciləri;
- Mağazaların əməliyyat effektivliyi;
- Audit və yoxlamaların nəticələri;
- Müəyyən edilmiş tədbirlər planının vaxtında icrası.
Şirkət tərəfindən təklif olunan
- Rəqabətədavamlı əməkhaqqı;
- Nəticələrə əsaslanan bonus və mükafatlandırma sistemi;
- Peşəkar və dinamik iş mühiti;
- Karyera və peşəkar inkişaf imkanları;
- İdarəetmə proseslərində aktiv iştirak imkanı
Maraqlanan namizədlər CV-lərini Azərbaycan dilində göndərmələri xahiş olunur.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Əməliyyat meneceri üzrə bazar adətən 1 000–2 000 ₼ ödəyir, median — 1 550 ₼.
22 açıq vakansiya, 24 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Əməliyyat meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
1994-cü ildən faəliyyət göstərən, müştərilərinə mebel və ev avadanlıqları satışı ilə məşğul olan yerli şirkət. Məqsədimiz qarşıdakı 3 il ərzində müasir standartlara uyğun korporativ şirkət qurmaq və bu yeni inkişaf strategiyası…
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Pərakəndə satış və əməliyyatlara nəzarət sahəsində minimum 1-3 il iş təcrübəsi tələb olunur.
Rəqabətədavamlı əməkhaqqı və nəticələrə əsaslanan bonus sistemi təklif olunur.
Namizədlərdən Azərbaycan dilində CV göndərilməsi tələb olunur. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarƏməliyyat meneceri üzrə Bakıda digər açıq elanlar.
Restoranların əməliyyatlarını idarə edir, satış planlarını yerinə yetirir və liderlik bacarıqları tələb olunur
Şirkətin gündəlik ofis işlərini və müştəri əlaqələrini idarə edir, təşkilatçılıq bacarığı tələb olunur.
Texniki və əməliyyat proseslərini idarə etmək və personal planlaşdırması üzrə təcrübə tələb olunur.



