Vakansiya haqqında

VƏZIFƏ HAQQINDA ÜMUMI MƏLUMAT

Cari layihələr üçün tələb olunan irihəcmli tikinti materiallarının, avadanlıqların və komponentlərinin tapılması (sourcing), qiymət danışıqlarının aparılması və və satınalınmasına məsuldur. Bu vəzifə materialların texniki spesifikasiyaya uyğunluğunu, layihə qrafiki çərçivəsində çatdırılmasını və büdcə limitlərinə riayət olunmasını təmin edir, habelə satınalma strategiyalarının icrası üçün texniki komanda ilə sıx əməkdaşlıq edir.

ƏSAS VƏZIFƏ VƏ MƏSULIYYƏTLƏR

1. Bazar Araşdırması, Sourcing və Tenderlərin İdarə Edilməsi

  • Yeni təchizatçıları, materialları və qiymət trendlərini müəyyən etmək üçün mütəmadi bazar araşdırmaları aparmaq;
  • Şirkətin daxili qaydalarına uyğun olaraq kataloqlar, internet və təchizatçılar vasitəsilə qiymət və spesifikasiyaları öyrənmək, potensial partnyorları qiymətləndirmək;
  • Şirkətin təchizatçı məlumat bazasını (database) genişləndirmək və vendorlarla uzunmüddətli əlaqələr qurmaq;
  • Elektron tender platformalarından istifadə etməklə tender proseslərini (RFQ/ITT) idarə etmək.
  • Bazar risklərini (qiymət artımı, logistik gecikmələr) öncədən proqnozlaşdırmaq, layihənin kəsilməzliyini təmin etmək üçün alternativ təchizat zənciri strategiyalarını hazırlamaq və tətbiq etmək.

2. Texniki-Kommersiya Analizi və Danışıqlar

  • Dizayn və Texniki departament ilə sıx işləyərək texniki spesifikasiyaları toplamaq və analiz etmək;
  • Təchizatçıların təkliflərini texniki və kommersiya baxımından qiymətləndirmək, riskləri müəyyən etmək və ətraflı kommersiya müqayisə cədvəli (bid tabs) hazırlamaq;
  • Keyfiyyət və təhlükəsizlik standartlarını nəzərə almaqla ən rəqabətli qiymətləri, ödəniş şərtlərini, endirimləri və çatdırılma vaxtlarını müzakirə etmək (negotiation);
  • Layihələr üçün kritik əhəmiyyət kəsb edən, yüksək büdcəli və mürəkkəb material paketlərinin, habelə Çərçivə müqavilələrinin (framework orders) bağlanmasını və sifarişlərin müstəqil idarə edilməsini həyata keçirmək.

3. Sifarişlərin İdarə Edilməsi, ERP və Maliyyə Prosesləri

  • Təsdiq olunmuş Material Sifarişləri (MR) əsasında daxili ERP sistemində Satınalma Sifarişlərini (PO) yaratmaq;
  • Sifarişlərin statusunu izləmək, təchizatçılardan ödəniş sənədlərini toplamaq və daxili 3-lü uyğunlaşdırma (3-way matching: Hesab-faktura vs Sifariş vs Çatdırılma sənədi) prosesini icra etmək;
  • Maliyyə departamentinə ödəniş sorğularını göndərmək və ödəniş statusunu təqib etmək;
  • Audit və yoxlama üçün satınalma ilə bağlı bütün sənədləri daxili qovluqlarda arxivləşdirmək.

4. Logistika, Keyfiyyət və Koordinasiya

  • Materialların tikinti sahələrinə vaxtında çatdırılmasını təmin etmək üçün Logistika və Anbar komandaları ilə sıx koordinasiyada işləmək;
  • Təchizat zəncirindəki ləngimələri və problemləri proaktiv şəkildə həll etmək;
  • Materialların texniki spesifikasiyalara və beynəlxalq standartlara uyğunluğunu yoxlamaq üçün QA/QC (Keyfiyyətə nəzarət) və Texniki heyət ilə əməkdaşlıq etmək, təchizatçı sorğularını onlarla birlikdə cavablandırmaq.
  • Departament daxilindəki kiçik və orta səviyyəli satınalma mütəxəssislərinə peşəkar dəstək və texniki bilgi (mentorluq) vermək.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı, Crescent Offices, 64 Neftchilar Avenue
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
22 sentyabr 2026
Dillər
Azerbaijani, English
Son tarix
21 oktyabr 2026
HRX ilə müraciət
1
Baxış
11

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Satınalma mütəxəssisi üzrə bazar adətən 900–1 750 ₼ ödəyir, median — 1 200 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

95 açıq vakansiya, 31 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Satınalma mütəxəssisi kimi öz maaşını yoxla

Şirkət haqqında

PASHA Real Estate
Real Estate · Baku
PASHA Real Estate — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Satınalma mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.

NH Group
Middle · 2+ ilBakı
1 500₼

Təchizat üzrə mütəxəssis kimi satınalma və idxal proseslərini idarə etmək üçün 2 il təcrübə tələb olunur.

ProcurementSupply Chain ManagementMarket ResearchSupplier Negotiation+8
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Krispy Kreme
Middle · 2+ ilBakı
1 000–1 500₼

Təchizat üzrə mütəxəssis yerli və beynəlxalq təchizatçılarla əməkdaşlıq və danışıqlar aparır, 2 ildən çox təcrübə tələb olunur.

ProcurementSupplier NegotiationMarket ResearchOrder Management+11
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Golden Pay
Middle · 3+ ilBakı
Maaş göstərilməyib

Təchizatçıların seçilməsi və müqavilələrin idarə olunması üzrə ən azı 3 il təcrübə tələb olunur.

ProcurementSupply Chain ManagementContract NegotiationIncoterms+9
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
AZCD Group QSC
Middle · 3+ ilBakı
Maaş göstərilməyib

Malların və xidmətlərin satın alınmasını həyata keçirir, təchizatçı seçimi və müqavilə danışıqları aparır.

ProcurementContract NegotiationCost ControlMarket Research+3
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Satınalma üzrə baş mütəxəssis
Müraciət et