Təchizatçıları idarə edir, satınalma proseslərini aparır və beynəlxalq ticarət biliklərinə malikdir.
Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
- Xarici bazarlardan idxal olunan məhsulların daşınması ilə bağlı prosesləri Xarici Logistika Şöbəsi ilə koordinasiya etmək;
- Gömrük və digər rəsmiləşdirmə prosesləri üçün tələb olunan sənədləri Xarici Logistika Şöbəsinə təqdim etmək;
- Təchizatçılar üzrə borc öhdəliklərini izləmək və müvafiq nəzarəti həyata keçirmək;
- Təchizatçılarla işgüzar münasibətlərin qurulması və onların qiymətləndirilməsi prosesində iştirak etmək;
- Müvafiq sistemdə satınalma sifarişlərini yaratmaq və ödənişə yönləndirmək;
- Sifarişləri yoxlamaq, təhlil etmək və tələb olunan müddətdə icrasını təmin etmək;
- İqtisadi Təhlil Şöbəsi tərəfindən təqdim olunan satış planları əsasında minimum və maksimum ehtiyat qalıqlarını, eləcə də təminat müddətlərini nəzərə alaraq hazır məhsul sifarişlərini formalaşdırmaq;
- Maliyyə planının hazırlanmasında iştirak etmək və müvafiq planlaşdırmanı həyata keçirmək;
- Məhsulların keyfiyyəti ilə bağlı yaranan problemləri araşdırmaq və həlli istiqamətində müvafiq tədbirlər görmək;
- Anbara daxil olan mallar üzrə sənədləşmə prosesinə nəzarət etmək.
Tələb olunan bilik və bacarıqlar:
- Satınalma və təchizat prosesləri üzrə biliklər;
- Sifarişlərin idarə edilməsi və təchizatçılarla işgüzar münasibətlərin qurulması bacarığı;
- Analitik düşünmə, məlumatların təhlili və problem həll etmə bacarığı;
- Planlaşdırma, təşkilatçılıq və vaxtın idarə edilməsi bacarıqları;
- Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
- MS Office proqramları ilə işləmək bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Ali təhsil (Təchizatın idarəedilməsi sahəsində üstünlükdür)
- Satınalma, təchizat və ya müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Aşıq Molla Cümə küç. 46C
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Nahar;
- Şirkət hesabına korporativ nömrə;
- Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satınalma üzrə Aparıcı mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Satınalma mütəxəssisi üzrə bazar adətən 900–2 000 ₼ ödəyir, median — 1 480 ₼.
87 açıq vakansiya, 51 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satınalma mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
“Avrora Qrup” distribüter şirkəti kimi fəaliyyətinin əsası 1 noyabr 1993-cü ildə qoyulmuşdur. Şirkət fəaliyyətinə yerli və xarici fabriklərin istehsal etdiyi məhsulları ölkəmizdə dağıtımını həyata keçirməklə başlamışdır.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş saatları 09:00-dan 18:00-dək, həftədə 5 gün tam iş günüdür.
İş yeri Aşıq Molla Cümə küç. 46C ünvanındadır.
Minimum 3 il iş təcrübəsi tələb olunur.
Ali təhsil tələb olunur, təchizatın idarəedilməsi sahəsində üstünlükdür.
Namizədlərdən CV göndərilməsi tələb olunur, mövzu hissəsində “Satınalma üzrə Aparıcı mütəxəssis” yazılmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçƏmək bazarında rəqabətli əməkhaqqı təklif olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatınalma mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Daxili satınalma proseslərini idarə etmək və təchizatçılarla danışıqlar aparmaq tələb olunur
Qeyri-qida məhsullarının satınalmasını idarə etmək üçün 3 il təcrübəli mütəxəssis tələb olunur
Təchizat proseslərini idarə edir, satınalma və idxal üzrə ən azı 2 il təcrübəsi var.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur




