Vakansiya haqqında

«RASMAR» MMC mühəndislik, satınalma, logistika və sənaye təchizatı xidmətləri göstərən dinamik inkişaf edən şirkətdir. Mühasibatlıq komandamızı genişləndirmək və maliyyə-vergi əməliyyatlarını peşəkar səviyyədə idarə etmək üçün təcrübəli Mühasib xanım axtarışındayıq.

Ünvan: Bakı şəhəri

Vəzifə Öhdəlikləri

  • Bütün növ vergi (ƏDV, Mənfəət, Ödəmə Mənbəyindən Tutulan Vergi, Əmlak, Torpaq və s.), DSMF, Statistika və Məşğulluq hesabatlarının hazırlanması və müvafiq dövlət orqanlarına (e-taxes.gov.az, e-sosial.gov.az) vaxtında təqdim olunması;
  • Mühasibat uçotunun 1C (8.3) proqramında dəqiq və qanunvericiliyə uyğun aparılması;
  • İdxal-ixrac (gömrük) əməliyyatlarının mühasibat uçotunun aparılması, B3 gömrük bəyannamələri və invoyslar üzrə işlərin icrası;
  • Elektron Qaimə-Fakturaların (EQF) tərtib olunması, göndərilməsi və daxil olan qaimələrin yoxlanılaraq sistemə daxil edilməsi;
  • Kassa, bank (Milli və Xarici valyuta hesabları) əməliyyatlarının aparılması və ödəniş tapşırıqlarının hazırlanması;
  • Əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqəsi və son haqq-hesabların hesablanması;
  • Debitor və kreditor borclarına gündəlik nəzarət, qarşılıqlı üzləşmə aktlarının tərtibi və yoxlanılması;
  • Aylıq, rüblük və illik daxili maliyyə və idarəetmə hesabatlarının rəhbərliyə təqdim edilməsi.

Namizədə Dair Tələblər

  • Cins: Xanım;
  • Təhsil: Ali təhsil (Mühasibat uçotu, Maliyyə, İqtisadiyyat üzrə ali təhsil arzuolunandır);
  • İş təcrübəsi: Mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi (bütün növ hesabatları müstəqil təqdim etmə bacarığı mutləqdir);
  • Vergi Məcəlləsini və əmək qanunvericiliyini bilməli;
  • Proqram bilikləri: 1C:Mühasibatlıq (8.3), Microsoft Excel (yüksək səviyyədə), BTP, e-Təchizat və e-Gov portalları ilə sərbəst işləmək bacarığı;
  • Sənədləşmə, invoys və logistika sənədləri (CMR və s.) ilə işləmə təcrübəsi;
  • Dillər: Azərbaycan dili (sərbəst), Rus dili (biznes yazışmaları və interfeys səviyyəsində arzuolunandır);
  • Dəqiqlik, məsuliyyətlilik, analitik təfəkkür və komandada işləmək bacarığı.

İş Şəraiti və Təminatlar

  • İş qrafiki: 5 gün (09:00 – 18:00);
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq rəsmi qeydiyyat;
  • Peşəkar və mehriban kollektivdə karyera və inkişaf imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Mühüm qeyd: Məktubun mövzu (Subject) hissəsində Mühasib xanım qeyd olunması mütləqdir. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
20 oktyabr 2026
Dillər
Azerbaijani, Russian
Son tarix
20 noyabr 2026
HRX ilə müraciət
2
Baxış
53

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Mühasib üzrə bazar adətən 600–1 160 ₼ ödəyir, median — 850 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

125 açıq vakansiya, 193 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Mühasib kimi öz maaşını yoxla

Şirkət haqqında

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş qrafiki həftədə 5 gün, saat 09:00-dan 18:00-dəkdir.

İş yeri Bakı şəhərindədir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq rəsmi qeydiyyat təmin edilir.

Mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi tələb olunur.

1C:Mühasibatlıq (8.3), Microsoft Excel, BTP, e-Təchizat və e-Gov portalları ilə sərbəst işləmək bacarığı tələb olunur.

Namizəd CV göndərməlidir, məktubun mövzu hissəsində "Mühasib xanım" qeyd olunmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Mühasib üzrə Bakıda digər açıq elanlar.

1 200₼

Mühasibat uçotu aparır, vergi və əmək qanunlarını bilir, 1C 8.3 proqramında işləyir.

AccountingTax LegislationFinancial Reporting1C 8.3+7
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Grand-Agro MMC
Middle · 1–3 ilBakı

Mühasib

Maaş göstərilməyib

Təchizatçıların elektron qaimələrini yoxlayır və mühasibat uçotunu aparır, 1-3 il təcrübə tələb olunur.

Financial ReportingERP SoftwareTax Code KnowledgeAccounting Principles
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Anonim işəgötürən
Middle · 3+ ilBakı
Maaş göstərilməyib

Mühasibat uçotu və vergi hesabatlarının aparılması üçün 3 il təcrübəsi olan mühasib axtarılır.

Financial AccountingTax LegislationInvoice preparationFinancial Reporting+6
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Alarna MMC
Middle · 2–3 ilBakı
Maaş göstərilməyib

Mühasibat sənədlərini hazırlayır, 1C və Excel bilikləri ilə maliyyə əməliyyatlarını dəstəkləyir.

Financial ReportingAccounting document preparationInvoice Processing1C Software+5
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Mühasib
Müraciət et