Mikro biznes kreditləri üzrə müraciətləri qəbul edir və kredit təhlili aparır, kredit bilikləri tələb olunur.
Vakansiya haqqında
- Hüquqi şəxs və fərdi sahibkar müştərilərə xidmət edir;
- Hüquqi şəxs və fərdi sahikarların hesablarını açmaq və bağlamaq üçün lazım olan sənədlərin qəbulu, təhlili, hesabların sistemdə açılması və bağlanması;
- Hüquqi şəxs və fərdi sahikarlaın ödəniş tapşırıqlarının (milli və xarici valyutada), konvertasiya üzrə sifarişlərin icraya qəbul edilməsi;
- Hüquqi şəxs və fərdi sahibkarların valyuta ödənişləri ilə bağlı sənədlərin (AR MB-nın təlimatlarına uyğun olaraq) ilkin təhlili, bankdaxili prosesə uyğun müəyyən edilmiş struktura yönəldilməsi;
- Əmək haqqı layihəsi, biznes kartların alınması və post terminal sifarişi üzrə lazımı sənədlərin icraya qəbulu, sifarişi;
- Bankın hüquqi şəxs və fərdi sahibkar müştəriləri tərəfindən daxil olan digər ərizə, müraciət məktubları, sorğular və s. qəbulu və müvafiq tədbirlərin görülməsi;
- Hüquqi şəxs və fərdi sahibkarlara, hesablarına daxil olan sərəncamlar haqda silinməzdən öncə məlumat vermək;
- Hüquqi şəxs və fərdi sahibkar hesabları üzrə nağd mədaxil və məxaric əməliyyatlarının icra edilməsi, hesablaşma-kassa əməliyyatları üzrə nəzərdə tutulmuş digər əməliyyatlar üzrə tapşırıq, ərizə, sifariş, müraciət məktublarının və s. qəbulu və müvafiq tədbirlərin görülməsi;
- Təyin olunmuş proseduralar əsasında və «Azər-Türk Bank» ASC-də mövcud olan pul köçürmələri sistemləri vasitəsilə müştərilərə pul vəsaitlərinin göndərilməsi və verilməsi üzrə xidmətlər göstərmək;
- Hüquqi şəxs və fərdi sahibkarlara mövcud qeyri-kredit məhsulları, tariflər və əməliyyatlar haqda dəqiq, dolğun məlumat verilməsi;
- Hüquqi şəxs və fərdi sahibkar hesabları üzrə aparılan əməliyyatlara və qalıqlara nəzarət etmək;
- Hesab üzrə arayışların verilməsi, komissiyaların tutulması;
- Müvafiq qaydada rəy alındıqdan sonra BƏS-də müştəri müştəri məlumatları üzrə əlavə və düzəlişlərin edilməsi;
- Biznes xidmət sahəsi üzrə təcrübəçilərin hazırlanması;
- Fəaliyyətini qüvvədə olan qanunvericilik, Mərkəzi Bankın və «Azər-Türk Bank» ASC-nin qaydaları, təlimatları, qərar və sərəncamları çərçivəsində həyata keçirmək;
- Müştəri tərəfindən gələn müraciətləri (telefon, elektron poçt və s. vasitələrlə) qəbul etmək və sualları cavablandırmaq;
- Bankın ən son yenilikləri və kampaniyaları haqqında məlumatlar vermək;
- Bankın təklif etdiyi mәhsul və xidmətlərə dair müştərilərin tәklif və iradlarını qəbul etmək, bölmə rəhbərinə çatdırmaq.
- Bankın xidmət şəbəkəsi (filiallar, bankomatlar, POS-terminallar və s.) barəsində məlumatlar vermək;
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Mikro kredit mütəxəssisi üzrə bazar adətən 400–1 250 ₼ ödəyir, median — 900 ₼.
60 açıq vakansiya, 10 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Mikro kredit mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Öz gücünüzə inanırsınızsa, inkişafa iddialı və əməksevərsinizsə, Sizi komandamızda görməkdən məmnun olarıq! “Azər-Türk Bank” ASC 25 may 1995-ci ildə təsis edilmiş, Azərbaycan Respublikası Mərkəzi Bankının 29 iyun 1995-ci il tarixli 234…
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində yerləşir.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçHüquqi şəxs və fərdi sahibkar müştərilərlə işlənir.
Hesabların açılması və bağlanması, ödəniş tapşırıqları, valyuta əməliyyatları, nağd mədaxil və məxaric əməliyyatları həyata keçirilir.
Qeyri-kredit məhsullar, tariflər, əməliyyatlar və bankın xidmət şəbəkəsi haqqında məlumat verilir.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMikro kredit mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Müştərilərə kredit məhsulları haqqında məlumat verir və kredit risklərini təhlil edir.
Mikro və Aqro müştərilərə kredit məhsullarını izah edir və kredit portfelini idarə edir.
SME müştəriləri cəlb etmək və maliyyə təhlili aparmaq üçün aparıcı mütəxəssis.




