Müştərilərlə ingilis dilində yazışan və növbəli qrafikdə işləyən müştəri dəstəyi mütəxəssisidir.
Vakansiya haqqında
Tredu, şagirdlərə məktəblərində dərsdən sonra qoşula biləcəkləri əlavə dərnəklər təqdim edən rəqəmsal platformadır. Bu platforma vasitəsilə şagirdlər və valideynlər tərəfdaşlar tərəfindən təklif olunan ən çox tələb olunan və müasir fəaliyyətləri kəşf edə və tətbiq üzərindən izləyə bilirlər.
Hazırda Tredu komandamıza qoşulmaq üçün Müştəri xidmətləri üzrə təcrübəçi vəzifəsinə namizədlər axtarırıq.
İş növü: Tam ştat
Vəzifə öhdəlikləri:
- Daxil olan zəngləri və müraciətləri peşəkar şəkildə cavablandırmaq;
- İstifadəçilərə platforma, xidmətlər və dərnəklər haqqında ilkin məlumat vermək;
- Müştərilərdən daxil olan sorğu və müraciətləri qeydiyyata almaq;
- Müştəri məlumatlarını sistemdə düzgün və dəqiq şəkildə daxil etmək;
- Valideynlər və şagirdlərlə telefon və digər kommunikasiya kanalları vasitəsilə əlaqə saxlamaq;
- Müştəri məmnuniyyətinin təmin olunmasına dəstək göstərmək;
- Komanda üzvlərinin gündəlik fəaliyyətlərinə inzibati dəstək vermək;
- Hesabatların hazırlanmasında və məlumatların toplanmasında iştirak etmək;
Tələblər:
- Ali təhsil alan son kurs tələbəsi və ya yeni məzun;
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
- Rus dili biliyi üstünlük hesab olunur;
- MS Office proqramlarında (Word, Excel, Google Sheets) işləmək bacarığı;
- Güclü ünsiyyət və dinləmə bacarıqları;
- Məsuliyyətli, diqqətli və öyrənməyə açıq olmaq;
- Komandada işləmək bacarığı;
- Problemlərin həlli üzrə inkişaf etmiş bacarıqlar;
- Sürətli iş mühitində çoxsaylı tapşırıqları idarə etmək və vaxtdan səmərəli istifadə etmək bacarığı.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. Zəhmət olmasa, email-in mövzu hissəsində vəzifənin adını qeyd edin.
Müraciətiniz üçün təşəkkür edirik və sizi potensial əməkdaşımız kimi nəzərdən keçirməyi səbirsizliklə gözləyirik.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Müştəri dəstəyi üzrə mütəxəssis üzrə bazar adətən 500–1 150 ₼ ödəyir, median — 700 ₼.
72 açıq vakansiya, 49 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Müştəri dəstəyi üzrə mütəxəssis kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində yerləşir.
İş tam ştatdır, iş saatları barədə məlumat verilməyib.
Namizəd ali təhsil alan son kurs tələbəsi və ya yeni məzun olmalıdır.
MS Office proqramlarında (Word, Excel, Google Sheets) işləmək bacarığı tələb olunur.
Azərbaycan dilində səlis danışıq və yazı bacarığı tələb olunur, rus dili üstünlükdür.
CV göndərilməlidir, email mövzu hissəsində vəzifənin adı qeyd olunmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMüştəri dəstəyi üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Müştəri zənglərini cavablandırır, sifarişləri idarə edir və stress altında qərar verir.
Müştəri zənglərini və müraciətlərini cavablandırır, stressdə qərar qəbul etmə bacarığı tələb olunur.
Müştərilərin zənglərini cavablandırır, e-mailləri idarə edir və şikayətləri yönləndirir.
Mövzu üzrə materiallar

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur




