Maliyyə və əməliyyat fəaliyyətlərini yoxlamaq və riskləri qiymətləndirmək üçün daxili auditor tələb olunur
Vakansiya haqqında
- Təsdiq olunmuş İllik Audit Planına və Audit Komitəsinin tapşırığına əsasən audit, sonrakı audit və xüsusi audit layihələrinin həyata keçiririlməsində iştirak etmək;
- Audit layihəsi üçün İş Proqramının hazırlanmasında iştirak etmək;
- Nəzarət çatışmazlıqları aşkar etmək üçün audit prosedurları həyata keçirmək;
- Audit Layihəsi çərçivəsində müəyyən olunmuş audit prosedurları həyata keçirmək (biznes proseslərin sahibləri ilə müsahibələr keçirmək, audit obyektindən məlumatı toplamaq, əldə olunan məlumatı təhlil etmək və s.) və aşkar olunmuş çatışmazlıqlar haqqında layihə rəhbərinə vaxtaşırı məlumat vermək;
- Sahə işi zamanı aparılmış təhlillər və müsahibələr barədə yazılı iş sənədi hazırlamaq;
- Audit layihəsi üzrə hesabatın hazırlanmasında layihə rəhbərinə dəstək göstərmək;
- Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Şirkətin rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planın icrasının monitorinqini keçirmək;
- Daxili Audit Departamentinin direktoru tapşırığı ilə Daxili Audit Departamentinin fəaliyyəti ilə bağlı icmal hesabatların hazırlanmasında iştirak etmək;
- Audit üzrə iş və vaxt bölgüsü hesabatının (Retain management) hazırlanmasında iştirak etmək;
Requirements
- Ali iqtisadi və ya hüquqi təhsil;
- Minimum 2 il audit təcrübəsi və ya bankda maliyyə, risklərin idarəedilməsi, nəzarət, əməliyyat, kredit funksiyalarında iş təcrübəsi (iqtisadi və ya hüquqi təhsil olmadıqda minimum 4 il);
- Audit prosedurları həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması;
- Bankçılıq və ya Sığorta sahələrini nizamlayan qanunverici orqanın tərtib etdiyi normativ və hüquqi sənədlər üzrə biliklərin olması üstünlük təşkil edir;
- Analitik bacarıqlar, o cümlədən data ilə işləmək bacarığı;
- Ünsiyyət qurma və müzakirə bacarıqları;
- Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows məhsulları üzrə) ilə işləmək bacarığı (SQL biliklərinə üstünlük verilir);
- Ezamiyyələrdə iştirak etmək imkanı;
- Azərbaycan dilini mükəmməl və ingilis dilini işgüzar səviyyədə bilməli;
- CIA/FRM/CFA/CRMA/CFSA/ACCA/CPA/CIMA üzrə peşəkar sertifikatlara malik olması və ya mərhələ keçməsi arzuolunandır;
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Daxili auditor üzrə bazar adətən 960–1 500 ₼ ödəyir, median — 1 100 ₼.
20 açıq vakansiya, 15 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Daxili auditor kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarDaxili auditor üzrə Bakıda digər açıq elanlar.
Maliyyə və əməliyyat fəaliyyətlərini yoxlamaq və riskləri qiymətləndirmək üçün daxili auditor tələb olunur
Tikinti layihələrinin daxili auditini aparır və texniki nəzarət bacarığı tələb olunur
Maliyyə nəzarəti və daxili audit üzrə işləri aparmaq üçün mühasibatlıq bilikləri tələb olunur



