Vakansiya haqqında

RİNOKS MMC komandasına şirkətin gündəlik ofis işlərini koordinasiya edəcək, müştərilərlə əlaqələri idarə edəcək və sifarişlərin icrasına nəzarət edəcək məsuliyyətli, təşkilatçılıq qabiliyyəti yüksək əməkdaş axtarır.

İş şəraiti

  • İş yeri: RİNOKS MMC-nin ofisi.
  • Əməkhaqqı: namizədin təcrübə və bacarıqlarına uyğun olaraq razılaşdırılacaq.
  • İş rejimi və digər şərtlər müsahibə zamanı müzakirə olunacaq.

Bizim əsas gözləntimiz

Axtardığımız əməkdaş yalnız telefonlara cavab verən və tapşırıqları ötürən şəxs olmamalıdır. O, şirkətin gündəlik işlərini sistemli şəkildə izləməli, müştərilərlə əlaqələri idarə etməli, əməkdaşların tapşırıqlarının icrasına nəzarət etməli və rəhbərliyin gündəlik iş yükünü azaltmalıdır.

Öhdəliklər

1. Müştərilərlə iş

  • Daxil olan telefon zənglərini və müştəri müraciətlərini izləmək.
  • Müştərilərlə mütəmadi əlaqə saxlamaq.
  • Qiymət təkliflərinin hazırlanması və müştərilərə göndərilməsinə nəzarət etmək.
  • Müştərilərin sifarişləri ilə bağlı suallarını cavablandırmaq və aidiyyəti əməkdaşlara yönləndirmək.
  • Yeni və mövcud müştərilərlə əlaqələrin sistemli aparılmasını təmin etmək.
  • Müştəri bazasını yeniləmək və əlaqələrin davamlılığını qorumaq.

2. Sifarişlərin və iş proseslərinin idarə edilməsi

  • Qəbul edilmiş sifarişləri qeydiyyata almaq və icra müddətlərini izləmək.
  • Sifarişləri satış, istehsalat və çatdırılma üzrə məsul şəxslərlə koordinasiya etmək.
  • Gecikən sifarişləri və həllini gözləyən məsələləri müəyyən etmək.
  • Müştərilərə sifarişlərin hazır olma müddəti barədə vaxtında məlumat verilməsini təmin etmək.
  • Hər bir tapşırığın sonadək yerinə yetirilməsinə nəzarət etmək.

3. Əməkdaşların işinə nəzarət və koordinasiya

  • İşçilərə verilmiş tapşırıqların icra vəziyyətini izləmək.
  • Görülməli işləri və son icra tarixlərini qeydiyyata almaq.
  • İşçilər arasında məlumat mübadiləsini və əlaqələndirməni təmin etmək.
  • İcra olunmayan və ya gecikən tapşırıqlar barədə rəhbərliyə məlumat vermək.
  • Rəhbərin tapşırıqlarını aidiyyəti şəxslərə çatdırmaq və nəticəsini izləmək.

4. Rəhbərliyə dəstək və hesabat

  • Gündəlik işlərin planlaşdırılmasına kömək etmək.
  • Rəhbərin tapşırıqlarını sistemləşdirmək və icrasını izləmək.
  • Gündəlik və həftəlik hesabatlar hazırlamaq.
  • Satış, sifarişlər, müştəri müraciətləri və gecikmələr barədə rəhbərliyə məlumat vermək.
  • İş proseslərinin təkmilləşdirilməsi üçün təkliflər irəli sürmək.

5. Ofis işlərinin təşkili

  • Müştəri məlumatlarının və sənədlərin sistemli saxlanılmasını təmin etmək.
  • Görüşləri, zəngləri və vacib işləri planlaşdırmaq.
  • Müştərilərin bayram və əlamətdar günlərdə təbrik edilməsini təşkil etmək.
  • Ofisdə gündəlik işlərin nizamlı aparılmasına kömək etmək.

Tələblər

  • Güclü təşkilatçılıq və idarəetmə bacarığı.
  • Müştərilərlə peşəkar ünsiyyət qurmaq qabiliyyəti.
  • Məsuliyyətli, diqqətli, təşəbbüskar və intizamlı olmaq.
  • Tapşırıqları unutmadan izləmək və nəticəyə çatdırmaq bacarığı.
  • Kompüter, Excel, elektron poçt və ofis proqramlarından istifadə bacarığı.
  • Eyni vaxtda bir neçə işi planlaşdırmaq və prioritetləri müəyyən etmək bacarığı.
  • Satış, ofis idarəçiliyi, müştəri xidmətləri və ya əməliyyatların koordinasiyası sahəsində təcrübə üstünlükdür.

Şəxsi keyfiyyətlər

  • Problemləri özü müəyyən edib həll yolu axtarmaq.
  • Daim rəhbərin göstərişini gözləmədən təşəbbüs göstərmək.
  • Verilən tapşırıqların nəticəsinə görə məsuliyyət daşımaq.
  • Məlumatları düzgün çatdırmaq və hesabat vermək.
  • Məxfi biznes məlumatlarını qorumaq.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı
Təcrübə
Middle
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
23 oktyabr 2026
Son tarix
22 noyabr 2026
HRX ilə müraciət
2
Baxış
23

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Əməliyyat meneceri üzrə bazar adətən 1 000–2 100 ₼ ödəyir, median — 1 600 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

18 açıq vakansiya, 25 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Əməliyyat meneceri kimi öz maaşını yoxla

Şirkət haqqında

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri RİNOKS MMC-nin ofisidir, Bakı şəhərində yerləşir.

İş rejimi və digər şərtlər müsahibə zamanı müzakirə olunur.

Əməkhaqqı namizədin təcrübə və bacarıqlarına uyğun olaraq razılaşdırılır.

Kompüter, Excel, elektron poçt və ofis proqramlarından istifadə bacarığı tələb olunur.

Satış, ofis idarəçiliyi, müştəri xidmətləri və ya əməliyyatların koordinasiyası sahəsində təcrübə üstünlükdür.

Məsuliyyətli, diqqətli, təşəbbüskar və intizamlı olmaq tələb olunur.

Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Əməliyyat meneceri üzrə Bakıda digər açıq elanlar.

Grossmaster
MütəxəssisBakı
2 000–2 200₼Son gün

Gündəlik əməliyyatları idarə edir, tapşırıqları izləyir və koordinasiya bacarığı tələb olunur.

DocumentationBusiness CorrespondenceManagementCoordination+4
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
AT-Geotech MMC
Mütəxəssis · 3+ ilBakı
Maaş göstərilməyib4 gün qalıb

Qazma sahəsində sahə əməliyyatlarını idarə edir və minimum 3 il təcrübə tələb olunur.

Team ManagementReportingDrilling operations managementOperational Planning+3
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Ofis və əməliyyatlar üzrə menecer
Müraciət et