Qazma və quyu xidmətləri üzrə müqavilələrin hazırlanması və idarə olunması üzrə mühəndis axtarılır.
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Təsdiqlənmiş şablonlar əsasında müqavilə layihələrinin ilkin variantlarını hazırlamaq.
- Müqavilə əlavələrini (BOQ, qrafik, spesifikasiyalar, təminat formaları) toplamaq və onların müqavilə mətni ilə uyğunluğunu yoxlamaq.
- Tender dövründə müqavilə ilə bağlı sorğuların və cavabların qeydiyyatını aparmaq.
- Təyin olunmuş layihələr üzrə Müqavilə Reyestrini yeniləmək.
- Bildiriş müddətlərini, təminatların və sığortaların bitmə tarixlərini, müqavilə mərhələlərini izləmək və vaxtında xəbərdarlıq etmək.
- Rəsmi müqavilə yazışmalarının (bildirişlər, cavablar) layihələrini hazırlamaq.
- Müqavilə ilə bağlı görüşlərin protokollarını hazırlamaq və qərarların icrasını izləmək.
- Layihə komandasından dəyişikliklərə dair məlumat və dəstəkləyici sənədləri toplamaq.
- VO sənədlərinin layihələrini hazırlamaq və Lead Contract Specialist-ə təqdim etmək.
- Variation Log-u təyin olunmuş layihələr üzrə yeniləmək və VO-ların təsdiq statusunu izləmək.
- IPC-lərdə müqavilə şərtlərinin (VO-lar, avansın geri tutulması, retention, tutulmalar) düzgün tətbiqinin ilkin yoxlamasını aparmaq.
- Final hesablaşma üçün sənədləri toplamaq və sistemləşdirmək.
- Müqavilə sənədlərinin arxivləşdirilməsini Sənəd Nəzarəti (Document Control) qaydalarına uyğun təmin etmək.
Tələblər:
- Ali təhsil (inşaat mühəndisliyi, kəmiyyət ölçmə (Quantity Surveying), hüquq və ya əlaqəli sahə).
- İnşaat sahəsində minimum 3 il, o cümlədən müqavilə administrasiyasında minimum 2 il təcrübə.
- FIDIC müqavilə şərtləri üzrə əsas biliklər.
- MS Office bilikləri (Word, Excel, Outlook, Powerpoint);
- Azərbaycan dili mükəmməl, İnglis dili işlək səviyyədə;
- MS Office (Excel, Word) üzrə yüksək səviyyəli biliklər; sənədlərlə dəqiq işləmə bacarığı.
Əlavə məlumat:
- İş qrafiki: 5/2, 09:30-18:30
- Nahar şirkət tərəfindən təmin edilir
- Əmək Haqqı: 1800-2300 AZN net
- İş yeri - Çıraq plaza
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Müqavilələr üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri 7ıraq plaza, Bakıdır.
Həftədə 5 gən, saat 09:30-18:30 aralıęnda işlənir.
Məzuniyyət haqqında məlumat verilməyib.
cə, nahar şirkət tərəfindən təmin edilir.
İnşaat sahəsində ən az 3 il, o cülünə müqavilə administrasiyasında ən az 2 il təcrübə tələb olunur.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMüqavilə meneceri üzrə Bakıda digər açıq elanlar.
Layihə müqavilələrinin idarə olunmasını həyata keçirir və müqavilə idarəetmə bacarıqlarına malikdir.
Gündəlik logistika əməliyyatlarını optimallaşdırır və gömrük prosedurlarını bilir.
Direktorun iş qrafikini idarə edir və görüşləri təşkil edir, ən azı 1 il təcrübə tələb olunur.


