Mağazanın gündəlik fəaliyyətini idarə edir və satış sahəsində təcrübə tələb olunur.
Vakansiya haqqında
iCloud mağazasına Mağaza rəhbəri / Satış meneceri tələb olunur
iCloud mağazamız üçün sadəcə məhsul satan əməkdaş deyil, mağazanı öz işi kimi sahiblənəcək, yeni müştərilər gətirəcək, satışları və mağazanın gəlirini artıracaq məsuliyyətli və təşəbbüskar əməkdaş axtarırıq.
Əgər sən “mənə nə tapşırılıbsa onu edim” düşüncəsində deyilsənsə və “bu mağazanı necə daha çox böyüdə bilərəm?” deyə düşünürsənsə, bu vakansiya sənin üçündür.
Əməkhaqqı və bonus
800 AZN sabit maaş + mağazanın xalis gəlirindən 10% bonus
Yəni mağazanın gəliri artdıqca sənin də qazancın artır.
Məsələn:
- 3,000 AZN xalis gəlir → 300 AZN bonus
- 5,000 AZN xalis gəlir → 500 AZN bonus
- 10,000 AZN xalis gəlir → 1,000 AZN bonus
- 15,000 AZN xalis gəlir → 1,500 AZN bonus
Beləliklə, yüksək nəticə göstərən əməkdaşın aylıq gəliri 800 AZN-lə məhdudlaşmır.
Biz kim axtarırıq?
Bizə sadəcə mağazada oturub müştəri gözləyən satıcı lazım deyil.
Biz mağazanı sahiblənəcək insan axtarırıq.
Səndən gözləntimiz budur ki:
“Bu gün neçə məhsul satım?” yox,
“Bu mağazaya necə daha çox müştəri gətirim, satışı necə artırım və gəliri necə böyüdüm?” deyə düşünəsən.
Əgər yeni ideyaların varsa, onları həyata keçirmək üçün sənə imkan veriləcək.
İş şəraiti
İş yeri: Bakı
İş qrafiki: Tam iş günü
Maaş: 800 AZN + xalis gəlirdən 10% bonus
Vəzifə: Mağaza rəhbəri / Satış meneceri
Müraciət etmək istəyən şəxslər CV-ni göndərsin və özləri haqqında qısa məlumat versinlər.
Qeyd: Müsahibə zamanı namizəddən iCloud mağazasının satışlarını artırmaq üçün ilk 30 gündə hansı addımları atacağını izah etməsi xahiş olunacaq.
Vəzifə öhdəlikləri
- Mağazanın gündəlik fəaliyyətini müstəqil idarə etmək
- Müştəriləri qarşılamaq və yüksək səviyyədə xidmət göstərmək
- Məhsullar haqqında müştəriyə düzgün və ətraflı məlumat vermək
- Satışları həyata keçirmək və satış nəticələrini artırmaq
- Yeni müştəriləri aktiv şəkildə axtarmaq və mağazaya cəlb etmək
- Instagram, TikTok, WhatsApp və digər sosial platformalardan satış yaratmaq
- Mövcud müştərilərlə əlaqəni qorumaq və təkrar satışlar yaratmaq
- Yeni satış ideyaları və kampaniyalar təklif etmək
- Korporativ və digər potensial müştərilərlə əlaqələr qurmaq
- Rəqibləri və bazarı izləmək
- Mağazanın görünüşünə, səliqəsinə və məhsulların düzgün təqdimatına nəzarət etmək
- Günlük və aylıq satış nəticələrini izləmək
- Mağazanın gəlirinin artırılması üçün yeni yollar tapmaq
- Rəhbərlikdən daimi tapşırıq gözləmədən təşəbbüs göstərmək
Tələblər
- Güclü ünsiyyət və satış bacarığı
- Müştəri ilə düzgün münasibət qurmağı bacarmaq
- Təşəbbüskar və məsuliyyətli olmaq
- Özbaşına işləmək və qərar qəbul etmək bacarığı
- Yeni müştəri tapmaq və satış yaratmaq qabiliyyəti
- Sosial mediadan aktiv istifadə etmək
- Nəticəyə və gəlirə fokuslanmaq
- Telefon və elektronika sahəsinə maraq
- Satış sahəsində əvvəlki təcrübə üstünlükdür
- Azərbaycan dili səlis, rus dili və ya ingilis dili bilmək üstünlükdür
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Mağaza meneceri üzrə bazar adətən 1 000–1 500 ₼ ödəyir, median — 1 300 ₼.
24 açıq vakansiya, 25 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Mağaza meneceri kimi öz maaşını yoxlaMüraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Tam iş günü rejimində işləmək tələb olunur.
800 AZN sabit maaş və mağazanın xalis gəlirindən 10% bonus təklif olunur.
Güclü ünsiyyət və satış bacarığı, təşəbbüskar olmaq və sosial mediadan istifadə bacarığı tələb olunur.
Azərbaycan dili səlis, rus və ya ingilis dili bilmək üstünlükdür.
CV-ni göndərmək və öz haqqında qısa məlumat vermək tələb olunur. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMağaza meneceri üzrə Bakıda digər açıq elanlar.
Mağazada gündəlik idarəçiliyi həyata keçirir, komanda ilə işləmək bacarığı tələb olunur.
Mağazada satışları artırmaq və komandanı idarə etmək üçün liderlik və retail təcrübəsi tələb olunur.
Mağazanın gündəlik fəaliyyətini idarə edir və satış prosesinə nəzarət edir.


