Logistika üzrə hesablaşmalar aparır, mühasibatlıq və MS Office bilikləri tələb olunur
Vakansiya haqqında
Main Freight Logistics komandamıza beynəlxalq logistika və yükdaşımaları sahəsində karyera qurmaq istəyən təcrübəçi axtarırıq!
Təcrübə proqramı logistika sahəsində təcrübəsi olmayan, lakin bu sahədə öyrənməyə və inkişaf etməyə həvəsli şəxslər üçün nəzərdə tutulub.
Namizədə tələblər:
- Rus və ya ingilis dillərindən ən azı birini yaxşı səviyyədə bilmək. Hər iki dili bilən namizədlərə üstünlük verilir.
- Azərbaycan dilində sərbəst ünsiyyət qurmaq.
- Yüksək ünsiyyət və danışıqlar aparmaq bacarığı.
- Məsuliyyətli, diqqətli və təşəbbüskar olmaq.
- Komandada işləmək və operativ qərarlar qəbul etmək bacarığı.
- Kompüter və Microsoft Office proqramlarından istifadə bacarığı.
- Logistika sahəsində karyera qurmaq və yeni biliklər əldə etmək istəyi.
Təcrübə müddətində öyrədiləcək:
- Beynəlxalq FTL və LTL yükdaşımalarının təşkili.
- Avropa, Türkiyə, Rusiya və MDB ölkələri üzrə yük avtomobillərinin axtarışı.
- Daşıyıcılarla əlaqələrin qurulması və qiymət danışıqlarının aparılması.
- B2B satış və biznes müştəriləri ilə işləmək bacarığı.
- Potensial müştərilərin axtarışı və yeni əməkdaşlıq imkanlarının yaradılması.
- Şirkətlər və sahibkarlarla ilkin əlaqələrin qurulması.
- Logistika xidmətlərinin təqdim edilməsi və kommersiya danışıqlarının aparılması.
- Həmçinin yükdaşıma əməliyyatları və daşıyıcılarla iş prosesini öyrənmək.
Təcrübə proqramının şərtləri:
- Təcrübə müddəti: 3 ay.
- Təcrübə müddətində nahar yeməyi şirkət tərəfindən təmin olunur.
- Təcrübəni uğurla başa vuran namizədlərə daimi iş imkanı təqdim ediləcək.
İş yeri: Bakı, Məryəm Plaza, Bəsti Bağırova 12
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Logistika mütəxəssisi üzrə bazar adətən 800–1 500 ₼ ödəyir, median — 1 000 ₼.
27 açıq vakansiya, 56 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Logistika mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində, Məryəm Plaza, Bəsti Bağırova 12 ünvanındadır.
Təcrübə müddəti 3 aydır.
Təcrübə müddətində nahar yeməyi şirkət tərəfindən təmin olunur.
Namizəd rus və ya ingilis dillərindən ən azı birini yaxşı səviyyədə bilməlidir, hər iki dili bilənlərə üstünlük verilir.
Namizəd öz CV-sini göndərməlidir. Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarLogistika mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Malın daşınması və sənədləşdirilməsi üzrə işləri idarə etmək üçün logistika və beynəlxalq daşımalar üzrə təcrübə tələb olunur
Kargo daşımaları üzrə məlumatları təhlil edir və satış göstəricilərini proqnozlaşdırır, analitik bacarıq tələb olunur
Daşıma marşrutlarını planlayır, sənədləri idarə edir və beynəlxalq standartlara riayət edir




