Müştəri zənglərini və müraciətlərini cavablandırır, stressdə qərar qəbul etmə bacarığı tələb olunur.
Vakansiya haqqında
Vəzifə tələbləri:
- Ali təhsil arzuolunandır
- Azərbaycan, Rus dili arzuolunandır
- Beynəlxalq yüklərin daşınması və e-ticarət sahəsində minimum 1 il iş təcrübəsi arzuolunandır.
- Oxşar işdə ən azı 1 il təcrübə (ilk öncə öhdəliklərlə tanış olun)
- Kompyuter və ofis proqramlarından sərbəst istifadə etmək bacarığı
- Yaş həddi: 20-38
- Yanlız xanım namizədlər
- Stress vəziyyətində düzgün qərar qəbul etmək bacarığı
Vəzifə öhdəlikləri:
- Məlumat mərkəzinə müxtəlif mənbələrdən, sosial şəbəkələrdən daxil olan zənglərin və müraciətlərin cavablandırılması;
- Gün ərzində daxil olan zənglərin, müraciətlərin qeydiyyatının aparılması;
- Müştərilərə tam doğru və dolğun məlumatın verilməsi;
- Gələn zənglərin və müraciətlərin uyğun namizədə yönləndirilməsi;
- Müştəri sorğularının qeyd edilməsi və müvafiq olaraq cavablandırılması;
- Daxil olan müştəri şikayətlərinə baxılması, həll edilməsi və müvafiq istiqamətlərə yönləndirilməsi;
- Sifarişlərə nəzarət edilməsi;
- Şirkətlə müştəri arasında düzgün koordinasiyanın qurulması;
- Gün sonunda qəbul, imtina, yolüstü statuslarında olan sifarişlər istisna olmaqla digər statusları sıfırlamaq;
- Proqramda sifariş ünvanlarının doğru şəkildə qeydiyyatını aparmaq;
- Rəhbərliyə mütəmadi olaraq işin gedişatı ilə bağlı hesabat təqdim etmək;
- Vəzifə icrası ilə bağlı rəhbərliyin tapşırıqlarının vaxtında icra edilməsi;
- Trendyoldan edilən sifarişlərin T-desk platforması üzərindən daxil olan sorğularına baxılması;
- şirkətə aid olan sorğuların müəyyənləşdirilməsi və müvafiq şöbələr ilə əlaqə saxlayaraq sorğuların tez bir zamanda düzgün formada həll edilməsi;
- Trendyol şirkətinə bununla bağlı hesabatın verilməsi; rəhbərliyə mütəmadi yaranan problemlər və həlli barədə məlumatların ötürülməsi.
İş şəraiti:
- İş günləri: Həftənin 1-6-cı günləri. Bazar günü: Qeyri-iş günü
- İş vaxtı: 10:00-19:00; şənbə günü 11:00-18:00
- Ünvan: Əhməd Rəcəbli Küçəsi 1/25, Bina 5, Bakı Şəhəri Nərimanov Rayonu
- Nahar vaxtı mövcuddur.
- Əmək haqqı: 500-550 AZN
Maraqlanan şəxslər öz CV-lərini “Multiagent” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə nömrəsi: 0552023166
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Müştəri dəstəyi üzrə mütəxəssis üzrə bazar adətən 500–1 150 ₼ ödəyir, median — 688 ₼.
73 açıq vakansiya, 50 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Müştəri dəstəyi üzrə mütəxəssis kimi öz maaşını yoxlaŞirkət haqqında
166 Yükdaşıma və Logistika is an Azerbaijani freight and logistics company established in 2012, offering cargo transportation, moving, warehousing and international shipping, plus cleaning and related services.
Müraciətin
Bu vakansiya haqqında suallar
Həftənin 1-6-cı günləri, saat 10:00-19:00; şənbə 11:00-18:00 işlənir.
Əmək haqqı 500-550 manat aralığındadır.
Yaş həddi 20-38 arasıdır.
Əhməd Rəcəbli Küçəsi 1/25, Bina 5, Nərimanov, Bakı.
CV-lər “Multiagent” başlığı altında elektron poçta göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMüştəri dəstəyi üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Müştərilərlə telefonla əlaqə qurur, satış edir və CRM-də məlumatları idarə edir.
Daxil olan zəngləri cavablandırır, müştəri xidmətində yüksək kommunikasiya bacarığı tələb olunur.
Müştərilərin zənglərinə cavab verir, məlumat verir və satışa dəstək olur, yüksək kommunikasiya bacarığı tələb olunur.
Mövzu üzrə materiallar

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur





