Mühasibat uçotunu aparır, maliyyə hesabatları hazırlayır və 3-5 il təcrübə tələb olunur.
Vakansiya haqqında
- Müəssisənin təsərrüfat əməliyyatlarının mühasibat uçotunda və mühasibat uçotu registrlərində düzgün əks etdirilməsini təmin edir;
- Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini təşkil edir;
- Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil edir;
- İlkin mühasibat sənədlərini qəbul edir, yoxlayır, müvafiq uçot sahələri üzrə sistemləşdirir və emal üçün hazırlayır;
- Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil edir;
- Məhsulun, işlərin və xidmətlərin maya dəyərinin hesablanmasını və kalkulyasiyasının tərtib edilməsini həyata keçirir;
- Əməkhaqqı hesablamaları, dövlət büdcəsinə ödənişlər, məcburi dövlət sosial sığorta haqları və digər icbari ödənişlər üzrə müvafiq hesablamaları və uçot əməliyyatlarını aparır;
- Maliyyə, vergi və digər hesabatların hazırlanması üçün zəruri məlumatları toplayır, sistemləşdirir və müvafiq hesabatların tərtibində iştirak edir;
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu vəsaitləri, banklara ssudalar üzrə borcların qoyulan vaxt ərzində verilməsi, tələbat fonduna və digər ehtiyat fondlarına ayırmaları tərtib edir;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əməkhaqqı fondunun istifadəsinin, vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas vəsaitlərin inventarlaşdırılmasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılmasına, habelə Cəmiyyətin struktur bölmələrində sənədli təftiş qaydalarına riayət olunmasına nəzarət edir;
- Pul vəsaitlərinin və mal-material qiymətlilərinin çatışmazlığı və mənimsənilməsi halları ilə bağlı sənədlərin tərtibində iştirak edir, zəruri hallarda müvafiq materialların hüquq-mühafizə orqanlarına təqdim edilməsinə nəzarət edir;
- Ştat, maliyyə və kassa intizamına ciddi riayət olunmasını, inzibati-təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balansından silinməsi ilə bağlı işlərin həyata keçirilməsini təmin edir;
- Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsi üzrə müəyyən edilmiş qaydalara riayət olunmasına nəzarət edir;
- Mühasibat uçotu, nəzarət, hesabat və iqtisadi təhlil məsələləri üzrə Cəmiyyətin struktur bölmələrinin işçilərinə rəhbərlik edir;
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Mühasib üzrə bazar adətən 600–1 200 ₼ ödəyir, median — 850 ₼.
119 açıq vakansiya, 189 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Mühasib kimi öz maaşını yoxlaŞirkət haqqında
“Azərpambıq Aqrar Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti 2018-ci ildə yaradılmışdır. Cəmiyyət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid…
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Şirvan şəhərində yerləşir.
Müraciət üçün son tarix 10 noyabr 2026-cı ildir.
İş saatları və iş günləri barədə məlumat verilməyib.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMühasib üzrə Şirvanda digər açıq elanlar.
Maliyyə hesabatlarını hazırlayan və 3-5 il təcrübəsi olan baş mühasib axtarılır.
Maliyyə əməliyyatlarını 1C proqramında idarə edir və mühasibatlıq üzrə minimum 3 il təcrübəsi var.
Mühasibat uçotu aparır, vergi və əmək qanunlarını bilir, 1C 8.3 proqramında işləyir.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur





