Vakansiya haqqında

ARI Xaricdə Təhsil Mərkəzi və BDM Beynəlxalq Dil Mərkəzi komandamıza Front Office & Office Manager vəzifəsinə əməkdaş axtarır.

Namizəd şirkətə daxil olan fiziki müraciətlərin, telefon zənglərinin, WhatsApp və digər onlayn müraciətlərin qəbulunu və idarə edilməsini, həmçinin ofisin gündəlik inzibati işlərinin koordinasiyasını həyata keçirəcək.

Bu vəzifə yalnız resepsion işi deyil. Namizəd həm müştəri qəbulu və CRM prosesinə, həm də ofisin gündəlik təşkilinə cavabdeh olacaq.

Əsas Vəzifə Öhdəlikləri

  • Ofisə fiziki olaraq müraciət edən müştəriləri qarşılamaq və ilkin ehtiyaclarını müəyyənləşdirmək;
  • Telefon zənglərini, WhatsApp və digər müraciətləri qəbul etmək;
  • Müştərilərin müraciətlərini CRM sistemində qeydiyyata almaq;
  • Müştərinin real ehtiyacını müəyyənləşdirmək və düzgün şöbəyə yönləndirmək;
  • Müştəriləri Tədris, Xaricdə Təhsil və digər aidiyyəti şöbələrə düzgün yönləndirmək;
  • Müştərinin müraciətinin nəticəsini və follow-up prosesini izləmək;
  • Cavabsız qalan və geri dönüş gözləyən müştəriləri müəyyənləşdirmək;
  • Müştərilərlə ilkin konsultasiya və məlumatlandırma prosesini həyata keçirmək;
  • Müştəri məlumatlarının CRM-də tam və düzgün qeyd olunmasını təmin etmək;
  • Gündəlik və həftəlik müştəri müraciətləri üzrə hesabat hazırlamaq;
  • Direktor müavininə / İcraedici İdarəçiyə müraciətlər və müştəri axını barədə məlumat vermək;
  • Ofisin ümumi səliqə və təmizliyinə nəzarət etmək;
  • Təmizlik işlərinin vaxtında həyata keçirilməsini izləmək;
  • Ofisin gündəlik ehtiyaclarını müəyyənləşdirmək;
  • Ofis avadanlıqları və texniki problemləri vaxtında müəyyən etmək və rəhbərliyə məlumat vermək;
  • Ofisin açılış və bağlanış prosesinə nəzarət etmək;
  • Görüşlərin, konsultasiyaların və qonaqların qəbulunun təşkilini koordinasiya etmək;
  • Yeni əməkdaşların ofisə uyğunlaşması və ilkin inzibati ehtiyaclarının təşkilinə kömək etmək;
  • Ofisdə gündəlik inzibati işlərin düzgün və fasiləsiz həyata keçirilməsini təmin etmək;
  • Şöbələr arasında müştəri məlumatlarının düzgün ötürülməsinə nəzarət etmək;
  • Rəhbərliyin verdiyi digər inzibati və təşkilati tapşırıqları icra etmək.

Namizədə Tələblər

  • Ali təhsil;
  • Müştəri xidməti, Front Office, Office Manager, Administrator, satış və ya oxşar sahədə iş təcrübəsi;
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
  • Güclü kommunikasiya və müştəri ilə düzgün ünsiyyət qurmaq bacarığı;
  • Səliqəli, məsuliyyətli və operativ olmaq;
  • Yüksək təşkilatçılıq qabiliyyəti;
  • Eyni anda bir neçə işi idarə etmək bacarığı;
  • MS Office proqramlarından istifadə bacarığı;
  • CRM sistemləri ilə işləmək bacarığı və ya bu sistemləri qısa müddətdə öyrənmək qabiliyyəti;
  • Telefon və WhatsApp üzərindən peşəkar kommunikasiya bacarığı.

Üstünlük Hesab Olunur

  • Təhsil mərkəzində iş təcrübəsi;
  • Dil kurslarında iş təcrübəsi;
  • Xaricdə təhsil sahəsində iş təcrübəsi;
  • Satış və müştəri xidməti təcrübəsi;
  • CRM proqramları ilə iş təcrübəsi;
  • İngilis və ya Alman dili biliyi.

İş Şərtləri

  • İş yeri: Bakı
  • Vəzifə: Front Office & Office Manager
  • İş qrafiki: 6 günlük iş qrafiki
  • Əmək haqqı: Müsahibə mərhələsində müzakirə olunacaq.

Biz Nə Təklif Edirik?

  • Stabil əmək haqqı;
  • Peşəkar inkişaf və karyera imkanları;
  • Təhsil və dil sektorunda inkişaf edən komandada çalışma imkanı;
  • Təlim və inkişaf imkanları;
  • Nəticələrə əsaslanan karyera yüksəlişi.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Mövzu hissəsində “Front Office & Office Manager” qeyd etməyiniz xahiş olunur.

Yerləşmə
Bakı
Təcrübə
Middle
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
28 avqust 2026
Son tarix
28 sentyabr 2026

Şirkət haqqında

Arı Global
Təhsil, Təlim və peşəkar inkişaf · Bakı

“ARI” Global 2010-cu ildən fəaliyyət göstərən Beynəlxalq Dil və İmtahan Mərkəzinin (BDM) təcrübəsi əsasında yaradılıb. Mərkəz müraciətçinin xarici universitet seçimində, sənədləşmə və viza alınması prosesində yaxından iştirak edir.

Arı Global — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

ARI Global
MiddleBakı
Maaş göstərilməyib

Ofisin gündəlik işlərini idarə edir və müştəri xidməti bacarıqları tələb olunur

Office ManagementMultitaskingCustomer ServiceFront Office Management+5
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib

Mərkəzin inzibati işlərini əlaqələndirir və yüksək təşkilatçılıq bacarığı tələb olunur

MultitaskingDocumentationReport PreparationOffice Administration+4
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Front office və ofis meneceri
Müraciət et