İstehsalat üzrə maliyyə uçotunu aparır, 1C və Excel bilikləri tələb olunur
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- İstilik enerjisinin satışı üzrə uçotun aparılması və satış göstəricilərinin təhlil edilməsi;
- Abonentlər üzrə hesablanmış məbləğlərin, daxil olmuş ödənişlərin və debitor borclarının uçotunun aparılması;
- İstilik enerjisinin satışına, ödənişlərə və debitor borclarına dair dövri hesabatların hazırlanması;
- Vətəndaşların istilik enerjisinin hesablanması, borc məbləğləri və ödənişlərlə bağlı müraciətlərinin araşdırılması, cavablandırılması;
- Abonentlər üzrə borcların yaranma səbəblərinin araşdırılması və borcların azaldılması istiqamətində təkliflərin hazırlanması;
- Ödənişlərin vaxtında və düzgün həyata keçirilməsinin təşkili istiqamətində müvafiq işlərin görülməsi;
- Abonent uçotu və hesablaşmalarla bağlı uyğunsuzluqların araşdırılması və aradan qaldırılması üçün aidiyyəti üzrə tədbirlərin görülməsi;
- Rəhbərlik tərəfindən verilən xidməti tapşırıqların vaxtında və keyfiyyətlə icra edilməsi.
Namizədlərə tələblər aşağıdakı kimidir:
- İqtisadiyyat, maliyyə, mühasibat uçotu və ya əlaqəli ixtisaslar üzrə ali təhsil;
- Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır;
- Microsoft Office proqramlarında, xüsusilə Microsoft Excel proqramında sərbəst işləmək bacarığı;
- Hesabatların və xidməti sənədlərin hazırlanması bacarığı;
- Analitik düşünmə və məlumatları təhlil etmək qabiliyyəti;
- Vətəndaş müraciətləri ilə işləmək və rəsmi yazışmalar aparmaq bacarığı;
- Dəqiqlik, məsuliyyətlilik, operativlik və ünsiyyət qurmaq bacarığı.
İş mühiti
- İş yeri: Qaradağ rayonu, Lökbatan qəsəbəsi və Müşfiqabad qəsəbəsi.
- Vəzifə funksiyaları təsdiq olunmuş vəzifə təlimatlarına əsasən icra olunur.
- İş vaxtı- Bazar ertəsi-cümə 08:30-17:30
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı təklif olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən (Qaradağ rayonu ərazisində yaşayanlara üstünlük veriləcək) CV-lərini mövzu hissəsinə “İqtisadçı” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Maliyyə analitiki üzrə bazar adətən 800–2 250 ₼ ödəyir, median — 1 256 ₼.
32 açıq vakansiya, 11 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Maliyyə analitiki kimi öz maaşını yoxlaŞirkət haqqında
“Azəristiliktəchizat” ASC istilik energetikası sahəsində dövlət siyasətini həyata keçirir. Cəmiyyət fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin…
Müraciətin
Bu vakansiya haqqında suallar
Qaradağ rayonu, Lökbatan və Müşfiqabad qəsəbələrindədir.
Bazar ertəsindən cümə gününə 08:30-dan 17:30-dəkdir.
Əmək bazarına uyğun rəqabətli əmək haqqı təklif olunur.
İqtisadiyyat, maliyyə, mühasibat uçotu və ya əlaqəli ixtisas üzrə ali təhsil tələb olunur.
Microsoft Office, xüsusilə Microsoft Excel proqramında sərbəst işləmək bacarığı tələb olunur.
Analitik düşünmə, hesabat hazırlama, rəsmi yazışma və vətəndaş müraciətləri ilə işləmə bacarığı tələb olunur.
CV-lər mövzu hissəsində “İqtisadçı” yazılmaqla elektron poçt ünvanına göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMaliyyə analitiki üzrə Bakıda digər açıq elanlar.
Korporativ kreditlərin və investisiya layihələrinin təhlilini aparır, maliyyə analizində təcrübə tələb olunur.
Maliyyə hesabatlarının hazırlanması və təhlili ilə məşğul olur, maliyyə sahəsində 3 il təcrübə tələb olunur.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur





